Ana içeriğe atla

Mikayıl Müşfiq - Oxu, tar

Oxu, tar, oxu tar!… Səsindən ən lətif şeirlər dinləyim, Oxu tar, bir qadar, Nəğməni su kimi alışan ruhuma çiləyim. Oxu tar! Səni kim unudar?

Həcər Atakişiyeva - S.S.Axundovun “Nurəddin” hekayəsinin əxlaqi-tərbiyəvi mahiyyəti

Süleyman Sani Rzaqulu bəy oğlu Axundov oktyabr ayının 21-i 1875-ci ildə Şuşa şəhərində bəy ailəsində anadan olmuşdur. Süleyman Sani Axundov psixoloji, pedaqoji biliyə malik olan bir müəllim idi. O, maarif işini Qarabağ və Zəngəzurda məktəb, uşaq evi, klub, qiraətxana və başqa mədəni-maarif ocaqlarının açılmasına sərf etmişdir və Azərbaycanda mədəni maarif işlərinin möhkəmlənməsinə xidmət edirdi. Süleyman Sani Axundov mart ayının 29-u 1939-cu ildə Bakıda vəfat edib və qəbridə Bakıda Fəxri xiyabandadır. S.S.Axundovun “Tamahkar”, “Dibdat bəy”, “Türk birliyi”, “Molla Nəsrəddin Bakıda”, “Çərxi-fələk”, “Qaranlıqdan işığa”, “Şahsənəm və Gülpəri”, “Bir eşqin nəticəsi”, “Səadət zəhmətdədir”, “Eşq və intiqam” kimi pyesləri var. Süleyman Sani Axundovun yaradıcılığında ideya məzmununa görə seçilən əsərlərindən biri də “Nurəddin” hekayəsidir. Görkəmli yazıçısının «Qorxulu nağıllar» silsiləsindən olan «Nurəddin» hekayəsində yazıçı yaxşılıqla yamanlığı, xeyirxahlıqla bədxahlığı qarşılaşdırmışdır. Əsərdə hadisələrin inkişafının sonunda xeyirxahlığın qələbəsini müşahidə edirik. Hekayədə təsvir olunan Nurəddin düzgün tərbiyə nəticəsində nəcib, xeyirxah insan olmuşdur. Həyat onu nə qədər də çətinə salsa, o bütün sınaqlardan insani keyfiyyətlərinin köməyi ilə çıxmağı bacarmışdır. «Qorxulu nağıllar» silsiləsindən olan «Nurəddin» hekayəsində yazıçı "Yaxşılığa yaxşılıq hər kişinin işidir, yamanlığa yaxşılıq ər kişinin işidir" sözününün təsdiqini vermişdir. Əsərdə Nurəddinin başına gələn bəlaların aradan qalxmasında, problemin həll olunmasında Sədinin kibrit qutusu irilikdə olan "Gülüstan" kitabının böyük rolu vardır. Belə ki, Hacı Nəsir bir gün bazardan mənzilinə qayıdarkən, bir nəfəri körpü üstündə başını aşağı sallayıb, ağlayan görür və onun oğurlanmış olan üç yüz manat pulunu ona  cibindən çıxardıb, verir. Rəhim isə bu yaxşılığın qarşılığında Hacı Nəsirə Sədinin "Gülüstan" kitabını yadigar olaraq, verir. Hacı Nəsirinin vəfalı həyat yoldaşı olan Həlimə hamamdan çıxanda özünü soyuğa verib yorğan-döşəyə yıxılır və sətəlcəm azarından vəfat edir. Hacı Nəsir Nurəddinə analıq etsin deyə şəriki İmamverdinin qızı olan Gülpəri ilə evlenir. Gülpəri qısaboylu, dolubədənli, qarabuğayı, bədxasiyyət, iyirmi üç yaşında bir qız idi. Gülpərinin bəd xasiyyəti Nurəddinin başına gələcək bəlaların səbəbi olacaqdı. Gülpəri gələn gündən ədəbli və tərbiyəli uşaq olan Nurəddinin gününü qara eləmişdi. Gülpəri Nurəddini tez-tez söyər və döyərdi. Gülpərinin zülmünün nəticəsində Hacı Nəsirin dükanda ürəyi partlayıb vəfat etdi. Hacı Nəsirin ölümü Nurəddinin çox çətin günlərinin başlanğıcı idi. Atası öləndən sonra Gülpərinin Nurəddinlə çox mehriban davranmasının yaganə səbəbi o idi ki, Gülpərinin övladı yox idi və Hacı Nəsirin yeganə varisi Nurəddin idi. Buna görə də hiyləgər qadın varisliyi ələ keçirmək niyyətində idi. Nurəddin çox ağıllı və fərasətli uşaq idi. S.S.Axundov “Nurəddin” hekayəsində Nurəddin obrazı ilə ağılın və tədbirliliyin uğurun başlanğıcı olduğu fikrini bir çox əsaslarla oxucuya çatdırmışdır. Nurəddin faytonları sınanda əşyaları sınan faytonun dörd atına yükləyib, kəndə çatandan sonra yolda qalan fayton sahibinə kömək göndərərik fikrini deyir və hamı da bu ağıllı tədbir ilə razılaşır. S.S.Axundov “Nurəddin” hekayəsidə Nurəddin obrazı ilə Gülpərinin əmisi oğlu olan Əmiraslan obrazını qarşılaşdırır. “Əmiraslan, İmamverdinin kiçik qardaşı Tanrıqulunun oğlu idi. Bundan başqa Tanrıqulunun övladı olmamışdı. Ona görə valideyni Əmiraslanı əzizləyib, ərköyün böyütmüşdü. Balaca Əmiraslan üçün “yox” kəlməsi yox idi. Hər xahişi ata-anası tərəfindən fövri əmələ gəlirdi. Əmiraslan özgə uşaqda bir şey görsəydi, o saat gərək ona da alına idi, yoxsa sakit olmazdı. Belə tərbiyənin nəticəsi tezliklə ortaya çıxdı. Əmiraslan doqquz yaşına çatdıqda atası ona heybə və çərəkə aldı. Təzə paltar geyindirib hədiyyə ilə onu mollanın yanına oxumağa apardı. Üç gündən sonra Əmiraslan çərəkəsini cırıb məktəbdən qaçdı. Ata-anası nə qədər yalvardısa da, bir şey çıxmadı. Əmiraslan şkolada çox davam etmədi. Nadinc, söyüşkən bu doqquz yaşında uşaq, cəmi müəllimləri təngə gətirmişdi. Heç bir gün olmazdı ki, Əmiraslan bir uşaqla savaşıb, döyüşməsin. Bunun bəd əxlaqını düzəltməkdə müəllimlər aciz qalmışdılar. Axırda yoldaşlarının birini bıçaqlayıb yaralamağının üstündə Əmiraslanı məktəbdən xaric etdilər. Tanrıqulu Əmiraslanı bir-iki il ora-bura atdısa da bir şey çıxmadı”.                                                                          S.S.Axundov “Nurəddin” hekayəsində Nurəddin obrazının elmə, biliyə olan sevgisinə qarşı kitabdan, məktəbdən, təhsildən, elmdən uzaq olan Əmiraslan obrazını yaradır. Yazıçı bu iki obrazı bir-birinə qarşı müqayisəli şəkildə yaratmışdır. Əmiraslana Nurəddindən fərqli olaraq, atasından yaxşı mal-dövlət və pul qalmışdı. Yazıçı əsərin əsas fikirlərindən biri kimi də yaxşı oğul nə edir ata malını, pis oğul zay edər ata malını seçmişdir. Belə ki, pis oğul pulların hamısını kefə, qumara qoyub tələf edir. Yazıçı Əmiraslanın xarakterini belə oxucuya çatdırır ki, “Əmiraslan arvadın gətirdiyi dövləti tezliklə qumara və kefə qoyub özünü də boşadı. Pis yola öyrənmiş Əmiraslan üçün pul lazım idi. Ona görə neçə dəfə həbsə düşüb çıxdı. O ətrafda bir yolkəsmə, bir oğurluq olmazdı ki, Əmiraslanın orada əli olmamış olaydı”. S.S.Axundov “Nurəddin” hekayəsində İmamverdi babanın sözləri ilə Güllücə kəndinin tərifini vermişdir. “Gözəl hava, saf su, dağ, meşə insana başqa bir ləzzət verir. Bu kənd dağın döşündə salınıb, gün çıxan tərəfində yaxşı meyvə bağları və meşə, cənub tərəfində gözəl zəmilər və şimal tərəfində gözəl çəmənlər var idi. Dağdan soyuq bulaqlar üzüaşağı kəndə sarı axırdı. Güllücənin dadlı meyvələri ətrafda məşhurdu. Bu kəndin hər evinin qabağında bağdan əlavə, gözəl bağça da vardı. Bu bağçalarda ev sahibləri ətirli güllər və çiçəklər əkmişdilər. Kənardan baxanda dağ döşündə salınmış bu kənd bir gülüstan şəklində görünürdü. Buna görə də Güllücə adına sahib olmuşdu”.

          Nurəddin əsər boyu Əmiraslanın onu öldürmək üçün qurduğu tələlərdən öz ağıl və bacarığı ilə qurtula bilmişdir. Belə ki, Nurəddini öldürmək fikrinə düşən Əmiraslan onu ata mindirib, noxtanın ucundanda özü yapışıb, atı lap çayın dərin yerinə gətirib, qəflətən ipi elə çəkdi ki, at burxulub, Nurəddini üstündən çaya saldı. Lakin Nurəddin suyun üzünə çıxıb üzməyə başladı. Nurəddinin belə gözəl üzməsi Əmiraslanın bütün planlarını məhv etdi. Ona belə gözəl üzməyi İmamverdi baba öyrətmişdi. Niyyətinə çata bilməyən Əmiraslan Nurəddini tələf etmək üçün təzə hiylələr axtarmağa başladı. Əmiraslan Nurəddini çox uşaq görüb, onun özü kimi dərrakəsiz olduğunu zənn edirdi. Əmiraslan yolda çəpər üstündəki gürzəni Nurəddinin tutmasını istəyir. O, koramalın zəhərinin olmadığını bildirir. Ancaq ağıllı uşaq Əmiraslana dərs keçir. Onun koramal yox, gürzə olduğunu bildirir. Əmiraslanın məqsədi o idi ki, Nurəddini ilan vursun və o da ölsün. Beləliklə, bütün miras ona qalsın. Əmiraslan niyyətinə çatmaq üçün hər yola əl atırdı. O gah Nurəddini uca nazik budağa çıxardır ki, yıxılıb ölsün, gah da dərin suya atır ki, boğulsun, amma heç birində Nurəddinə qalib gələ bilmir. Bütün yollara əlatan Gülpəri ilə Əmiraslan son çarəni zəhər verməkdən görürlər. Əmiraslan Nurəddinin malına sahib olmaq məqsədi ilə onu quyudan su çəkdiyi zaman daldan itələyib quyuya salmağı planlayır. Lakin onların bu məkirli planlarını Nurəddin öz qulaqları ilə eşidir. Ələcsız qalan Nurəddin meşə ilə Bahara çatmaq üçün qaçır. O, vəfalı qulluqçuları Baharı özünün tək himayədarı hesab edirdi. S.S.Axundov “Nurəddin” hekayəsində “Yaxşılıq edəni Allah unutmaz”, “Yaxşılıq eylə at dəryaya, balıq bilməsə, xaliq bilər”, “Bir tikə çörək on il yadda qalar”, “Özgəyə kömək et ki, sənə də kömək etsinlər”, “Bir çörək özün ye, birini də Allah yolunda ver”, “Yaxşılıq et – yaxşı olacaq” kimi atalar sözlərinin həqiqiliyini faktlarla göstərmişdir. Belə ki, Nurəddinin atasının vaxtı ilə yaxşılıq etdiyi Rəhim Nurəddini bilmədən faytonu ilə vurub yaralayır. Uşağın yarası sağalandan sonra, Nurəddinin boynundakı parçaya dikilmiş kitab həqiqəti üzə çıxarır. Aydın olur ki, bu balaca zavallı uşaq Rəhimin borclu olduğu Hacı Nəsirin oğlu Nurəddindir. Boynundakı kitabda həmin o "Gülüstan"dır. Rəhim Nurəddinin atası mərhum Hacı Nəsirdən aldığı puldan maya tutub ildən-ilə alış-verişinin dairəsini artırmasını heç vaxt unutmadı. Bu maya sayəsində o dəri və ipək alış-verişinə girişmişdi və beləliklə, işi rast gətirib, varlanmışdı. Nurəddin başına gələn bütün əhvalatları tamamilə Rəhimə nağıl etdi. Məsələdən tamamilə agah olan Rəhim Nurəddini Hacı Nəsirin ona etdiyi yaxşılıq müqabilində, borcunu qaytarmaq məqsədi ilə övladlığa götürdü. Bu gündən Nurəddin üçün yeni bir həyat başlandı. Rəhim Nurəddini edadi məktəbinə qoydu. Nurəddin bu gündən atasının sağlığında olduğu kimi, hər gün dərsə getməyə başladı. O, həyatındakı bu dəyişikliklər üçün çox sevinirdi. Bu zamandan on il keçdi. Rəhimin evində səhər tezdən böyük qonaqlıq tədarükü görülürdü. Bu qonaqlıq, Nurəddinin edadi məktəbini birinci dərəcədə təhsil edib qurtarması münasibətilə yoldaşlarına verdiyi ziyafət idi. Bugün Nurəddinin həyatında ən xoş günlərindən biri idi. Həmin gün Nurəddin dilənçi bir qadının əlindən tutub içəriyə gətirir və məlum olur ki, bu qadın, Gülpəridir. S.S.Axundov Gülpərinin dedikləri ilə oxucuya çatdırır ki, zülm heç vaxt yerdə qalmır və yetim malını axıra kimi yemək olmur. “Nurəddin, allah-taala sənə etdiyim zülmün əvəzində məni bir elə bəlaya düçar etdi ki, yeməyə çörək tapmayıb küçələrə düşdüm. Sənin malına sahib olduqdan sonra bir-iki ilin ərzində Əmiraslan bütün varı qumarda uduzub qurtardı. Sonra əvvəl şəhərdəki və ondan sonra kənddəki evləri satıb tələf etdi. Hər şey əldən çıxandan sonra Əmiraslan məni qovub özü də qaçaq dəstəsinə qoşuldu. Bir neçə müddət quldurluq edəndən sonra divan tərəfindən tutulub asıldı. Məni də bir kişi alıb bu şəhərə gətirdi və bir azdan sonra məni atıb yox oldu. İndi o gündən küçələrə düşüb dilənçilik edirəm”.                               

S.S.Axundov “Nurəddin” hekayəsində Rəhimin dediyi sözlər ilə Nurəddinin əsl xarakterini göstərir. “Oğlum, indi rahat ola bilərəm, çünki sənə verdiyim tərbiyənin meyvəsini bu gün gördüm. Mən səni oğulluğa götürməklə böyük bir hünər etmədim, çünki mən ancaq yaxşılıq etdim. Bu isə hər kişinin işidir. Amma sən yamanlığa yaxşılıq etdin. Bu isə ancaq sənin kimi ər kişinin işidir”.               S.S.Axundov “Nurəddin” hekayəsi ilə Azərbaycan uşaq ədəbiyyatına forma, məzmun, üslub yenilikləri gətirmişdir.

Yorumlar


Site Planı
Etiketler yükleniyor...

Çok okunanlar:

Cho'lpon - Go'zal

Qorong‘u kechada ko‘kka ko‘z tikib, Eng yorug‘ yulduzdan seni so‘raymen. Ul yulduz uyalib, boshini bukib, Aytadir: men uni tushda ko‘ramen. Tushimda ko‘ramen – shunchalar go‘zal, Bizdan-da go‘zaldir, oydan-da go‘zal!

Ali Şir Nevai - Gazel (Kiçe kelgümdür dibân ol serv-i gülrû kelmedi)

  Kiçe kelgümdür dibân ol serv-i gülr ū kelmedi Közlerimga kiçe ta ñ atkunçe uykū kelmedi. Lahza lahza çıktım ü çekdim yolıda intizâr Kildi cân ağzımga yu ol şâh-ı bedhū kelmedi. Ârazıdan aydın irkende ger etti ihtiyât Rūzgârım dek hem olganda karangū kelmedi. Ul perîveş hecridin kim yığladım divânevâr Kimse barmu kim anga körgende külgū kelmedi. Közleriñdin niçe suv kelgey deb öltürmeñ meni Kim, bârı kan irdi kilgen bu kiçe sū kelmedi. Tâlib-i sâdık tapılmes, yoksa kim koydı kadem, Yolga kim evvel kadem ma'şukı ötrū kelmedi. Ey Nevâî bâde birle hürrem et könglün üyin Ne uçun kim bâde kilgen üyge kaygū kelmedi.

Cengiz Dağcı - Korkunç Yıllar (Roman Özeti)

  ESERİN ADI: Korkunç Yıllar YAZARI: Cengiz Dağcı YAYINEVİ: Ötüken Yayınları, İstanbul, 2001 1.    ESERİN KONUSU:   İkinci Dünya Savaşı esnasında Sovyetler Birliğinde yaşayan Türklerin Çektiği sıkıntılar, haksızlıklar, kullanılmaları ve vatan sevgisi. 2.    ESERİN ÖZETİ: Olaylar İtalya’da Sadık ve Cengiz’in bir akşam sohbeti esnasında doğuyor.Sadık 1930-1940’lı yıllarda Rusya’da yaşamış bir Kazak Türkü.Hayatını hatıralar adı altında bir defterde topluyor. Sadık çocukluk yıllarında köyde yaşıyor daha sonra babasının milisler tarafından tutuklanmasıyla şehre taşınıyorlar; babasının bir kaç ay sonra serbest bırakılmasıyla da Akmescit’e taşınıyorlar. Sadık durumları çok kötü olmasına rağmen babasının ısrarları üzerine okula yazılır.(1937) Ruslar 150 yıldır Türkleri yok etmek için her türlü yolu deniyorlardı.Önce camilerde ezan okunmasını yasakladılar, ardından da onları yıkmaya başladılar.

Mikayıl Müşfiq - Yenə o bağ olaydı

Yenə o bağ olaydı, yenə yığışaraq siz O bağa köçəydiniz. Biz də muradımızca fələkdən kam alaydıq, Sizə qonşu olaydıq. Yenə o bağ olaydı, səni tez-tez görəydim, Qələmə söz verəydim. Hər gün bir yeni nəğmə, hər gün bir yeni ilham, Yazaydım səhər axşam. Arzuya bax sevgilim, tellərindən incəmi? Söylə, ürəyincəmi?

Peyami Safa - Dokuzuncu Hariciye Koğuşu (Roman Özeti)

  Eserin Adı: Dokuzuncu Hariciye Koğuşu Yazarı: Peyami Safa Yayınevi: Ötüken Yayınları Basım Tarihi: 1999 Eserin Konusu:  15 yaşındaki bir gencin kemik veremi hastalığa yakalanması sonucu hayata tutunma çabası. Romanın Özeti: Romanın 15 yaşındaki kahramanı 7 yaşından beri dizindeki tam olarak teşhis edilemeyen bir hastalıktan dolayı sıkıntılar çekmektedir. Hayatı hastane kapılarında, doktor önlerinde geçmiştir. Son olarak yapılan tetkikler sonucunda dizindeki rahatsızlığın “Kemik Veremi” olduğu anlaşılır. Bu hastalık hayatına veya bir bacağına mal olabilecek bir hastalıktır. Hal böyle iken doktorlar, eğer beslenmesine dikkat eder, heyecansız, sakin bir yaşam sürdürür, moralini yüksek tutarsa iyileşme ihtimalinin olduğunu söylerler.

Oyhan Hasan Bıldırki - Kaçak

     Gün, daha henüz ışımamıştı. Buğulu camın gerisinden Polatlı’nın karanlığı delen ışıkları, kıpış kıpış, fakat belirsizce görünüyordu. Sabahın güzelim sessizliğini doya doya koklamak, tanyerinde sürüp giden renk dövüşünü kana kana görebilmek… Korkusuz olmak. Ne kadar güzelmiş değil mi?

Esat Mahmut Karakurt - Vahşi Bir Kız Sevdim (Roman Özeti)

Eserin Adı: Vahşi Bir Kız Sevdim Yazarı: Esat Mahmut Karakurt Yayınevi: İnkılap Ve Aka Kitabevleri   Koll.Şti. Ankara Cad. No :95 – İstanbul. Basım Yılı: 1967 ( İlk baskı   1926 ). Eserin Konusu : Balkan harbi yıllarında bir   Türk subayı ve Bulgar kızının aşkı. Eserin Ana Fikri : Gönül   ferman dinlemez. Eserin Özeti: Abdulhamid’in saltanatı sırasında Adil adında, otuz bir yaşında yakışıklı bir Türk subayı İstanbul’dan   Makedonya’ya Cisri Mustafa Paşa Tepesi’ni içine alan mıntıkada görevlendirilir. Burada başında güzel bir kızın bulunduğu Bulgar çetesinin saldırıları ile karşılaşır ve bu çetenin terör faaliyetlerine son vermek üzere görevlendirilir.

Mehmed Akif Ersoy - Küfe (Safahat'tan - 5)

Beş-on gün oldu ki, mu’tada inkıyâd ile ben Sabahleyin çıkıvermiştim evden erkenden. Bizim mahalle de İstanbul’un kenârı demek: Sokaklarında gezilmez ki yüzme bilmeyerek! Adım başında derin bir buhayre dalgalanır, Sular karardı mı, artık gelen gelir dayanır! Bir elde olmalı kandil, bir elde iskandil , Selâmetin yolu insan için bu, başka değil! Elimde bir koca değnek, onunla yoklayarak, Önüm adaysa basıp, yok, denizse atlayarak, Ayakta durmaya elbirliğiyle gayret eden, Lisân-ı hâl ile amma rükûa niyyet eden O sâlhurde , harab evlerin saçaklarına, Sığınmış öyle giderken, hemen ayaklarına Delîlimin koca bir şey takıldı...

Tarık Buğra - Küçük Ağa (Roman Özeti)

Küçük Ağa ,  Tarık Buğra ‘nın 1964 yılında yayınlanan romanıdır. Kurtuluş mücadelemizin  Akşehir'de yaşanan bölümünü konu edinir. Zamanla cepheye ve Ankara'ya dair hususlara da girilir. KONUSU: Birinci Dünya Savaşı (1914) ile birlikte Osmanlı Devleti eski gücünü, heybetini kaybetmeye başlamış, isyanlar ve işgallerle zayıf duruma düşmüştür. Romanda, bir Anadolu kasabası olan Konya ilinin bir ilçesi olan Akşehir’den yola çıkılarak, bütün zor koşullar altında millî kurtuluş mücadesi veren Kuva-yı Milliye konu edilmiştir. Olaylar Anadolu'nun küçük bir kasabasında başlar ve gelişir. ÖZET: Dünya Savaşı resmen sona ermiş olmakla birlikte, Osmanlı Devleti üzerinde yarattığı etkiler tüm gücüyle devam emektedir. Savaş sonrası birçok asker memleketlerine geri dönmüştür. Zayiatın büyüklüğü evlerine dönen erlerin çoğunun gazi oluşuyla daha da iyi anlaşılmıştır.

Halit Ziya Uşaklıgil - Mai ve Siyah (Roman Özeti)

  ESERİN ADI           :MAİ ve SİYAH ESERİN YAZARI    :HALİD ZİYA UŞAKLIGİL YAYINEVİ                 :İNKILAP VE AKA KİTABEVLERİ BASIMYILI              :1980 1.ESERİN KONUSU: Hayalleri olan bir gencin lise son sınıfta babasını kaybetmesiyle hayallerinin yıkılışı ve beraberindeki hayat mücadelesi. 2.ESERİN ÖZETİ: Ahmet Cemil,babasının ölümünden sonra,binbir güçlükle okulu bitirir ve kız kardeşini ve annesini beslemek için çalışmak zorunda kalır.Bunun için elinden fazla birşey de gelmemektedir.Çünkü yabancı dil bilmekten başka bildiği birşey yoktur.Ona kalsa,bütün çalışmalarını şiir üzerinde toplamayı;edebiyatımıza bir başka yön vermeyi ister. Ancak hayat mücadelesi onu çok genç yaşta karşılar.