Ana içeriğe atla

Mikayıl Müşfiq - Oxu, tar

Oxu, tar, oxu tar!… Səsindən ən lətif şeirlər dinləyim, Oxu tar, bir qadar, Nəğməni su kimi alışan ruhuma çiləyim. Oxu tar! Səni kim unudar?

Gülyaz Əliyeva - Əsir düşmüş sülh quşları (Hekayə)

 

23 iyul 1993-cü il.

Ala-toranlıq idi. Gözlərini dəhşətli atışma və “qrad” səslərinə açdı. Dünəndən bəri səngiməyən “qrad”ların atəş səsi get-gedə lap yaxınlıqdan eşidilirdi. Haradasa lap yaxınlıqda bir “qrad “mərmisi partladı, zərbənin təsirindən ev silkələndi və aynabəndin bütün şüşələri çiliklənib yerə töküldü.



Oğlan bu səslərə artıq öyrəşmişdi, odur ki, əhəmiyyət vermədi. O, indiyə qədər ermənilərin Ağdama girə biləcəyinə inanmadığından evlərindən bir gün də olsun çıxmamış, böyük qardaşı ilə birlikdə anasını və bacılarını Ağcabədidə qohum evində yerlışdirsə də, yurdu tərk etməyi özünə sığışdırmamışdı. Qardaşını da tək qoymayaraq balaca canı ilə ata yurduna sahib çıxmışdı. Anası oğullarını nə qədər dilə tutmağa çalışsa da, onları bir müddət Ağcabədidə qalmağa razı sala bilməmişdi.

Odur ki, özü də Ağcabədidə rahat otura bilmir, gündüzləri gəlib oğulları ilə bir yerdə qalır, onlara çay-çörək hazırlayır, axşamı isə Ağcabədiyə – qızlarının yanına qayıdırdı… Əslində Xocalı faciəsi baş verməsə idi, ev-eşiyini tərk etməzdi ana. O da oğulları ilə bir yerdə qalıb, onlarla birgə ölməyə razı olardı, amma əsir düşmək ölümdən də betər olardı!

Odur ki, yarı yox, canı bütünlüklə oğullarının yanında qalsa da, onları təhlükəyə atmamaq məqsədilə ana gecəni Ağcabədidə keçirir – əgər buna gecəni keçirmək deyilərsə – gecəni dirigözlü səhər edib, səhər açılar-açılmaz ciyərparalarının yanına uçardı...

Dünən atışma lap erkəndən başladığından analarını ertədən yola salmalı olmuşdular. Dünəndən şayiə gəzirdi ki, ermənilər Ağdama giriblər Böyük qardaşı anasını evdən heç nə çıxarmağa qoymamış, ayıbdı, camaat nə deyər?--demişdi. Ağdamlılar indiyədək möhkəm dayanmışdılar. Ancaq Xocalıda qız-gəlinin əsir düşməsi onların gözlərin qorxutduğundan qadınları şəhərdən çıxarmağa məcbyr olmuşdular. Amma dünən atılan “qrad”lar çoxunun evini dağıtdığından indi şəhərdə çox az adam qalmışdı...

Dünən anasının hazırladığı, amma böyük oğlunun sözünə görə aparmadığı, evin ortasında qalmış zənbillərə baxdı. Zənbilin üstündə gözünə sataşan şəkil albomları, bacılarının “vinetka”ları oldu. Əslində o da istəyirdi ki, anası evdən bur-iki əşya çıxarsın, amma böyük qardaşının sözündən heç vaxt çıxmırdı… Ataları öləndən sonra qardaşlar bir-birlərinə görünməmiş dərəcədə sıx bağlanmış, İsax-Musax quşları kimi bir-birinə sığınmış, bir-birindın ayrı qala bilmamışdılər…

Bu gecə onlarla yanaşı iki nəfər də evlərindən çıxmamış, kənarda gecələməmişdi: bunlardan biri keçmiş Böyük Vətən müharibəsi veteranı, bir ayağı axsaq Əvəz dayı, digəri isə təqaüdçü Ərşad kişi idi. Oğlan indiyədək çox belə güllə, mərmi səsləri eşitmişdi. Amma bu dəfəki atışma səsləri, “qrad”ların gurultusu başqa idi! Yerindən durmaq istərkən bir qrad mərmisi də düz evlərinin qabağında partladı… Evin olan-qalan şüşələri də indi cingilti ilə pul-pul olub yerə töküldü. Ev okeanda tək qalıb fırtınaya düşmüş gəmi kimi bir neçə dəfə yırğalandı.

Yooox, artıq bu həna o hənadan deyildi! Canından da artıq sevdiyi böyük qardaşını yatağında görməyincə təlaşla tez ayağa qalxdı. Hər an təhlükə gözlədiklərindən neçə vaxt idi ki, elə pal-paltarlı yatırdılar. Həyətə düşdü, toyuq-cücə hürkmüş halda barının bir küncünə qısılmışdı, evin qabağındakı ərik və alça, alma ağaclarına baxdı. Bu il nədənsə budaqları yerə dəyənə qədər bol meyvə gətirmişdi. Ağacları heç vaxt builki kimi bol meyvəli görməmişdi. Bir anlıq fikirləşdi ki, yəqin, bacılarının evdə olmamasından meyvələr ağacda qalmışdı. Axı alça və almaları qızlar hələ göy -göy, yetişməmiş yeyirdilər. Bir tərəfi al qırmızı, digər üzü sarıyanız olan yaylıq almanın bu irilikdə və gözəl olduğun birinci dəfə idi ki , görürdü. “Qrad “mərmisinin təsirindən hamısı tökülüb yerlə -yeksan olmuşdu, heyfsiləndi !…

Bağçadan keçərkən çəpərin dibində 10-12 yumurta gördü, yumurtalara heyfi gəldi, ciblərinə yığıb küçəyə çıxdı. Qardaşı burada idi Yaxınlıqdan keçən Ağdam-Ağcabədi yoluna baxdı, axırıncı əsgərlər təşviş içərisində geri çəkilirdilər. “Qrad”lar susmurdu, bir neçəsi yola düşdü. Heç vaxt yolu belə görməmişdi. Sonuncu “Qrad” maşınları da ata-ata geri çəkildi. Yoldan keçən əsgərlər bütün gecəni döyüşdüklərindən döyüş sursatları qurtarmış, əli yalın qalmışdılar. Əsgərlər onlara evlərini tərk etməli olduqlarını dedilər. Əvvəllər də tez -tez belə şayiələr olurdu, amma indi vəziyjət çox ciddi idi, ermənilərin atdığı mərmilər göz açmağa imkan vermirdi.

Əvəz dayı ilə Ərşad kişi də yolun kənarında idi. Həmişə nikbin əhvali-ruhiyyədə olan oğlan yarızarafatla:

– Əvəz dayı, deyəsən, bu murdarlar, həqiqətən, şəhərə giriblər, artıq burda qalmaq təhlükəlidir!, – dedi.

– Bala, bu namussuzlardan nə desən, gözləmək olar, siz cavansız, tez çıxın. Nə olar, nə olmaz – bilmək olmur. Mən evimə qayıdıb yatacam, – dedi.

– Əvəz dayı, bir su səni aparırsa, ona sel de, bu su hamını, hətta əsgərləri də qabağına qatıb aparır, gəl sən də bizimlə get. Bu, əvvəlkilərə bənzəmir, yoxsa ömürlük yatmalı olarsan. Bilirsən ki, mən də indiyədək evdən çıxmamışam, – dedi.

Qardaşından fərqli olaraq o hamı ilə qaynayıb-qarışan, zarafatcıl idi. Uşaq olsa da, hamı ona hörmət edir, bu istiqanlı və mərd oğlanı çox istəyirdi.

O, məktəbdə əlaçı idi, çoxlu bədii kitab oxumuşdu. Oxumağa həvəsi vardı, amma bir il idi ki, atışmalara görə məktəb bağlanmışdı. Anası, qardaşı razı olmasa da, balaca əlləri qabar ola-ola avtomobil təmirçisinin yanında şagird işləyirdi. İndi isə şəhərdə usta olmadığından özü usta işləyirdi. Atasızlıq və ağır zəhmət onu vaxtından əvvəl böyütmüşdü, ailə qayğısı çəkən etmişdi. Amma özünü nə qədər kişi kimi aparsa da, hələ uşaq idi. Özünün uşaq çiyinlərini çox ağır yükün altına vermişdi.

Artıq axırıncı əsgər maşınlarının da yoldan çəkildiyini, yolun tamamilə boş olduğunu görüb, vəziyyətin çox təhlükəli olduğunu anladı. Qardaşı da byrada idi. Onun yanına gəldi. İki qardaş baxışdılar. Hər ikisinjn baxışlarından ağır təəssüf hissi asılmışdı. Qalmaq təhlükəli idi. İstəməsələr də getmək lazım idi... Qəfildən yadına düşdü ki, göyərçinləri qəfəsdə qalıb. Evin bakacası idi. Uşaqlıqdan göyərçin saxlayırdı. Uşaq olsa da, atası öləndən sonra nə anasından, nə də işləyən bacılarından pul almamış, kişi qız-qadın əlinə baxmaz, deyibən göyərçin saxlamışdı. Hərdən onlardan satıb özünə lazım olan pulu əldə etmişdi.Altı qızdan sonra nəzir-niyazla tapılmış, naz-nemətlə ərköyün böyümüş uşaq indi çox əziyyət çəkirdi.

O, göyərçinlərini çox sevirdi. Bu illər ərzində onlara çox bağlanmışdı. Qardaşına: “Tezcə gedib göyərçinləri buraxım, bir də pencəyimi götürüm, çıxaq, ara səngisin qayıdarıq”,-- dedi. İndiyədək işləyib yığdığı pulları pencəyinin cibinə qoymuşdu. Maşın almaq arzusunda idi.

Evə tərəf getmək istəyirdi ki, əli avtomatlı 5-6 əsgər onlara qışqırdı:

– Siz burda nə gəzirsiz?! Hamı çıxıb gedib, ermənisiz?!

Yoldaşlarından biri:

– Bəlkə, burda qalıblar ki, yerimizi, mövqeyimizi ermənilərə xəbər versinlər? Vur onları, – dedi.

Əsgərin birinin evə tərəf gedən balaca qardaşını nişan aldığını görən böyük qardaş:

– Dayanın, nə edirsiz? O, mənim qardaşımdır?! – deyə həyəcanla qışqırdı.

Balaca qardaş səsə döndü, əsgərlər onu yanlarına çağırdılar.

– Bəs hara gedir, şəhərdə heç kəs yoxdur. Ermənilər şəhərə girib, yolu nəzarətə götürüblər. Bizə kömək gəlmədi. Komandirimiz öldü, başsız qaldıq! …Siz niyə hələ də burdasız?

Əsgərlər qorxu, inamsızlıq və təlaş içində idilər… Böyük qardaş evlərinin yaxınlıqda olduğunu dedisə də, əsgərlər onlara inanmadığı üçün evə getməyə qoymadılar, buradan Ağcabədiyə kəsə yolun olub-olmadığını soruşdular. Buraları yaxşı tanımamaqlarından bu pərakəndə, başıpozuq əsgərlərin Gəncə batalyonundan olduqları anlaşılırdı. Nədənsə onlar geri qalmış, yolu azmışdılar. Ermənilər yolu tamamilə nəzarətə götürdüyündən şosse yolla getmək ölümə bərabər idi! Qardaşlar məcburən əsgərlərlə bərabər kəsə yolla Ağcabədiyə tərəf çıxmalı oldular. Sonralar xəbər tutacaqdılar ki, elə bu saatlardaca şose yolun kənarına çatmış ermənilər Əvəz dayı və Ərşad kişini əsir götürüb aparıblar. Erməniləri söyməyində davam Əvəz dayı elə əsirlikdəcə öləcək, Ərşad dayı isə əsirlikdən qayıdacaqdı.. Bu isə lap sonralar olacaqdı. Oğlan məcburən getsə də, yarı canı qəfəsdə ağzı bağlı qalan göyərçinlərinin, onların yumurtadan təzəcə çıxmış ətcə balalarının yanında idi. Arxaya qalıb qardaşına göyərçinlərinin ağzı bağlı qaldığını, geriyə qayıtmaq istədiyini dedi.

- Ey, siz orda yenə nə pıçıldaşırsız? Yolu düz göstərin, tez olun, qaranlığa qalmayaq! – deyə bayaqkı əsgər yenə də avtomatını tətikdə saxlayaraq qışqırdı və yoldaşlarına: “Mənim bunlardan gözüm su içmir, birdən bizi erməni tərəfə apararlar”, – dedi. Bəlkə, bunları vurum?”

Yoldaşları: “Hələ qoy görək hara gedirik, sonra", – dedilər.

Bu vaxt onların yaxınlığına bir “qrad” mərmisi düşüb partladı. Hamısı yerə yatdı… Oğlan birdən ayaqlarından üzüaşağı nə isə bir mayenin axdığını hiss etdi, əlləri ilə yoxladıqda əlləri islandı. “Qan! Yəqin, axan qandır!” – deyə beynindən keçirdi. O, ayağnın yaralandığına görə çox pis oldu. İndi necə gedəcəkdi!? Qardaşına yük olacaqdı. “Qrad” mərmiləri ətrafa daha tez-tez düşürdü… Oğlanın durmadığını görən qardaş təşvişə düşdü, tez gəlib onu durğuzdu:

– Qaqa, bu nədi belə?

Əyilib baxanda indi indi yadına düşdü ki, evdən çıxanda yumurtaları ciblərinə yığmışdı, yerə uzanarkən cibindəki yumurtalar qırılıb və ayağına tökülən maye qan yox, qırılmış yumurtalar imiş… Bu hala gülsünmü, ağlasınmı – bilmədi!… Nəhayət, Ağcabədiyə çatdılar. Anası, altı bacısı darvazanın ağzında təlaş və həyəcan içində dayanıb onları gözləyirdi. Anası və bacıları onları görüb üstünə atıldılar. Sağ-salamat görüb sevindilərsə də, çox keçmədən bu sevincin üstünü qara və ağır – işğal xəbərindən doğan kədər örpəyi örtdü… Evə keçdilər, hamı susqun oturub ürəyi ilə danışırdı. İçəridə çox vahiməli və mübhəm bir sükut vardı. Qəfildən bu mübhəm sükutu hıçqırtılı bir hönkürtü səsi pozdu! Hamı diksindi.

Ürəklərdəki danışıq yarımçıq qaldı. Oğlan elə ürəkdən ağlayırdı ki, sanasan, ürəyi yerindən çıxacaqdı! Atası öləndə 9 yaşı olan, vaxtından əvvəl yaşlaşıb kişiləşən bu uşağın tez-tez zarafat etməsinə baxmayaraq, o vaxtdan nə ürəkdən güldüyünü, nə də ağladığını görən olmuşdı. Evdə hamı bir-birinə dəydi. Bu ürəkparçalayan mənzərəyə dayanıb baxmaq mümkün deyildi! “Göyərçinlərim, göyərçin balaları ağzı bağlı qaldı, mən onlarrıınn aağğğzzıını aaçça biiillmmmədddimmm!!!” Oğlanı kiritmək olmurdu!.. Əlləri qabar ola-ola od-alovun içində, özündən ağır işləri, yatmadan, dincəlmədən görərək qazandığı pulları, hər şeyi qoyub gəlmişdi. Hətta 2 -ci bir köynəyi, 2-ci bir şalvarı götürə bilməmişdi. Güllələrin, mərmilərin, ölüm təhlükəsinin arasından sıyrılıb keçib gəlmişdi. Amma indi o, ürəyi parçalana-parçalana bunların heç birinə yox, göyərçinlərinə yanır, ağlayırdı. Onu ovutmaq olmurdu! Zahirən canlı, böyük görünən bu oğlanın uşaq ürəyi buna dözə bilmirdi!..

Atışma səsi səngimək bilmirdi. Buradan uzaqlaşmaq, atışma səsi gəlməyən bir yerə getmək istədilər. Ana uşaqlarını da götürüb Göyçaya apardı, atışma səsinin oğluna pis təsir etdiyini görüb, Ağcabədidə dayana bilmədi. Amma göyərçinlərin ağzı bağlı qalmasının vicdan əzabı oğlanı rahat buraxmırdı. Əvvəllər şən, zarafatcıl, dil qəfəsə qoymayan qardaşlarının dilindən sözü indi kəlbətinlə almaq olmurdu. Bacılar əziz -xələf qardaşlarının bu halına heç cür dözə bilmirdilər. Odur ki, çoxdan bəri almadıqları yığılıb qalmış (o vaxtlar müəllimlərin maaşı bir neçə dəfə artdığından və bu pulları neçə ay idi almadıqları üçün xeyli pul yığmışdılar) pullarını bir yerə toplayıb yalandan dedilər ki, cibində pul olan pencəyini evdən çıxanda götürüb gətiriblər. Pulların burdadır, gedib özünə maşın alsan. Amma bu da oğlanı rahatlandırmadı. Bir axşam oğlan: “Göyərçinlərim, ağ bala göyərçinlərim ağzı bağlı erməni əsirliyində qaldı”, – deyərək səhərədək sayıqladı.

…Səhər hamı tezdən yuxudan durmuşdu, o isə hələ də yatırdı. Anası gecəni səhərəcən yatmayıb, qoy yatıb dincəlsin. Bütün gecəni “göyərçinlərim, ətcə balalar ağzı bağlı qaldı, erməniyə qaldı!”--deyərək oyaq qalıb, deyə onu oyatmadı.

Bir saat, iki saat keçdi. Oğlan durmadı. Anası dözməyib: "Oğlum, gecdir, dur, çay-çörək ye,"- dedi. Oğlan yenə durmadı.

– Oğlum, başına dönüm, dur!

Oğlan yenə durmadı.

-Daha bəsdir yatdın, dur, – deyə ana oğlunun qolundan tutduqda sanki zəhərli və soyuq bir ilan onun əlləri ilə yanaşı düz ürəyindən çaldı. Necə qışqırdısa, bütün dünya bu səsdən diksinib silkələndi. Köçkünlükdəmi, qaçqınlıqdamı, qəribçilikdəmi, - .bilmirəm nə ad verim,- qalmış 6 qız, ömrünü, həyatını balaca qardaşına bağlamış böyük oğlu – bütün dünya ananın başına fırlandı! Mənfur müharibəsi, yalançı sülhü, bütün ədalətsizliyi, ağrısı, əzabı, işgəncəsi, puçluğu ilə!!!…


Yorumlar


Site Planı
Etiketler yükleniyor...

Çok okunanlar:

Cho'lpon - Go'zal

Qorong‘u kechada ko‘kka ko‘z tikib, Eng yorug‘ yulduzdan seni so‘raymen. Ul yulduz uyalib, boshini bukib, Aytadir: men uni tushda ko‘ramen. Tushimda ko‘ramen – shunchalar go‘zal, Bizdan-da go‘zaldir, oydan-da go‘zal!

Ali Şir Nevai - Gazel (Kiçe kelgümdür dibân ol serv-i gülrû kelmedi)

  Kiçe kelgümdür dibân ol serv-i gülr ū kelmedi Közlerimga kiçe ta ñ atkunçe uykū kelmedi. Lahza lahza çıktım ü çekdim yolıda intizâr Kildi cân ağzımga yu ol şâh-ı bedhū kelmedi. Ârazıdan aydın irkende ger etti ihtiyât Rūzgârım dek hem olganda karangū kelmedi. Ul perîveş hecridin kim yığladım divânevâr Kimse barmu kim anga körgende külgū kelmedi. Közleriñdin niçe suv kelgey deb öltürmeñ meni Kim, bârı kan irdi kilgen bu kiçe sū kelmedi. Tâlib-i sâdık tapılmes, yoksa kim koydı kadem, Yolga kim evvel kadem ma'şukı ötrū kelmedi. Ey Nevâî bâde birle hürrem et könglün üyin Ne uçun kim bâde kilgen üyge kaygū kelmedi.

Cengiz Dağcı - Korkunç Yıllar (Roman Özeti)

  ESERİN ADI: Korkunç Yıllar YAZARI: Cengiz Dağcı YAYINEVİ: Ötüken Yayınları, İstanbul, 2001 1.    ESERİN KONUSU:   İkinci Dünya Savaşı esnasında Sovyetler Birliğinde yaşayan Türklerin Çektiği sıkıntılar, haksızlıklar, kullanılmaları ve vatan sevgisi. 2.    ESERİN ÖZETİ: Olaylar İtalya’da Sadık ve Cengiz’in bir akşam sohbeti esnasında doğuyor.Sadık 1930-1940’lı yıllarda Rusya’da yaşamış bir Kazak Türkü.Hayatını hatıralar adı altında bir defterde topluyor. Sadık çocukluk yıllarında köyde yaşıyor daha sonra babasının milisler tarafından tutuklanmasıyla şehre taşınıyorlar; babasının bir kaç ay sonra serbest bırakılmasıyla da Akmescit’e taşınıyorlar. Sadık durumları çok kötü olmasına rağmen babasının ısrarları üzerine okula yazılır.(1937) Ruslar 150 yıldır Türkleri yok etmek için her türlü yolu deniyorlardı.Önce camilerde ezan okunmasını yasakladılar, ardından da onları yıkmaya başladılar.

Mikayıl Müşfiq - Yenə o bağ olaydı

Yenə o bağ olaydı, yenə yığışaraq siz O bağa köçəydiniz. Biz də muradımızca fələkdən kam alaydıq, Sizə qonşu olaydıq. Yenə o bağ olaydı, səni tez-tez görəydim, Qələmə söz verəydim. Hər gün bir yeni nəğmə, hər gün bir yeni ilham, Yazaydım səhər axşam. Arzuya bax sevgilim, tellərindən incəmi? Söylə, ürəyincəmi?

Peyami Safa - Dokuzuncu Hariciye Koğuşu (Roman Özeti)

  Eserin Adı: Dokuzuncu Hariciye Koğuşu Yazarı: Peyami Safa Yayınevi: Ötüken Yayınları Basım Tarihi: 1999 Eserin Konusu:  15 yaşındaki bir gencin kemik veremi hastalığa yakalanması sonucu hayata tutunma çabası. Romanın Özeti: Romanın 15 yaşındaki kahramanı 7 yaşından beri dizindeki tam olarak teşhis edilemeyen bir hastalıktan dolayı sıkıntılar çekmektedir. Hayatı hastane kapılarında, doktor önlerinde geçmiştir. Son olarak yapılan tetkikler sonucunda dizindeki rahatsızlığın “Kemik Veremi” olduğu anlaşılır. Bu hastalık hayatına veya bir bacağına mal olabilecek bir hastalıktır. Hal böyle iken doktorlar, eğer beslenmesine dikkat eder, heyecansız, sakin bir yaşam sürdürür, moralini yüksek tutarsa iyileşme ihtimalinin olduğunu söylerler.

Oyhan Hasan Bıldırki - Kaçak

     Gün, daha henüz ışımamıştı. Buğulu camın gerisinden Polatlı’nın karanlığı delen ışıkları, kıpış kıpış, fakat belirsizce görünüyordu. Sabahın güzelim sessizliğini doya doya koklamak, tanyerinde sürüp giden renk dövüşünü kana kana görebilmek… Korkusuz olmak. Ne kadar güzelmiş değil mi?

Esat Mahmut Karakurt - Vahşi Bir Kız Sevdim (Roman Özeti)

Eserin Adı: Vahşi Bir Kız Sevdim Yazarı: Esat Mahmut Karakurt Yayınevi: İnkılap Ve Aka Kitabevleri   Koll.Şti. Ankara Cad. No :95 – İstanbul. Basım Yılı: 1967 ( İlk baskı   1926 ). Eserin Konusu : Balkan harbi yıllarında bir   Türk subayı ve Bulgar kızının aşkı. Eserin Ana Fikri : Gönül   ferman dinlemez. Eserin Özeti: Abdulhamid’in saltanatı sırasında Adil adında, otuz bir yaşında yakışıklı bir Türk subayı İstanbul’dan   Makedonya’ya Cisri Mustafa Paşa Tepesi’ni içine alan mıntıkada görevlendirilir. Burada başında güzel bir kızın bulunduğu Bulgar çetesinin saldırıları ile karşılaşır ve bu çetenin terör faaliyetlerine son vermek üzere görevlendirilir.

Mehmed Akif Ersoy - Küfe (Safahat'tan - 5)

Beş-on gün oldu ki, mu’tada inkıyâd ile ben Sabahleyin çıkıvermiştim evden erkenden. Bizim mahalle de İstanbul’un kenârı demek: Sokaklarında gezilmez ki yüzme bilmeyerek! Adım başında derin bir buhayre dalgalanır, Sular karardı mı, artık gelen gelir dayanır! Bir elde olmalı kandil, bir elde iskandil , Selâmetin yolu insan için bu, başka değil! Elimde bir koca değnek, onunla yoklayarak, Önüm adaysa basıp, yok, denizse atlayarak, Ayakta durmaya elbirliğiyle gayret eden, Lisân-ı hâl ile amma rükûa niyyet eden O sâlhurde , harab evlerin saçaklarına, Sığınmış öyle giderken, hemen ayaklarına Delîlimin koca bir şey takıldı...

Tarık Buğra - Küçük Ağa (Roman Özeti)

Küçük Ağa ,  Tarık Buğra ‘nın 1964 yılında yayınlanan romanıdır. Kurtuluş mücadelemizin  Akşehir'de yaşanan bölümünü konu edinir. Zamanla cepheye ve Ankara'ya dair hususlara da girilir. KONUSU: Birinci Dünya Savaşı (1914) ile birlikte Osmanlı Devleti eski gücünü, heybetini kaybetmeye başlamış, isyanlar ve işgallerle zayıf duruma düşmüştür. Romanda, bir Anadolu kasabası olan Konya ilinin bir ilçesi olan Akşehir’den yola çıkılarak, bütün zor koşullar altında millî kurtuluş mücadesi veren Kuva-yı Milliye konu edilmiştir. Olaylar Anadolu'nun küçük bir kasabasında başlar ve gelişir. ÖZET: Dünya Savaşı resmen sona ermiş olmakla birlikte, Osmanlı Devleti üzerinde yarattığı etkiler tüm gücüyle devam emektedir. Savaş sonrası birçok asker memleketlerine geri dönmüştür. Zayiatın büyüklüğü evlerine dönen erlerin çoğunun gazi oluşuyla daha da iyi anlaşılmıştır.

Halit Ziya Uşaklıgil - Mai ve Siyah (Roman Özeti)

  ESERİN ADI           :MAİ ve SİYAH ESERİN YAZARI    :HALİD ZİYA UŞAKLIGİL YAYINEVİ                 :İNKILAP VE AKA KİTABEVLERİ BASIMYILI              :1980 1.ESERİN KONUSU: Hayalleri olan bir gencin lise son sınıfta babasını kaybetmesiyle hayallerinin yıkılışı ve beraberindeki hayat mücadelesi. 2.ESERİN ÖZETİ: Ahmet Cemil,babasının ölümünden sonra,binbir güçlükle okulu bitirir ve kız kardeşini ve annesini beslemek için çalışmak zorunda kalır.Bunun için elinden fazla birşey de gelmemektedir.Çünkü yabancı dil bilmekten başka bildiği birşey yoktur.Ona kalsa,bütün çalışmalarını şiir üzerinde toplamayı;edebiyatımıza bir başka yön vermeyi ister. Ancak hayat mücadelesi onu çok genç yaşta karşılar.