Ana içeriğe atla

Mikayıl Müşfiq - Oxu, tar

Oxu, tar, oxu tar!… Səsindən ən lətif şeirlər dinləyim, Oxu tar, bir qadar, Nəğməni su kimi alışan ruhuma çiləyim. Oxu tar! Səni kim unudar?

Atakişiyeva Həcər - Cəlil Məmmədquluzadənin “Qurbanəli bəy” hekayəsinin problematikası

 

Azərbaycanın görkəmli yazıçısı, dramaturqu, jurnalisti, ictimai xadimi, "Molla Nəsrəddin" jurnalının qurucusu olan Cəlil Məmmədquluzadə Azərbaycanın ən qədim şəhərlərindən olan Naxçıvan şəhərində 1869-cu ildə anadan olmuşdur. Cəlil Məmmədquluzadə Azərbaycan ədəbiyyatı tarixində yazıçı və jurnalist kimi xüsusi bir iz buraxmış ədibdir. Cəlil Məmmədquluzadə Azərbaycanda, eləcə də Yaxın Şərqdə "Molla Nəsrəddin" jurnalı ilə satirik jurnalistikanın əsasını qoydu. Cəlil Məmmədquluzadə publisistikası, nəsr və dram əsərləri ilə Azərbaycan ədəbiyyatını həm məzmunca, həm də formaca da zənginləşdirmişdir. Cəlil Məmmədquluzadənin "Poçt qutusu", "Usta Zeynal", "İranda hürriyyət", "Quzu", "Dəllək", "Rus qızı", "Kişmiş oyunu", "Zırrama", "Molla Fəzləli", "Xanın təsbehi", "Konsulun arvadı", "Pirverdinin xoruzu" və s. kimi hekayələri vardır. Lakin bunların içində “Qurbanəli bəy” hekayəsi özünəməxsus yer tutur. Cəlil Məmmədquluzadənin “Qurbanəli bəy” hekayəsi epik növdə, hekayə janrında yazılmışdır. Əsərin mövzusu insanın öz xarakterinə görə rəzil olması və gülüş obyektinə çevrilməsidir. “Qurbanəli bəy” hekayəsində ədib tüfeyli çar məmurlarını, lovğa və yaltaq mülkədarları satirik tərzdə ifşa etmişdir. Cəlil Məmmədquluzadə “Qurbanəli bəy” hekayəsində pristavın evindəki yemək masasını, çəmənlikdəki məclisi, yataq insanları ən incə xırdalıqlarına qədər təsvir etmişdir. Cəlil Məmmədquluzadə təsvir ustası idi. O, qonaqlığa hazırlığı çox geniş və əhatəli təsvir etmişdir. Ədib süfrəyə düzülən o qədər çox yeməklərin təsviri ilə yazıq kəndlilərin həyatının çətinliklərini bir daha oxucuya çatdırır. Cəlil Məmmədquluzadə “Qurbanəli bəy” hekayəsində kəndlilərin acınacaqlı həyatı ilə bəylərin cah-cəlallı həyatını və kəndlilərin şərəfi, ləyaqəti ilə xalqı əzən rus məmurlarının əsl simalarını müqayisə edir. Cəlil Məmmədquluzadənin “Qurbanəli bəy” hekayəsinin baş qəhrəmanı olan Qurbanəli bəy "Qapazlı" kəndinin bəyi və mülkədarıdır. Ədibin ifşaedici gülüşü Qurbanəli bəyin yaltaqlığı, ikiüzlülüyü, yüngül xasiyyəti, kobudluğu, zalımlığı, danışığı, davranışı idi. Cəlil Məmmədquluzadə Qurbanəli bəyin əsl simasını nökəri Kərbəlayı Qasımla, aşpaz Əli ilə, qulluqçu qadınla olan rəftarında açıq bir şəkildə göstərir. Qurbanəli bəy aşağı təbəqənin adamlarını öz kobud davranışı ilə əsər boyu əzir. Cəlil Məmmədquluzadə “Qurbanəli bəy” hekayəsində rəzil insanların öz hərəkətləri nəticəsində gülüş obyektinə çevrilmələrini çox böyük məharətlə açıb göstərmişdir. Ədib “Qurbanəli bəy” hekayəsində izdihamlı məclisin səbəbkarı kimi pristavın arvadını seçməsi heç də təsadüf deyildi. Yazıçının pristavın arvadının ad qoyulan gününün belə təmtəraqlı keçirilməsinin və camaatın yarısının kəndin kənarına və təpələrə dırmaşıb maraqla naçalnikin yolunu gözləməsi səhnəsində ibrətamiz fikiləri vadır. Pristavın həyətinə toplaşan katda, yasovul və qlava mirzələrinin hamısının niyyəti rus naçalnikini görmək və ona yaltaqlanmaq idi. Cəlil Məmmədquluzadə “Qurbanəli bəy” hekayəsində ən rəzil vəziyyətlərdən biri o idi ki, hər "naçalnik gəlir" deyiləndə kəndlilərin susdurulmasını, təhqir olunmasını, həyətə belə buraxılmamasını, baş verən hadisələrə kənardan baxmalarını elə dəqiq təsvir etmişdir ki, XX əsr kəndlisinin obrazı göz önündə canlanır. Kəndliləri əzənlərin ən başçılarından biri də "Qapazlı" kəndinin bəyi və mülkədarı məşhur Qurbanəli bəy idi. Cəlil Məmmədquluzadə Qurbanəli bəyin özünü naçalnikə, pristavın arvadına, oradakı qonaqlara yaxşı göstərməsi üçün rus dilində bilmədən danışmasını, rus itinin başını tumarlayıb, onlara xoş getsin deyə dəridən-qabıqdan çıxmasını böyük yazıçı ustalığı ilə, ən xırda incəliklərinə kimi qələmə almışdır. Cəlil Məmmədquluzadə “Qurbanəli bəy” hekayəsində Azərbaycanda idarə etmədə olan yadelli rusların təmtəraqlı həyatının təsviri ilə “Ortaya düzülmüşdü stollar və stollarırın üstünə düzülmüşdü növ-növ şirin çörəklər, suxarılar, paxlavalar, halvalar, kanfetlər, lumu-partaxallar, quru yemişlər. Stolun üstünə qoyulmuşdu yekə samavar və qulluqçular çay töküb qoyurdular qonaqların qabağına. Ağalar və xanımlar məşğul oldular yeməyə, içməyə və eşikdə də toy və zurnanın səsi ucaldı. Evin qabağında, çayın kənarında, çəmənin üstündə bir neçə fərş döşənmişdi. Bir tərəfdə üç yekə samavar qoyulmuşdu və yanlarında otuz-qırx stəkan-nəlbəki, nimçələr, qəndlər, mürəbbələr, şirin çörəklər, lumu-partaxallar, kanfetlər, qurabiyələr və qeyri çay ilə və çaysız yeməli şeylər, yağlar, xamalar, qaymaqlar, quru yemişlər düzülmüşdü. Ətrafdan qoyulmuşdu yasdıq və balışlar” bu təmtəraqlı həyata kənardan baxan yazıq kəndlilərin həyatı müqayisəli təsvir olunmuşdur. Qurbanəli bəyin tək niyyəti özünü naçalnikə və oradakı qonaqlara tanıtdırmaq və onlardan rəğbət görmək idi. Qurbanəli bəyin əsl siması Kərbəlayı Qasıma olan rəftarında üzə çıxır. Ədib naçalnikin gözünün Qurbanəli bəyin atına düşməsi səhnəsində rusların azərbaycanlıların malına, torpağına olan hərisliyini çox incəliklə təsvir etmişdir. Naçalnik ata çox böyük acgözlüklə baxırdı. Qurbanəli bəy qonaqlıq müddətində özünü bütün hərəkətləri ilə rüsvay edirdi. Qurbanəli bəyin əsl rüsvay olmuş siması qonaqların hamısının onun sağlığına içməsi səhnəsində görünür. Qurbanəli bəy şadlığından az qalırdı ki, özündən getsin. O, özünü “Siz ki, mənim sağlığıma içdiniz, qurban olsun sizə mənim canım. Mən ölənə kimi bu günü yadımdan çıxarmanam. Mən lap əriyib yerə girirəm ki, bu qədər xanım mənim sağlığıma içsin. Mən nəyəm ki, bu qədər xanım mənim sağlığıma içsin? Mən bu xanımların ayağınm torpağı da ola bilmənəm” bu sözləri ilə yadelli təbqənin qarşısında rüsvay edir. Cəlil Məmmədquluzadə “Qurbanəli bəy” hekəayəsində Qurbanəli bəyin naçalniki, pristavın arvadını, oradakı qonaqları qonaq çağırma tərzində “Vallah, billah, atamın goru haqqı sabah bizə qonaq gəlməsəniz, mən özümü öldürərəm. Mən istəyirəm sizə qulluq eləyim. Mən istəyirəm sizə nökərçilik eləyim. Sabah bizə gəlməsəniz, mən bu xəncəli soxaram qarnıma. Hər kəs gəlməsə, namərddi. Aman günüdü, özümü öldürərəm! Qurban olsun sizə mənim canım. Sağ olsun xanımlar. Urra! Urra!” onun mədəniyyət anlayışını göstərmişdir. Qurbanəli bəy nökəri Kərbəlayı Qasıma qarşı olan çox kobud münasibətini aşpaz Əliyə, qaravaşa da göstərirdi. Qurbanəli bəyin işçiləri ilə belə kobud münasibətinin kökündə onun şəxsi keyfiyyətləri dururdu. Onun ən əsas xüsusiyyəti o idi ki, özündən mənsəbcə böyük adamın qarşısında özünü alçaldıb, xəcil edirdi. Qurbanəli bəydən fərqli olaraq, onun xanımı qaravaşla, Kərbəlayı Qasımla, aşpaz Əli ilə çox mehriban, bir ailə üzvü kimi davranırdı. Cəlil Məmmədquluzadə “Qurbanəli bəy” hekayəsində "Qapazlı" kəndinin “Kəndin aşağısında "Əhmədxan gölü" ağarırdı. Gölün yanında Hacı Heydərin dəyirmanı və meşəsi daha da aşkar görsənirdi. Dəyirmandan "Qapazlı" kəndinə kimi düzülmüşdülər taxta-taxta yaşıl zəmilər, yoncalıqlar və qara şum yerləri” təsvirini vermişdir. Qurbanəli bəyin naçalniki, pristavın arvadını, oradakı qonaqları qonaq çağırması tamamilə yadından çıxmışdı, çünki onun məqsədi evində qonaq qəbul etmək deyildi, onun istəyi o idi ki, həmin müddətdə tədqir olunsun. Qurbanəli bəy sonranı düşünməyib həmin an üçün yaşayan adam idi. Məhz bu xarakterinə görə də naçalnik, pristavın arvadı, oradakı qonaqlar onun evinə qonaq gələndə o onları qarşılamaq əvəzinə mələfəni götürüb çarşav kimi başına salıb, qaçıb tövlədə atın axuruna girdi. Çünki Qurbanəli bəy üçün onun nüfuzu maraqlı deyildi. Əsas olan o idi ki, həmin vaxt o hörmət görürdü. Naçalnik, pristavın arvadı, oradakı qonaqlar Qurbanəli bəyin bu xarakterindən xəbərsizcəsinə onun evinə qonaq gəlib, onun evdə olmadığını eşidib, çox təəccüb etdilər. Qurbanəli bəyin atlarını görmək istəyən naçalnik Qurbanəli bəyi axurda kəfənə bürünmüş bir şəkildə görür. Cəlil Məmmədquluzadə “Qurbanəli bəy” hekayəsində "Qapazlı" kəndinin bəyi və mülkədarı olan Qurbanəli bəyin axurun içində bu utanc verici vəziyyətə düşməsində əsas səbəb kimi bəyin özünü görür. Qonaqların bir-bir gəlib Qurbanəli bəyə axurda diqqətlə baxıb, getməsi onun isə yerindən heç tərpənməməsi ədibin bu xislətdə olan insanlara mesajı idi. Yazıçı cəmiyyətdəki Qurbanəli bəylərin sonunu oxucuya göstərirdi. Cəlil Məmmədquluzadənin “Qurbanəli bəy” hekayəsinin əsas ideyası yaltaqlığın, ikiüzlülüyün tənqidi və ifşası idi. Ədibin hekayəsi nadanlığa, səfalətə, savadsızlığa qarşı yazılmışdı. Hekayə Azərbaycan ədəbiyyatı üçün olduqca böyük əhəmiyyətə malikdir.

Yorumlar


Site Planı
Etiketler yükleniyor...

Çok okunanlar:

Cho'lpon - Go'zal

Qorong‘u kechada ko‘kka ko‘z tikib, Eng yorug‘ yulduzdan seni so‘raymen. Ul yulduz uyalib, boshini bukib, Aytadir: men uni tushda ko‘ramen. Tushimda ko‘ramen – shunchalar go‘zal, Bizdan-da go‘zaldir, oydan-da go‘zal!

Ali Şir Nevai - Gazel (Kiçe kelgümdür dibân ol serv-i gülrû kelmedi)

  Kiçe kelgümdür dibân ol serv-i gülr ū kelmedi Közlerimga kiçe ta ñ atkunçe uykū kelmedi. Lahza lahza çıktım ü çekdim yolıda intizâr Kildi cân ağzımga yu ol şâh-ı bedhū kelmedi. Ârazıdan aydın irkende ger etti ihtiyât Rūzgârım dek hem olganda karangū kelmedi. Ul perîveş hecridin kim yığladım divânevâr Kimse barmu kim anga körgende külgū kelmedi. Közleriñdin niçe suv kelgey deb öltürmeñ meni Kim, bârı kan irdi kilgen bu kiçe sū kelmedi. Tâlib-i sâdık tapılmes, yoksa kim koydı kadem, Yolga kim evvel kadem ma'şukı ötrū kelmedi. Ey Nevâî bâde birle hürrem et könglün üyin Ne uçun kim bâde kilgen üyge kaygū kelmedi.

Cengiz Dağcı - Korkunç Yıllar (Roman Özeti)

  ESERİN ADI: Korkunç Yıllar YAZARI: Cengiz Dağcı YAYINEVİ: Ötüken Yayınları, İstanbul, 2001 1.    ESERİN KONUSU:   İkinci Dünya Savaşı esnasında Sovyetler Birliğinde yaşayan Türklerin Çektiği sıkıntılar, haksızlıklar, kullanılmaları ve vatan sevgisi. 2.    ESERİN ÖZETİ: Olaylar İtalya’da Sadık ve Cengiz’in bir akşam sohbeti esnasında doğuyor.Sadık 1930-1940’lı yıllarda Rusya’da yaşamış bir Kazak Türkü.Hayatını hatıralar adı altında bir defterde topluyor. Sadık çocukluk yıllarında köyde yaşıyor daha sonra babasının milisler tarafından tutuklanmasıyla şehre taşınıyorlar; babasının bir kaç ay sonra serbest bırakılmasıyla da Akmescit’e taşınıyorlar. Sadık durumları çok kötü olmasına rağmen babasının ısrarları üzerine okula yazılır.(1937) Ruslar 150 yıldır Türkleri yok etmek için her türlü yolu deniyorlardı.Önce camilerde ezan okunmasını yasakladılar, ardından da onları yıkmaya başladılar.

Mikayıl Müşfiq - Yenə o bağ olaydı

Yenə o bağ olaydı, yenə yığışaraq siz O bağa köçəydiniz. Biz də muradımızca fələkdən kam alaydıq, Sizə qonşu olaydıq. Yenə o bağ olaydı, səni tez-tez görəydim, Qələmə söz verəydim. Hər gün bir yeni nəğmə, hər gün bir yeni ilham, Yazaydım səhər axşam. Arzuya bax sevgilim, tellərindən incəmi? Söylə, ürəyincəmi?

Peyami Safa - Dokuzuncu Hariciye Koğuşu (Roman Özeti)

  Eserin Adı: Dokuzuncu Hariciye Koğuşu Yazarı: Peyami Safa Yayınevi: Ötüken Yayınları Basım Tarihi: 1999 Eserin Konusu:  15 yaşındaki bir gencin kemik veremi hastalığa yakalanması sonucu hayata tutunma çabası. Romanın Özeti: Romanın 15 yaşındaki kahramanı 7 yaşından beri dizindeki tam olarak teşhis edilemeyen bir hastalıktan dolayı sıkıntılar çekmektedir. Hayatı hastane kapılarında, doktor önlerinde geçmiştir. Son olarak yapılan tetkikler sonucunda dizindeki rahatsızlığın “Kemik Veremi” olduğu anlaşılır. Bu hastalık hayatına veya bir bacağına mal olabilecek bir hastalıktır. Hal böyle iken doktorlar, eğer beslenmesine dikkat eder, heyecansız, sakin bir yaşam sürdürür, moralini yüksek tutarsa iyileşme ihtimalinin olduğunu söylerler.

Oyhan Hasan Bıldırki - Kaçak

     Gün, daha henüz ışımamıştı. Buğulu camın gerisinden Polatlı’nın karanlığı delen ışıkları, kıpış kıpış, fakat belirsizce görünüyordu. Sabahın güzelim sessizliğini doya doya koklamak, tanyerinde sürüp giden renk dövüşünü kana kana görebilmek… Korkusuz olmak. Ne kadar güzelmiş değil mi?

Esat Mahmut Karakurt - Vahşi Bir Kız Sevdim (Roman Özeti)

Eserin Adı: Vahşi Bir Kız Sevdim Yazarı: Esat Mahmut Karakurt Yayınevi: İnkılap Ve Aka Kitabevleri   Koll.Şti. Ankara Cad. No :95 – İstanbul. Basım Yılı: 1967 ( İlk baskı   1926 ). Eserin Konusu : Balkan harbi yıllarında bir   Türk subayı ve Bulgar kızının aşkı. Eserin Ana Fikri : Gönül   ferman dinlemez. Eserin Özeti: Abdulhamid’in saltanatı sırasında Adil adında, otuz bir yaşında yakışıklı bir Türk subayı İstanbul’dan   Makedonya’ya Cisri Mustafa Paşa Tepesi’ni içine alan mıntıkada görevlendirilir. Burada başında güzel bir kızın bulunduğu Bulgar çetesinin saldırıları ile karşılaşır ve bu çetenin terör faaliyetlerine son vermek üzere görevlendirilir.

Mehmed Akif Ersoy - Küfe (Safahat'tan - 5)

Beş-on gün oldu ki, mu’tada inkıyâd ile ben Sabahleyin çıkıvermiştim evden erkenden. Bizim mahalle de İstanbul’un kenârı demek: Sokaklarında gezilmez ki yüzme bilmeyerek! Adım başında derin bir buhayre dalgalanır, Sular karardı mı, artık gelen gelir dayanır! Bir elde olmalı kandil, bir elde iskandil , Selâmetin yolu insan için bu, başka değil! Elimde bir koca değnek, onunla yoklayarak, Önüm adaysa basıp, yok, denizse atlayarak, Ayakta durmaya elbirliğiyle gayret eden, Lisân-ı hâl ile amma rükûa niyyet eden O sâlhurde , harab evlerin saçaklarına, Sığınmış öyle giderken, hemen ayaklarına Delîlimin koca bir şey takıldı...

Tarık Buğra - Küçük Ağa (Roman Özeti)

Küçük Ağa ,  Tarık Buğra ‘nın 1964 yılında yayınlanan romanıdır. Kurtuluş mücadelemizin  Akşehir'de yaşanan bölümünü konu edinir. Zamanla cepheye ve Ankara'ya dair hususlara da girilir. KONUSU: Birinci Dünya Savaşı (1914) ile birlikte Osmanlı Devleti eski gücünü, heybetini kaybetmeye başlamış, isyanlar ve işgallerle zayıf duruma düşmüştür. Romanda, bir Anadolu kasabası olan Konya ilinin bir ilçesi olan Akşehir’den yola çıkılarak, bütün zor koşullar altında millî kurtuluş mücadesi veren Kuva-yı Milliye konu edilmiştir. Olaylar Anadolu'nun küçük bir kasabasında başlar ve gelişir. ÖZET: Dünya Savaşı resmen sona ermiş olmakla birlikte, Osmanlı Devleti üzerinde yarattığı etkiler tüm gücüyle devam emektedir. Savaş sonrası birçok asker memleketlerine geri dönmüştür. Zayiatın büyüklüğü evlerine dönen erlerin çoğunun gazi oluşuyla daha da iyi anlaşılmıştır.

Halit Ziya Uşaklıgil - Mai ve Siyah (Roman Özeti)

  ESERİN ADI           :MAİ ve SİYAH ESERİN YAZARI    :HALİD ZİYA UŞAKLIGİL YAYINEVİ                 :İNKILAP VE AKA KİTABEVLERİ BASIMYILI              :1980 1.ESERİN KONUSU: Hayalleri olan bir gencin lise son sınıfta babasını kaybetmesiyle hayallerinin yıkılışı ve beraberindeki hayat mücadelesi. 2.ESERİN ÖZETİ: Ahmet Cemil,babasının ölümünden sonra,binbir güçlükle okulu bitirir ve kız kardeşini ve annesini beslemek için çalışmak zorunda kalır.Bunun için elinden fazla birşey de gelmemektedir.Çünkü yabancı dil bilmekten başka bildiği birşey yoktur.Ona kalsa,bütün çalışmalarını şiir üzerinde toplamayı;edebiyatımıza bir başka yön vermeyi ister. Ancak hayat mücadelesi onu çok genç yaşta karşılar.