Oxu, tar, oxu tar!… Səsindən ən lətif şeirlər dinləyim, Oxu tar, bir qadar, Nəğməni su kimi alışan ruhuma çiləyim. Oxu tar! Səni kim unudar?
Şəfayi-vəsl qədrin hicr ilə bimar olandan sor, Zülali-zövq şövqün təşneyi-didar olandan sor. Ləbin sirrin gəlib göftarə, məndən özgədən sorma, Bu pünhan nüktəni bir vaqifi-əsrar olandan sor. Gözü yaşlıların halın nə bilsin mərdümi-qafil, Kəvakib seyrini şəb ta səhər bidar olandan sor. Xəbərsiz olma fəttan gözlərin cövrün çəkənlərdən, Xəbərsiz məstlər bidadını hüşyar olandan sor. Qəmindən şəm’ tək yandım, səbadən sorma əhvalım, Bu əhvalı şəbi-hicran mənimlə yar olandan sor. Xərabi-cami-eşqəm, nərgisi-məstin bilir halım, Xərabat əhlinin halini bir xummar olandan sor. Məhəbbət ləzzətindən bixəbərdir zahidi-qafil, Füzuli, eşq zövqün, zövqi-eşqi var olandan sor.