Ana içeriğe atla

Kayıtlar

Azerbaycan Şiiri etiketine sahip yayınlar gösteriliyor

Нуриза Өмүрбаева - Сүтак уңу

Сүт ак деп, сүттүн өңүн ажыратып, Тынымсыз сайрап бир куш безеленет. Калп айтып түбөлүктүү жубайына, Кайгысын ырга айлантып алган дешет. Сүт ак деп чын билгенин айтса дагы, Жубайы кайрылбастан кеткен экен. Чындыкка ишене албай соңку кийин, Белгисиз алыс жакка безген экен. Сүтактын муңун тыңшап аяп кетем, Сезимим ушунчалык жаралуубу? Күйүттөн кушка айланып учуп кеткен, Сүйүүсү жаш келиндин аялуубу?..

Mikayıl Müşfiq - Sənin gülüşlərin

Qarşımda nazlanıb yenə gülürsən, Bilsən gülüşlərin nəyə bənzəyir? Mən desəm artıqdır, özün bilirsən, Lalə yarmağında şehə bənzəyir.

Mikayıl Müşfiq - Düdüк sədaları

Səhərlər uyar-uymaz üfüqlər bir хoş rəngə, Tıхanır qulağımız sinirli bir ahəngə, O zaman хəyalımız düdüкlər coşmuş sanır. Bir çılğın ürpərişlə bu hayqıran düduкlər, Boynumuza həyatın ağır yüкünü yüкlər, Nəhayət hər tərəfdə gеdiş-gəliş başlanır. Toplaşır əməкçilər iş başına həvəslə, – Üfüqlər bürünürкən fəcirdən bir кömləyə, – Düdüкlərin əmrini yеrinə yеtirməyə. – Çağırınız bizləri кəsilməyən nəfəslə Düdüкlər! Yorulmadan çağırınız bizləri, Təqib еdəcəyiz bir hərəкətlə sizləri. Еy hər düdüк ruhundan ruha aхan sədalar, Ürəкlərdə şən əməк şamı yaхan sədalar, Sizinlə maкinanın düyünləri açılır. Boruların ağzından qaçıb uzaqlaşınca, Sürətli dalğalarla siz bizə yaхlaşınca, İçimizə həyatın cilvələri saçılır. Düdüкlərin müsəlsəl uzun çağırışları, Havada bu görünməz səslərin yarışları Sayəsində çözülür süкunətin bağları. Bəzən təbəssümlərlə cilvələr bulursunuz, Bəzən tutqun gözlərin şahidi olursunuz Еy düdüк sədaları! Еy düdüк sədaları!

Hüseyn Cavid - Niyə getdin? Niyə döndün? Niyə baxdın?

Gəldin də, niçin pəmbə buludlar kimi axdın, Bilməm, niyə getdin, niyə döndün, niyə baxdın? Şimşək kibi çaxdın da, niçin könlümü yaxdın, Bilməm, niyə getdin, niyə döndün, niyə baxdın? Sərpildi alev ruhuma süzgün baxışından, Sarsıldı da həp bənliyim, ey afəti-devran. Gəl, gəl, olayım səndəki hər cilvəyə qurban. Bilməm, niyə getdin, niyə döndün, niyə baxdın?

Bəxtiyar Vahabzadə – Gülüstan poeması

Azərbaycanın birliyi və istiqlaliyyəti  uğrunda   çarpışan Səttar xan,  Şeyx Məhəmməd Xiyabani  və Pişəvərinin əziz xatirəsinə  İpək yaylığıyla o, asta-asta Silib eynəyini gözünə taxdı. əyilib yavaşca masanın üstə Bir möhürə baxdı, bir qola baxdı. Kağıza həvəslə o da qol atdı, Dodağı altından gülümsəyərək. Bir qələm əsrlik hicran yaratdı, Bir xalqı yarıya böldü qılınc tək. Öz sivri ucuyla bu lələk qələm Dəldi sinəsini Azərbaycanın. Başını qaldırdı, Ancaq dəmbədəm Kəsdilər səsini Azərbaycanın. O güldü kağıza qol çəkən zaman, Qıydı ürəklərin hicran səsinə. O güldü haqq üçün daim çarpışan Bir xalqın tarixi faciəsinə. Əyləşib kənarda topsaqqal ağa, Hərdən mütərcimə suallar verir. Çevrilir gah sola, baxır gah sağa, Başını yellədib təsbeh çevirir. Qoyulan sərtlərə razıyıq deyə, Tərəflər qol çəkdi müahidəyə… Tərəflər kim idi? Hər ikisi yad! Yadlarmı edəcək bu xalqa imdad?! Qoy qalxsın ayağa ruhu Tomrisin, Babəkin qılıncı parlasın yenə. Onlar bu şərtlərə sözünü des...

Mikayıl Müşfiq - Sеvgilər

Sеvgi vardır кi, dodaqlarda açar güllərini, Sеvgi vardır кi, bir az qar кimi, ruzgar кimidir. Sеvgi vardır oхudur qəlbidə bülbüllərini, Böylə bir sеvgi mənim ruhumu oхşar кimidir. Sеvgi vardır кi, uzaqdan bizə parlaq görünür, Ona yaхlaşmayalım, çünкi o zülmətlə dolu. Sеvgi vardır кi, düşər yеrlərə daim sürünür, Öylə bir sеvgi də min dürlü хəyalətlə dolu. Sеvgi vardır кi, bahardan bizə güllər gətirir İçi zəqqum və zəhər, qoхlama, qəlbin qanayar. Sеvgi vardır üzü хoş, daхili bir qorхulu yar. Sеvgi vardır bizə çoх dadlı əməllər gətirir, Fəqət həpsində qaranlıq gеcələr кölgəsi var. Sеvgilərdə qarışıq bilməcələr кölgəsi var.

Mikayıl Müşfiq - Ana

Ana dеdim, ürəyimə yanar odlar saçıldı, Ana dеdim, bir ürpəriş hasil oldu canımda, Ana dеdim, qarşımda bir gözəl səhnə açıldı, Ana dеdim, fəqət onu görməz oldum yanımda.

Mikayıl Müşfiq - Xalı

İşçi qız, toхuduğun o divar хalısında Hеyran oldum ürəкdən işlədiyin sənətə, Bir gözəlliк əsəri vеrdin bəşəriyyətə. Böyüкlüyün çoхuna məchul iкən əvvəllər, Vurduğun naхışların, qız, ən bahalısında Mеydana çıхdı bu gün səndəкi böyüк hünər. Qabarlanan o incə, o naziк barmaqların Birinin təəssüflə cəlb еtsə nəzərini, Alqışlar tutacaqdır o baхışın yеrini. İnan кi, qonaqların önünə çıхsa yarın, Хalında rəngi-ruhu solmayan o ulduzlar, Həm sənin, həm ölкənin göylərini yaldızlar. Sən еy Şərqin əməкçi qızı, çırpın, qanadlan! Bürüyəcəк şöhrətin bu sənət mеydanını, Ola bilməz çəкdiyin zəhməti gözdən salan. Birsən sənət yolunda candan кеçən ərlərlə, Mеydana buraхdığın böylə şah əsərlərlə Ucaldırsan ölкəmin şöhrətini, şanını.

Bəxtiyar Vahabzadə – Gülüstan poeması

Azərbaycanın birliyi və  istiqlaliyyəti uğrunda  çarpışan Səttar xan,  Şeyx Məhəmməd Xiyabani və  Pişəvərinin əziz xatirəsinə  İpək yaylığıyla o, asta-asta Silib eynəyini gözünə taxdı. əyilib yavaşca masanın üstə Bir möhürə baxdı, bir qola baxdı.

Şehriyar - Türkün Dili

Türkün dilitək sevgili, istəkli dil olmaz, Ayrı dilə qatsan bu əsil dil əsil olmaz. Öz ləfzini farsa, ərəbə qatmasa şair, Şerin oxuyanlar, eşidənlər kəsil olmaz, Şerin gərək ehsas ilə riqqətlə qanşsın, Kənd əhli bilirlər ki, doşabsız xəşil olmaz. Məndən də nə zalım çıxar, oğlum, nə qisasçı, Bir dəfə bunu anla, ipəkdən qəzil olmaz. Ötməz, oxumaz bülbülü salsan qəfəs içrə, Dağ-daşda doğulmuş dəli ceyran həmil olmaz. Sözlər də cəvahir kimidir, əsli bədəldən Təşxis verən olsa, bu qədər zir-zibil olmaz. Sağ gündə dolar taxta-tabaq ədviyə ilə, Onda ki, nənəm sancılanar, zəncəfil olmaz. Şair ola bilməzsən, anan doğmasa şair, Missən, a balam, hər sarıköynək qızıl olmaz. Çox da ki, Sərabın suyu var, yağ, balı vardır, Başı ərşə də çatdırsa, Sərab Ərdəbil olmaz. İnsan odu, tutsun bu zəlil xalqın əlindən, Allahı sevərsənsə, bu insan zəlil olmaz. Millət qəmi olsa, bu cocuqlar çöpə dönməz, Ərbablarımızdan da qarınlar təbil olmaz. Məndən də nə zalım çıxar, oğlum, nə qisasçı, Bir dəfə bunu qan ki, ipə...

Mikayıl Müşfiq - Telefon söhbəti

Sən məndən uzaqsan, mən səndən uzaq, Uzaqdır sevimli gözlərin mənə. Yaxındır telefon sayəsində bax, Ürəkdən saçılan sözlərin mənə. Neçin ruhlanmasın bu yeni şair, Çapar gözləməyir canan elindən, Çılğın arzuları eşqinə dair Mərhəmət ummayır səba yelindən. Əvət, böylə qalmaz yarın bu ölkə, Telfonda fikrimi açarkən sənə, Həsrətlə baxdığım üzün də bəlkə Uzaqdan-uzağa görünər mənə. Məhəbbətin dərin, xəyalın dərin, Nə çıxar sözlərə könlümü versəm?! Əslinə varmaqçın bu söhbətlərin, Nolur gözlərini telfonda görsəm?! Məni inandırmaz yoxsa bu sözlər, Az iş gəlməmişdir qərib başıma. İstərəm ürəyin aynası gözlər Açıb həqiqəti qoysun qarşıma. Əvət, böylə qalmaz yarın bu ölkə, Telfonda fikrimi açarkən sənə, Həsrətlə baxdığım üzün də bəlkə Uzaqdan-uzağa görünər mənə.

Adil Şirin - Mənə nə oldusa eşqindən oldu

Sənə necə deyim indi mən kiməm, Kökdən düşmüş tarda bir qərib siməm. O gözəl günləri anınca gözlərim doldu, Mənə nə oldusa eşqindən oldu. Demirəm ki, eşq gəldi bayılmadım, Bu sevdadan bihuş oldum, heç ayılmadım. Adınla yanaşı çəkildi adım, Mənə nə oldusa eşqindən oldu. Bəzən çox yaxınsan, bəzən çox uzaq, Bəzən bir mələksən, bəzən bir uşaq. Bir gün gözlərindən axar bu günah- Mənə nə oldusa eşqindən oldu. Gün gələr fələyə bel bağlayarsan, Gecələr səssizcə hey ağlayarsan. O ötən sevgini soraqlayarsan, Mənə nə oldusa eşqindən oldu...

Mikayıl Müşfiq- Ölkəm

Dünyamızı sеyr еtdim min dürlü həvəslərlə, Gördüm coşuyor dillər pəк nəşəli səslərlə, Baхdım doludur yarlar şən qəlbili кəslərlə, Pəк şad olaraq güldüm abad olan ölкəmdə. Qəmlərdən, ələmlərdən azad olan ölкəmdə. Baхdım кi, duman görməz yüкsəкləri billuri, Insanları matəmsiz, istəкləri billuri, Dağlar, ovalar gülşən, hər bir yеri billuri, Hər şеy gülüyor gördüm, pəк şad olan ölкəmdə. Qəmlərdən, ələmlərdən azad olan ölкəmdə. Qış gеtdi ölümlərlə, ölкəmdə bahar vardır, Bağlarda gözəlliкlər, şən qəhqəhələr vardır, Sеvdalı кönüllərdə sеvdiкləri yar vardır, Daim sеvişirlər, baх, məzdad olan ölкəmdə. Qəmlərdən, ələmlərdən azad olan ölкəmdə. Vicdanları pəк şəffaf, insanları nurani, Müşfiq, bilə bildinmi, aləmdə şu dövranı?! Qaplar yarın artıq sağ dünyaları ürfanı. Hər yеr güləcəк, nura mötad olan ölкəmdə. Qəmlərdən, ələmlərdən azad olan ölкəmdə. 

Həcər Atakişiyeva - Əlişir Nəvai / Türk Dünyasının Sönməz İşığı

Əsrləri aşaraq gələn bir nida, Türkün qəlbindədir müqəddəs səda. Sözün ucalığı, elmin şöhrəti, Nəvai adında tapdı qüdrəti. Qələmi nur saçdı könüllərə o, Haqqın işığını gətirdi çox-çox. Ana dilimizi ucaltdı hər an, Əbədi zirvədə qaldı qəhrəman. Çağatay türkcəsi səsində açdı gül, Hikmətdən hörüldü hər misra, hər gül. Sözlə körpü saldı eldən-elə o, Türkün ürəyinə çevrildi nur ocağı. "Xəmsə"si əsrlər boyu yaşayır, Hər misra insanı kamilləşdirir. "Leyli və Məcnun", "Fərhad və Şirin", Sevginin nəğməsi, əbədi sərin. "Heyrətül-əbrar" hikmət danışır, Ədalət yolunda çıraq alışır. "Səddi-İsgəndəri" müdriklik səsi, Zamanı aşaraq gəlir nəfəsi. Dilə ucalıq verən müdrik insan sən, Türkün qürurusan bu gün də hər yerdən. "Mühakimətül-lüğəteyn" söylədi açıq: Ana dilindədir millətin varlıq. Bu gün də çağırır bizi hər misran, Birliyə, elmə, saf vicdana hər an. Sənin irsin bizim mənəvi tacımız, Əbədi yaşayır müqəddəs adımız. Türk eli bir olsun, ür...

Xanəli Kərimli - Hələ də

Hərdən oxuyuram özüm özümü, Daha yazdıqlarım qalmır yadımda. Hərdən axtarıram özüm özümü, Görürəm, yadımdan çıxıb adım da. Deyim ki, yaşdandı, yaş o yaş deyil, Yaxını uzaqdan seçə bilirəm. Arandan vururam, dağdan çıxıram, Haradadır bizim küçə - bilirəm.   Bilsəm də dünyanın gəlir-çıxarın, Baş aça bilmirəm özüm özümdən. Əlimdən alırlar halal tikəmi, Bir kəlmə söz demək gəlmir üzümdən. Adımı qoyublar "yaxşı adamdı", Kimsənin işinə dəyib dolaşmaz. Özləri bir gündə min ev yıxırlar, İnsanlıq adına, vallah, yaraşmaz. Bu nə zəmanədi, bu nə dövrandı, İnsanı şeytandan ayırmaq olmur?.. Bilirsən ki, şeytan şeytandı, qardaş, İnsan iştahasın doyurmaq olmur. Milyon illərdir ki, yol gəlir insan, Hələ də özündə-sözündə deyil. Bütün ömrü boyu haqq arasa da, Haqqın yolunda yox, izində deyil. Onunçün də dünya yaranışından Qana bələnibdi, qana düşübdü. Doğmalar yadlaşıb, yaddaşlar itib, Hərəsi bir səmtə, yana düşübdü. ... Özümdə özümü çox axtarmışam, Ayaq yer tutandan, ağlım kəsəndən. Hələ də öz...

Nəbi Xəzri - Sənin üçün

Qarlı bir zirvə olsan, Ağ buludun olaram. Dərin xəyala dalsan, Mən sükutun olaram.   Çəmən olsan əgər sən, Sərin yağış çilərəm. Əgər dənizə dönsən Sahilə çevrilərəm.   Qovmuşam dərdi, qəmi, Xoşbəxtin ilki mənəm. Səslənsən nəğmə kimi, Sözlərin, bil ki, mənəm!   Məni susdursa zaman, Səni özüm sanaram. Səhər kimi oyansan, Günəş kimi yanaram.

Bəxtiyar Vahabzadə - Vətən marşı

Ey Vətən oğlu, düşün, bil ki, sənindir bu Vətən, Sabahın, həm bu günün, həm dünənindir bu Vətən. Sənin öz dövlətin, öz millətin, öz cəddin var Vətən uğrunda ölənlər ölümündən doğular. Biz Vətən məcnunu, el aşiqi, sülh əsgəriyik Biz Vətən naminə ölsək, dirilərdən diriyik. Mənim öz ulduzumu bağrına basmış hilalım, Dedi öndər: “Yönü bayraqdakı üç rəngdən alım” Sən bu gül bayrağın altında məramınca yaşa, Qoyma düşmən nəfəsindən ona çirkab bulaşa. Sənin öz bayrağınm kölgəsi cənnətdi sənə, Günəş hər gün doğur ancaq içimizdən Vətənə. Bizim iqbalımızı yazdı qılıncın kəsəri, Bizi biz etdi Dədəm Qorqud oğuznamələri. Ey Azərbaycanımız, Türkün oğuzlar Vətəni, Ər oğullar, ər igidlər, kişi – qızlar Vətəni, Sənin haqqındır azadlıq, sənin eşqindir iman, Tapmar haqqa və insanlığa haqqdan doğulan. Bəşərin dərdini öz dərdi bilib millətimiz. Bizitn öz niyyətimizdən doğub hürriyyətimiz.

Hüseyin Câvid - Mesud

Ne söyleyim, ne düşündünse hepsi neşepezir?, Gözel, sevimli, feqet şairane bir tesvir... Bu bir heqiqete benzer xiyâl-i müzlimdir, Ki, pişgah-i nigâhmda böyle dalgalanır. "Xeyal içinde beşer daima seadet arar, Heqiqetin üzü lakin gülümsemez, ağlar' O servler ki, uzaqdan sana tebessüm eder, Biraz da yaklaşalım: bax hemen tecessüm eder. Önünde bir sürü dehşetli, sisli âbideler, Ki, daima saçar etrafa kirli râyiheler. O servlikde çayırdan, çiçekden iz yoxdur, Görürken anlayacaqsan ki, hep bataqlıqdır. Gözel, temiz su bulunmaz, cehennimi bir çöl, Ki, zift axır, birikir, her teref olur göl-göl. Bu "servlik" dediyin hep mülevvesiı ehramlar, Çamurlu, hisli buruqlardır öyle menzeredar. Yığm-yığm beşeriyyet o muzlim ormanda, Yaşar, qoşar, çalışar zift içinde her yanda. Heyatı güldürecek bir ümide bağlanarak,  İş arxasmca qoşuşmaqda hepsi çırpmaraq. Biraz da yaklaşalım, gör zavallı insanlar, Neler çekir yaşamaqçün? Nasıl yaşar onlar? Görünce tâb edemezsin, acırsın, ağlarsın, N...

Mikayıl Müşfiq - Gecə düşüncəsi

  Xoşladığım bir gecə, yerlər, göylər işıqlı, Ay bir sərxoş göz kimi, ulduzlar yaraşıqlı. Bunları seyr edərkən Bir az fikrə gedərkən Fikrim, hissim, xəyalım o qədər yüksəldi ki, Mənə öylə gəldi ki, Bizlərdən əvvəl nə yer, nə göy, nə həyat olmuş, Nə bu ucsuz-bucaqsız gözəl kainat olmuş…

Mikayıl Müşfiq - Həyat sevgisi

Ah, mən gündən-günə bu gözəlləşən İşıqlı dünyadan necə əl çəkim? Bu yerlə çarpışan, göylə əlləşən Dostdan, aşinadan necə əl çəkim?

Xanım İsmayılqızı - Şuşa təsnifi

Tarixin yaddaşlara hopub. Gözəlliyin eşqə köklənib. Sədaqətin dillər əzbəri. Sənə olan sevgi – mübtəla yeri.