SEYİD ƏZİM ŞİRVANİNİN DÜNYAGÖRÜŞÜ
Atakişiyeva Həcər
Azərbaycan
ədəbiyyatının maarifçilik və islahatçılıq ideyalarını əsərlərində yaşadan
və cəmiyyətin mütərəqqi meyllərini təmsil edən Seyid Əzim Şirvaninin cəhalət və
nadanlığa qarşı apardığı mübarizə onun dünyagörüşünün başlıca göstəricisidir. Maarif və ədəbiyyat mürşidi Seyid Əzim
Şirvani
ədəbiyyat sahəsində inkişaf edərək, maarifçi realist şeirinin yaradıcılığında dəyərli nümunələrini
yaratmaqla Azərbaycan ədəbiyyatına misilsiz xidmətlər göstərmişdir. Ədibin dünyagörüşü belə idi ki, o, istismarçı təbəqələrə, mədəni geriliyin müxtəlif təzahürlərinə qarşı idi və bu fikirləri kəskin satiralarında öz əksini tapırdı. Seyid Əzim Şirvaninin dünyagörüşü vətənpərvərlik, xalqlar arasında dostluq,
insana məhəbbət, xeyirxahlıq, vəfa, sədaqət kimi bəşəri hisslərdən ibarət idi. Onun öyüd və nəsihətləri, hikmətamiz hekayələri və təmsilləri
ədibin dünyagörüşü haqqında orijinal bir mənbə rolunu oynayır. Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi olan Seyid Əzim Şirvaninin dünyagörüşünün formalaşmasında qədim şeir-sənət ocağı Şamaxının rolu çox böyükdür. Ədibin bir sıra elmləri dərindən öyrənməsi
və erkən yaşlarından kamil və zəkalı bir gənc kimi yetişməsi onun dünyagörüşünün çalarlarını
zənginləşdirmişdir. Maarifçi mütəfəkkirin
zəngin dünyagörüşü müxtəlif dini elmləri, Şərq fəlsəfəsini, ərəb ədəbiyyatını, İslam tarixini, ərəb dilinin sərf-nəhvini
mükəmməl bilməsi sayəsində idi. Seyid Əzim Şirvani dini və dünyəvi biliklərə dərindən yiyələnən bir ziyalı
kimi ictimai mübarizədə çox yaxından iştirak
edirdi. Ədib heç bir zaman şəxsi mənafeyini və rifahını xalqa xidmətdən üstün tutmamışdır. Onun dünyagörüşündə hiylə və xəyanət qəbul edilməmiş və mənəvi dəyərlərə sahib olmaq zənginlik
kimi qiymətləndirilmişdir. Azərbaycan ədəbiyyatının maarifçilik və islahatçılıq ideyalarını əsərlərində yaşadan
və cəmiyyətin mütərəqqi meyllərini təmsil edən Seyid Əzim Şirvaninin cəhalət və
nadanlığa qarşı apardığı mübarizə onun dünyagörüşünün başlıca göstəricisidir. Maarif və ədəbiyyat mürşidi Seyid Əzim
Şirvani
ədəbiyyat sahəsində inkişaf edərək, maarifçi realist şeirinin yaradıcılığında dəyərli nümunələrini
yaratmaqla Azərbaycan ədəbiyyatına misilsiz xidmətlər göstərmişdir. Ədibin dünyagörüşü belə idi ki, o, istismarçı təbəqələrə, mədəni geriliyin müxtəlif təzahürlərinə qarşı idi və bu fikirləri kəskin satiralarında öz əksini tapırdı. Seyid Əzim Şirvaninin dünyagörüşü vətənpərvərlik, xalqlar arasında dostluq,
insana məhəbbət, xeyirxahlıq, vəfa, sədaqət kimi bəşəri hisslərdən ibarət idi. Onun öyüd və nəsihətləri, hikmətamiz hekayələri və təmsilləri
ədibin dünyagörüşü haqqında orijinal bir mənbə rolunu oynayır. Seyid Əzim Şirvaninin dünyagörüşü haqqında onun özünün də üzv
olduğu Şamaxıdakı “Beytüs-Səfa” şairlər məclisindəki fəaliyyətindən məlumat alınır. Ədib dünyagörüşünü
Bakı, Lənkəran, Ərdəbil, Şuşa, Dərbənd, Ordubad və s. qəza mərkəzlərindəki ədəbi məclislərin üzvləri ilə
müntəzəm surətdə yazışaraq və ədəbi söhbətlər apararaq zənginləşdirirdi.
Pedaqoji işdə çalışmaq ədibin
zəngin dünyagörüşünün şagirdləri vasitəsilə nəsildən-nəsillərə ötürülməsinə vəsilə olmuşdur. Şairin
dünyagörüşünün daha da dərinləşməsində yaradıcılığının dərin
ictimai məzmununun mühüm rolu danılmazdır. Seyid Əzim Şirvaninin yaradıcılığı Azərbaycanda
maarifçi-realist şeir məktəbini formalaşdırdı. Ədibin dünyagörüşünün formalaşmasında xalq maarifinin və demokratik
mətbuat meydanının çox böyük
rolu olmuşdur. Seyid Əzim Şirvaninin yaradıcılığı onun dünyagörüşünün və bədii zövqünün göstəricisi
idi. Azərbaycan ədəbiyyatının ən görkəmli
nümayəndələrindən olan Seyid Əzim Şirvaninin dünyagörüşü XIX əsr kimi çətin bir dövrdə formalaşmışdı. Faiq Ələkbərli “Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar: Seyid Əzim Şirvani” məqaləsində Seyid Əzim Şirvaninin dünyagörüşünü geniş şəkildə şərh etmişdir. “S.Ə.Şirvaninin
dünyagörüşü ilə bağlı təhlilimizi yekunlaşdıraraq hesab
edirik ki, o, dini fəlsəfi təfəkkürlə yanaşı, xeyli dərəcədə dünyəvi fəlsəfi təfəkkürə meyil göstərmiş mütəfəkkir kimi Azərbaycan türk fəlsəfi və ictimai fikir tarixində özünəməxsus yer
tuta bilmişdir. S.Ə.Şirvani köhnəlik
və yenilik arasında çırpınan, millətinin nicatını yeniləşmiş dünyada nə qədər axtarsa da, şəriətin müsəlmanlar üçün
vacibliyini və əhəmiyyətini vurğulamağı da unutmamışdır. Bütün hallarda Şirvani doğru müəyyənləşdirə bilmişdir ki, son əsrlərdə müsəlman xalqları riyakar ruhanilərin, mollaların əməlləri üzündən
Quranı, şəriəti və dini elmləri olduğu kimi öyrənə bilməmiş, eyni zamanda dünyəvi elmlərdən isə
tamamilə uzaq qalmışlar. Bu baxımdan
onun başlıca hədəflərindən biri o idi
ki, Quranın həqiqi mahiyyətini vaxtında müsəlmanlara öyrətməyən din üləmalarının, dünyəvi elmlərin də öyrənilməsinə
qənim kəsilməsinin qarşısı alınmalıdır. Çünki
müsəlman xalqları yalnız
dini elmləri mənimsəməklə deyil, eyni zamanda dünyəvi elmləri öyrənməklə, yəni yeni tipli məktəblərdə təhsil almaq, qəzetlər oxumaq yolları ilə inkişaf edib başqa millətlərin səviyyəsinə çata bilərlər” (1, səh. 6). S.Ə.Şirvaninin dünyagörüşü onun xalq maarifi sahəsindəki xidmətləri sayəsində
daha da zənginləşmişdir. Şairin ədəbi yaradıcılığı pozulmaz ədəbi qanunları,
mizanları, xüsusi mövzuları,
təsvir predmetləri, obyektləri və subyektləri ilə daim seçilmişdir. Onun qüdrətli qələmi sayəsində real həyat həqiqətləri və cəmiyyətin müxtəlif təbəqələri arasındakı kəskin ziddiyyətlər, dünyəvi hisslər, yüksək mənəvi keyfiyyətlər ədəbiyyata rəng qatmışdır. Seyid Əzim Şirvaninin bədii zövqü onun dünyagörüşünün carçısı idi. Ədibin ədəbi irsinin dərindən
öyrənilib mənimsənilməsi nəticəsində onun yüksək humanist duyğuların tərənnümçüsü
olması öz təsdiqini tapmışdır. S.Ə.Şirvaninin dünyagörüşündə ictimai həyatın mənzərəsi, cəmiyyətdə təbəqələşmə,
bir-birinə zidd siniflərə parçalanma,
cəmiyyəti əhatə edən coğrafi məkan və sosial mühit öz əksini
tapırdı. Seyid Əzim Şirvaninin dünyagörüşünün
bu kimi xüsusiyyətləri haqqında
onun yaradıcılığını realist istiqamətdə araşdıran tədqiqatçılar geniş şəkildə məlumat
verirlər. Belə ki, ədibin yaradıcılıq uğurlarında və ədəbi ənənəyə sadiq qalaraq inkişaf etməsində onun dünyagörüşünün
rolu danılmazdır. Ədibin lirik irsinin əlvanlığı, ideya və həyat eşqi, təbiət və insan gözəlliyinin tərənnümü, real hisslərin təsviri, dünyaya nikbin baxışı, gələcəyə ümidi
onun dünyagörüşü haqqında dolğun şəkildə məlumat verirdi. Seyid Əzim Şirvaninin yaradıcılığının
əsas
məzmunu olduqca zəngin və dolğun olduğu üçün müdrik
şair
xalqın düçar olduğu bəla və bədbəxtliklərə susqun
qala bilmirdi. Məhz buna görə, ədib müasir cəmiyyətin strukturunda xalqın mühüm rolunun
olduqduğunu bildirirdi.
İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT:
1.
Faiq Ələkbərli // Azərbaycan Türk fəlsəfəsindən
yarpaqlar: Seyid Əzim Şirvani // Türküstan.- 2018.- 20-26 noyabr.- 6 s.
2.
Şirvani, S. (2005). Seçilmiş əsərləri. Üç cilddə,
II cild. Bakı: Avrasiya Press, 384 s.
3. Şirvani, S. (2005). Seçilmiş əsərləri. Üç cilddə, III cild. Bakı: Avrasiya Press, 288 s.