Ana içeriğe atla

Mikayıl Müşfiq - Oxu, tar

Oxu, tar, oxu tar!… Səsindən ən lətif şeirlər dinləyim, Oxu tar, bir qadar, Nəğməni su kimi alışan ruhuma çiləyim. Oxu tar! Səni kim unudar?

Həcər Atakişiyeva - Hüseyn Cavidin “Afət” faciəsində realizmlə romantizmin heyrətamiz vəhdəti

  Hüseyn Abdulla oğlu Rasizadə Naxçıvan şəhərində 1882-ci il oktyabr ayının 24-də anadan olmuşdur. Ədib XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsidir. Hüseyn Rasizadə Azərbaycan ədəbiyyatı tarixində filosof şair, böyük dramaturq Hüseyn Cavid kimi tanınmışdır. Hüseyn Cavid Azərbaycan ədəbiyyatı tarixində romantizm ədəbi cərəyanın ən qüdrətli sənətkarlarından biridir. Ədib 1909-cu ildən “Cavid” ədəbi təxəllüsü ilə yazmağa başlamışdır. Hüseyn Cavidin dramaturji yaradıcılığı olduqca zəngindir. Hüseyn Cavidin “Afət” faciəsinin tədqiqinə həsr olunmuş çox sayda tədqiqat işləri vardır. Azərbaycan ədəbiyyatşünasları “Afət” faciəsində qoyulan bir sıra bəşəri problemləri, müəllifin insan konsepsiyasını, Şərq və Qərb filosoflarının görüşləri ilə müqayisəli şəkildə şərh etmişdirlər. Əsərdə dramaturqun insan konsepsiyasına dair görüşləri öz əksini tapmışdır. Hüseyn Cavid 4 pərdəli “Afət” faciəsini 1922-ci ildə faciə janrında, nəsrlə qələmə almışdır. Əsərdə qadın mövzusuna, qadının mənəviyyat və şəxsiyyət azadlığı məsələsinə toxunulmuşdur.  

H.Cavidin “Afət” faciəsi ailə, məişət mövzusunda yazılmış faciəvi sonluqla bitən əsərdir. H.Cavidin “Afət” faciəsində türk zadəgan mühitində, kübar ailələrində olan ziddiyyətlər əks olunmuşdur. Faciənin konflikti gərgin, bir-birini təqib edən hadisələr əsasında qurulub, süjet xətti isə çoxşaxəlidir. Hüseyn Cavid “Afət” faciəsinin baş qəhrəmanı olan Afətin xarakteri ilə Azərbaycan ədəbiyyatında orijinal qadın obrazı yaratmağa nail ola bilmişdir. H.Cavidin “Afət” faciəsinin əsas obrazı Afət yaşadığı həyatda və cəmiyyətdə yüksək bir mövqeyə sahib bir qadın idi. Afət kübar və zadəgan bir xanımdır. Hüseyn Cavid “Afət” faciəsində burjua-zadəgan mühitini, kübar adətlərini və əxlaq normalarını təsvir etmişdir. H.Cavidin yaratmış olduğu digər qadın obrazları ilə müqayisədə Afət mürəkkəb və ziddiyyətli xarakterə sahibdir. O, H.Cavidin bütün qadın qəhrəmanlarından xarakterinin çılğınlığına, romantik duyğularına məğlub olmağına, məhəbbətində hüdud tanımamağına, qisas almağa meyilliliyinə görə fərqlənir. Onun xarakterindəki sevgisiz yaşaya bilməmək duyğusu onu uçuruma aparır. Nifrət və intiqam Afət obrazının xarakterindəki əsas anlayışlar idi. H.Cavidin “Afət” faciəsinin əsas obrazı Afət 33 yaşında, şux, lütfkar, füsunkar bir qadındır. Hüseyn Cavid “Afət” faciəsində burjua-zadəgan mühitinin iç üzünü obrazların öz dili ilə ifşa edir. Doktor Qaratayın sözləri ilə maarif müdiri Xandəmirin əməllərini ifşa edib, cəmiyyətin bu cür simalarını ifşa edir. “Şaka deyil a! Hərif bir şey bilmədiyi halda maarif müdiri... Gənc olmadığı halda hovarda, az bir maaşla pək zəngin... Daha nə istərsin. Bütün arqadaşları arasında “Müsyo Fırıldaq” deyə şöhrət bulmuşdur”.                                                                            

H.Cavid “Afət” faciəsində qadına olan hörmət və məhəbbətini doktor Qaratayın sözləri ilə bildirir. “Qadınsız bir məclis, gülsüz bahara, bülbülsüz çəmənzarə bənzər. Gerçəkdən, qadın həyat, həyat isə qadın deməkdir”.   

H.Cavidin “Afət” faciəsinin əsas obrazı Afət doktor Qaratayın eşqindən əbədiyyətən əmin olmaq və doktor Qaratayın onu bütün mənliyi, bütün həyatı və səadəti ilə sevməyini istəyirdi. Afət pyesdə xəyanəti heç bir vəclə qəbul edə bilməyən xarakteri ilə seçilir. H.Cavid Afət obrazının vasitəsilə dövrünün qadınlarından fərqli bir qadın xarakteri yaratmışdır. Afət qorxmazdır, intiqam almaq onun xarakterinə yad deyil. “Ancaq şu qadar var ki, aldadılmaq istəməm, aldandığımı duysam məhv olurum. Həm də pək kinliyim, anlıyormusun? Bəni aldatmaq istəyənləri əsla əfv etməm. İki gözüm olsa belə intiqam alırım, intiqam!.. Əvət, bən, pək kinliyim. Bəni təhqir edənlər Əzrailin qucağına atılmış olurlar”. 

Əslində H.Cavid “Afət” faciəsinin əsas obrazı olan Afətin simasında həyat yoldaşını sevməyən, ona məhəbbəti olmayan qadınların faciəsini yaratmışdır. Belə ki, gənc Afət həyat yoldaşı Özdəmiri əsla sevmir, ondan canını qurtarmaq üçün bir çarə, bir dərman, bir zəhər, bir atəş axtarırdı. Afət əsərdə həyat yoldaşını sevməyən, ona məhəbbəti olmayan qadın kimi təsvir olunmasına baxmayaraq, o, Özdəmirin qızlarına ana qayğısı ilə yaxınlaşır. Onlarla lətif, məsum davranır. Əsərdə Özdəmiri səfil edən onun sərxoşluğu və sərsəriliyidir. Faciədə gənc Afətin və onun həyat yoldaşı Özdəmirin keçmişləri və indiləri Ərtoğrulun dilindən belə təsvir olunur. “O, bu şəhərə gələli çoq deyil... Eşitdiyimə görə pək kibar və alafranqa bir ailəyə mənsub imiş. Fəqət böyük bir fəlakət birdən-birə evlərini söndürmüş, varyoqları əldən çıqmış, babası fəqir düşüncə qızını Özdəmirə vermiş... Şu hərif də gündəngünə poslayı şaşıraraq ailəsini düşünəməz olmuş... Şimdi hər gün bir oteldə sərxoşca vaqıt keçiriyor. Evə gəldiyi zamanlarda Afəti pək qabaca təhqir ediyormuş... Təbii Afət də şu qabalığa dayanamıyaraq ondan soyuyacaq və get-gedə Qaratay kibi macəraçılara ısınmağa məcbur olacaq”... 

H.Cavid “Afət” faciəsində doktor Qaratay ilə Özdəmirin xarakterlərini müqayisəli şəkildə təhlil edir. Afət doktor Qaratay ilə Özdəmirin xarakterlərini, hərəkətlərini, həyatlarını, cəsarətliliklərini müqayisəli şəkildə təhlil edərək, doktor Qaratayı seçir. Afətin doktor Qaratayı seçməsində əsas səbəb o idi ki, onu dürüst, şən, insaflı, dəliqanlı, mərhəmətli, qürurlu və əzəmətli biri kimi tanıyır. Həyat yoldaşı Özdəmiri isə doktor Qarataydan fərqli olaraq, insafsız, mərhəmətsiz, nəzakətsiz, duyğusuz, məcəraçı, olduqca sərvət və şöhrət düşkünü bir kimi bilir. Afətin doktor Qarataydan istəyi sonsuz məhəbbət və səadət idi. Afət nə doktor Qaratayla olan sevgi münasibətində, nə də ki,  həyat yoldaşı Özdəmirlə olan evliliyində xoşbəxt ola bilməyən zavallı bir qadın idi. Bütün mühit, qanunlar, din, adətlər ona qarşı idi. Afət doktor Qaratayın toruna düşməmişdən əvvəl dünyadakı otları, çiçəkləri, quşları, kəpənəkləri, insanları və heyvanları sevən, onlara məhəbbət göstərən biri idi. O, gələcəyini, səadətini düşünərkən, qaranlıq bir gələcək, aldadıcı bir həyat, qorqunc və gülünc iztirablar onu yaxaladı. Onun dərdi, düşüncəsi eşq, gözəllik, məhəbbət idi. Afəti doktor Qaratayın xəyanəti dinlərdən, mənəviyyatdan, məzhəblərdən uzaqlaşdırmışdı. Mənəviyyatdan uzaq düşmüş Afət kimsəsizlikdən göz yaşı tökür, qürubun məhzunluğunu, gecənin sükutunu, fəzanın dərinliyini,  musiqinin ritmini, çayların, ırmaqların ninnisini, dənizlərin çağlayan səsini, ildırımların gurlamasını, xəfif küləyin zümzüməsini, yapraqların, çiçəklərin xışıltısını, bülbüllərin ötüşməsini, vurğun gönüllərin acı təranəsini, uşaqların qəhqəhəsini, körpə quzuların mələməsini duymurdu. Artıq onun sirdaşı qürubun ölgün nəfəsi və gecənin səssiz qaranlığı idi. Əslində isə H.Cavidin “Afət” faciəsinin əsas obrazı olan Afət necə lütfkar və nəzakətli idi. Onun gənclik, gözəllik və böyük səadət arzusu puç olmuşdu. Afətin mənəvi böhranlar keçirməsinin əsas səbəbi o idi ki, doktor Qaratayın toruna düşərək, həyat yoldaşı Özdəmiri öldürmüşdü. Bundan sonra isə doktor Qaratayın ona sadiq qalacağına, onunla birgə uzun, xoşbəxt ömür keçirəcəyinə ümid edərkən, doktor Qaratayın qatili olduğu həyat yoldaşı Özdəmirin qızı Altunsaç ilə evlənəcəyini öyrənir. “Xayır... O ağlanacaq şey isə də, bən ona gülərim (qəhqəhə). Fəqət o dodaqlar ki, dün bənim ayaqlarımı öpüyordu, bu gün Altunsaçın dodaqlarını əməcək. O hərif ki, bir az əvvəl bənim əlimdə oyuncaq idi, bir az sonra Altunsaçı kəndi əlində oynatacaq”...

H.Cavidin “Afət” faciəsinin baş qəhrəmanı Afət xaraktercə özünəməftun bir qadın idi. O, füsunkar gözləri, gözəl dodaqları ilə daim fəxr edirdi. Özünün aynadakı rəsminə məftun idi. Afətin gözəlliyi ilə duyğusuz və mənasız həyatı bir-birinə təzad təşkil edirdi. Afətin həyatı doktor Qaratayla Altunsaçın evlənməsi xəbərini eşitdikdən sonra qaraldı. Onun dünyası dağıldı, ümidləri soldu. Doktor Qaratayın toruna düşərək, həyat yoldaşı Özdəmiri öldürən Afətin aldadıldığını anlaması onun bütün xəyallarının puç olması ilə nəticələnir. Doktor Qaratayın ittihamlarına dözməyən Afət mənəvi sarsıntı keçirir. “Öncə miskin bir kölə kibi qarşımda diz çökdün, boyun bükdün; fəqət sonra bəni atdın, başqalarını tutdun. Gah rəqqasələrə vuruldun, gah Altunsaçı buldun... Ah, şimdi, şimdi isə bəni təhqir ediyorsun, bəni qəbahətli çıqarmaq istiyorsun”. 

H.Cavidin “Afət” faciəsinin əsas obrazı olan Afətin faciəsi sevmədiyi Özdəmir ilə evlənib, sevgi, məhəbbət, qayğı görməyərək, boşluqdan doktor Qaratayın toruna düşməsi ilə başlayır. Afət doktor Qaratayı pərəstiş edərcəsinə sevirdi. Afət doktor Qarataya sevgi və məhəbbətini belə açıb, söyləyir. “And olsun uyqusuz gecələrə, and olsun ağlar gözlərə, and olsun gözəlliyə və məhəbbətə, bən yalnız səni seviyorum, yalnız sana qavuşmaq istiyorum. Əvət, məsum bir çocuq nasıl nurdan, rəngdən həzz alarsa, bən də səndən, sənin visalından o qadar zevq alıyorum”.     

H.Cavidin “Afət” faciəsinin baş qəhrəmanı Afət doktor Qaratayın xəyanətinin nəticəsində və həyatda tək qaldığı üçün bir çiçək kimi solmuşdu. Elə bir vəziyyətə gəlmişdi ki, aynaya bağmağa belə cəsarət edə bilmirdi. O, sanki, solğun bir çiçək kimi ruhunu qara topraqlara təslim etmişdi.  Doktor Qaratayın xəyanəti onun kimi gözəl bir qadının  gözəlliyini soldurub, məhv etmişdi. Onun həm səadəti, həm də məhəbbəti  intiqam hissinə çevrilmişdi. Afət artıq itirəcək bir şeyi olmadığı üçün özünü ən təhlükəli uçurumlar çirkabına atmışdı. 

H.Cavidin “Afət” faciəsində xəyanət qurbanı olan digər bir məsum obrazlardan biridə Alagözdür. Alagöz bu qədər riyakarlığa dözə bilməyib, zəhər içərək, intahar etmək istəyir. Lakin, Ərtoğrul onu ölümdən xilas edə bilir. Alagözün belə mənəvi böhranlar keçirməsinin ən əsas səbəblərindən başlıcası Afət idi. Bütün qızlar içində parlaq bir almaz, dilbər bir çiçək, məsum bir mələk olan Alagöz özünün doğma anası bildiyi Afətin əslində onun ögey anası olduğunu belə öyrənir. “Bən sənin anan deyilim, sən hənuz iki yaşında ikən anan tərki-həyat etmiş. Baban bəni sonra aldı, bən isə göz bəbəyi kibi səni bəslədim, məsum bir mələk kibi böyütdüm”.  

H.Cavidin “Afət” faciəsində xəyanət qurbanı olan Afətin faciəsini qaçınılmaz edən doktor Qaratayın əxlaqsızlığı, sərxoşluğu, sayğısızlığı idi. Afət doktor Qarataya vurulduqdan sonra, qatil olub, həyat yoldaşı Özdəmiri zəhərləyərək, öldürür. Afət mənəvi sarsıntı keçirərək, özünü Alagözə belə təqdim edir. “Bən sənin anan deyilim... Bən qatil, cəllad, ləkəli bir qadınım. Artıq bəni unut”!..  

H.Cavidin “Afət” faciəsində öz məsumluluğu ilə seçilən Alagöz Afətin onun əsl anası olmadığı xəbəri məhzun bir təbəssümlə qarşılayır. O, ləkəli ana damğasından azad olmuşdu. Bütün dünyaya onun anasının ləkəli Afət olmadığını bağırıb, söyləmək istəyirdi. Afətin qarşısında bir yol qalırdı qəddar, xain, cəllad Qarataydan xilas almaq. O ancaq bu yolla özünü haqsızlıq etdiyi Alagözün qarşısında təmizə çıxara bilərdi. Afət doktor Qaratayı silah ilə öldürərək, ondan Özdəmirin intiqamını, öz intiqamımı, gözəlliyin intiqamını alır. Afət doktor Qaratayı öldürəndən sonra onun  cənazəsini qucaqlayıb öpərək, dərin sarsıntılar keçirir. H.Cavidin “Afət” faciəsi zavallı qadın Afətin zəhər içərək, intihar etməsi səhnəsi ilə bitir.   

H.Cavidin yaradıcılığında mərkəzi yerlərdən birini tutan qadın hüquqlarını tapdayanlara qarşı mübarizəyə həsr olunan “Afət” faciəsinin mövzusu bütün dövrlər üçün aktualdır. H.Cavidin “Afət” faciəsi Azərbaycan ədəbiyyatında Azərbaycan qadınlarının düşdüyü uçurumu və əhatə olunduğu qaranlıq mühitin təsviri baxımından ən dəyərli bir əsərdir.

Yorumlar


Site Planı
Etiketler yükleniyor...

Çok okunanlar:

Cho'lpon - Go'zal

Qorong‘u kechada ko‘kka ko‘z tikib, Eng yorug‘ yulduzdan seni so‘raymen. Ul yulduz uyalib, boshini bukib, Aytadir: men uni tushda ko‘ramen. Tushimda ko‘ramen – shunchalar go‘zal, Bizdan-da go‘zaldir, oydan-da go‘zal!

Ali Şir Nevai - Gazel (Kiçe kelgümdür dibân ol serv-i gülrû kelmedi)

  Kiçe kelgümdür dibân ol serv-i gülr ū kelmedi Közlerimga kiçe ta ñ atkunçe uykū kelmedi. Lahza lahza çıktım ü çekdim yolıda intizâr Kildi cân ağzımga yu ol şâh-ı bedhū kelmedi. Ârazıdan aydın irkende ger etti ihtiyât Rūzgârım dek hem olganda karangū kelmedi. Ul perîveş hecridin kim yığladım divânevâr Kimse barmu kim anga körgende külgū kelmedi. Közleriñdin niçe suv kelgey deb öltürmeñ meni Kim, bârı kan irdi kilgen bu kiçe sū kelmedi. Tâlib-i sâdık tapılmes, yoksa kim koydı kadem, Yolga kim evvel kadem ma'şukı ötrū kelmedi. Ey Nevâî bâde birle hürrem et könglün üyin Ne uçun kim bâde kilgen üyge kaygū kelmedi.

Cengiz Dağcı - Korkunç Yıllar (Roman Özeti)

  ESERİN ADI: Korkunç Yıllar YAZARI: Cengiz Dağcı YAYINEVİ: Ötüken Yayınları, İstanbul, 2001 1.    ESERİN KONUSU:   İkinci Dünya Savaşı esnasında Sovyetler Birliğinde yaşayan Türklerin Çektiği sıkıntılar, haksızlıklar, kullanılmaları ve vatan sevgisi. 2.    ESERİN ÖZETİ: Olaylar İtalya’da Sadık ve Cengiz’in bir akşam sohbeti esnasında doğuyor.Sadık 1930-1940’lı yıllarda Rusya’da yaşamış bir Kazak Türkü.Hayatını hatıralar adı altında bir defterde topluyor. Sadık çocukluk yıllarında köyde yaşıyor daha sonra babasının milisler tarafından tutuklanmasıyla şehre taşınıyorlar; babasının bir kaç ay sonra serbest bırakılmasıyla da Akmescit’e taşınıyorlar. Sadık durumları çok kötü olmasına rağmen babasının ısrarları üzerine okula yazılır.(1937) Ruslar 150 yıldır Türkleri yok etmek için her türlü yolu deniyorlardı.Önce camilerde ezan okunmasını yasakladılar, ardından da onları yıkmaya başladılar.

Mikayıl Müşfiq - Yenə o bağ olaydı

Yenə o bağ olaydı, yenə yığışaraq siz O bağa köçəydiniz. Biz də muradımızca fələkdən kam alaydıq, Sizə qonşu olaydıq. Yenə o bağ olaydı, səni tez-tez görəydim, Qələmə söz verəydim. Hər gün bir yeni nəğmə, hər gün bir yeni ilham, Yazaydım səhər axşam. Arzuya bax sevgilim, tellərindən incəmi? Söylə, ürəyincəmi?

Peyami Safa - Dokuzuncu Hariciye Koğuşu (Roman Özeti)

  Eserin Adı: Dokuzuncu Hariciye Koğuşu Yazarı: Peyami Safa Yayınevi: Ötüken Yayınları Basım Tarihi: 1999 Eserin Konusu:  15 yaşındaki bir gencin kemik veremi hastalığa yakalanması sonucu hayata tutunma çabası. Romanın Özeti: Romanın 15 yaşındaki kahramanı 7 yaşından beri dizindeki tam olarak teşhis edilemeyen bir hastalıktan dolayı sıkıntılar çekmektedir. Hayatı hastane kapılarında, doktor önlerinde geçmiştir. Son olarak yapılan tetkikler sonucunda dizindeki rahatsızlığın “Kemik Veremi” olduğu anlaşılır. Bu hastalık hayatına veya bir bacağına mal olabilecek bir hastalıktır. Hal böyle iken doktorlar, eğer beslenmesine dikkat eder, heyecansız, sakin bir yaşam sürdürür, moralini yüksek tutarsa iyileşme ihtimalinin olduğunu söylerler.

Oyhan Hasan Bıldırki - Kaçak

     Gün, daha henüz ışımamıştı. Buğulu camın gerisinden Polatlı’nın karanlığı delen ışıkları, kıpış kıpış, fakat belirsizce görünüyordu. Sabahın güzelim sessizliğini doya doya koklamak, tanyerinde sürüp giden renk dövüşünü kana kana görebilmek… Korkusuz olmak. Ne kadar güzelmiş değil mi?

Esat Mahmut Karakurt - Vahşi Bir Kız Sevdim (Roman Özeti)

Eserin Adı: Vahşi Bir Kız Sevdim Yazarı: Esat Mahmut Karakurt Yayınevi: İnkılap Ve Aka Kitabevleri   Koll.Şti. Ankara Cad. No :95 – İstanbul. Basım Yılı: 1967 ( İlk baskı   1926 ). Eserin Konusu : Balkan harbi yıllarında bir   Türk subayı ve Bulgar kızının aşkı. Eserin Ana Fikri : Gönül   ferman dinlemez. Eserin Özeti: Abdulhamid’in saltanatı sırasında Adil adında, otuz bir yaşında yakışıklı bir Türk subayı İstanbul’dan   Makedonya’ya Cisri Mustafa Paşa Tepesi’ni içine alan mıntıkada görevlendirilir. Burada başında güzel bir kızın bulunduğu Bulgar çetesinin saldırıları ile karşılaşır ve bu çetenin terör faaliyetlerine son vermek üzere görevlendirilir.

Mehmed Akif Ersoy - Küfe (Safahat'tan - 5)

Beş-on gün oldu ki, mu’tada inkıyâd ile ben Sabahleyin çıkıvermiştim evden erkenden. Bizim mahalle de İstanbul’un kenârı demek: Sokaklarında gezilmez ki yüzme bilmeyerek! Adım başında derin bir buhayre dalgalanır, Sular karardı mı, artık gelen gelir dayanır! Bir elde olmalı kandil, bir elde iskandil , Selâmetin yolu insan için bu, başka değil! Elimde bir koca değnek, onunla yoklayarak, Önüm adaysa basıp, yok, denizse atlayarak, Ayakta durmaya elbirliğiyle gayret eden, Lisân-ı hâl ile amma rükûa niyyet eden O sâlhurde , harab evlerin saçaklarına, Sığınmış öyle giderken, hemen ayaklarına Delîlimin koca bir şey takıldı...

Tarık Buğra - Küçük Ağa (Roman Özeti)

Küçük Ağa ,  Tarık Buğra ‘nın 1964 yılında yayınlanan romanıdır. Kurtuluş mücadelemizin  Akşehir'de yaşanan bölümünü konu edinir. Zamanla cepheye ve Ankara'ya dair hususlara da girilir. KONUSU: Birinci Dünya Savaşı (1914) ile birlikte Osmanlı Devleti eski gücünü, heybetini kaybetmeye başlamış, isyanlar ve işgallerle zayıf duruma düşmüştür. Romanda, bir Anadolu kasabası olan Konya ilinin bir ilçesi olan Akşehir’den yola çıkılarak, bütün zor koşullar altında millî kurtuluş mücadesi veren Kuva-yı Milliye konu edilmiştir. Olaylar Anadolu'nun küçük bir kasabasında başlar ve gelişir. ÖZET: Dünya Savaşı resmen sona ermiş olmakla birlikte, Osmanlı Devleti üzerinde yarattığı etkiler tüm gücüyle devam emektedir. Savaş sonrası birçok asker memleketlerine geri dönmüştür. Zayiatın büyüklüğü evlerine dönen erlerin çoğunun gazi oluşuyla daha da iyi anlaşılmıştır.

Halit Ziya Uşaklıgil - Mai ve Siyah (Roman Özeti)

  ESERİN ADI           :MAİ ve SİYAH ESERİN YAZARI    :HALİD ZİYA UŞAKLIGİL YAYINEVİ                 :İNKILAP VE AKA KİTABEVLERİ BASIMYILI              :1980 1.ESERİN KONUSU: Hayalleri olan bir gencin lise son sınıfta babasını kaybetmesiyle hayallerinin yıkılışı ve beraberindeki hayat mücadelesi. 2.ESERİN ÖZETİ: Ahmet Cemil,babasının ölümünden sonra,binbir güçlükle okulu bitirir ve kız kardeşini ve annesini beslemek için çalışmak zorunda kalır.Bunun için elinden fazla birşey de gelmemektedir.Çünkü yabancı dil bilmekten başka bildiği birşey yoktur.Ona kalsa,bütün çalışmalarını şiir üzerinde toplamayı;edebiyatımıza bir başka yön vermeyi ister. Ancak hayat mücadelesi onu çok genç yaşta karşılar.