Oxu, tar, oxu tar!… Səsindən ən lətif şeirlər dinləyim, Oxu tar, bir qadar, Nəğməni su kimi alışan ruhuma çiləyim. Oxu tar! Səni kim unudar?
Qafqazda Hacı Nəsir adlı bir tacir sakin idi. Bu tacirin Həlimə adlı arvadı camalda gözəl olduğu kimi, xasiyyətdə də gözəldi. Bu arvadın dünyada övladsızlıqdan başqa bir qəm, qüssəsi yox idi. Axırda bunların bir oğlu oldu. Hacı Nəsir o gün oğlunun təvəllüdünü şadlıq edib, şəhərin fəqir-füqərasına pul və xörək payladı. Oğlunun adını Nurəddin qoydular. Bir dəfə Hacı Nəsir oğlu üçün kibrit qutusu irilikdə bir “Gülüstan” kitabı gətirmişdi. Həlimə bu qəribə şeyi haradan aldığını soruşduqda Hacı Nəsir cavab verdi: –Bir gün bazardan qayıdarkən, bir nəfəri körpü üstündə ağlayan gördüm. Mən dayanıb bunun səbəbini soruşdum. Kişi dedi: – Mən bir kasıb adamam. Əslim iranlıdır. Əldə xırdavat satmaqla üç yüz manat pul düzəldib buraya gəldim ki, mal alıb aparam. Bir saat bundan qabaq pulumun hamısını cibimdən çıxartmışlar. Bu kişinin halına ürəyim yandı. Cibimdən üç yüz manat çıxarıb dedim: – Al, kişi, bu sənin üç yüz manatın, get mal al, kəsbindən qalma. Qazanıb, sonra pulumu qaytararsan. İndi isə b...