12 Haziran 2024 Çarşamba

Vüqar Əhməd - İstərəm başına dolanım, Təbriz!


1950-1980-ci illərdə yazıb yaradan cənublu  şairlər  arasında  ən  ağsaqqalı,  ən qocamanı Məhəmmədəli Məzhunun yaradıcılığı bütünlüklə ağız-dil şeiri üstə köklənib. Onun hər bir şeir nümunəsindən xalq ruhu süzülür:

 

Gəlmişəm öpməyə torpağın yenə,

Bu əziz vətənimcananım Təbriz!

 qədər ömrüm varistərəm sənsiz

Olmasın bir günümbir anım Təbriz!

 

Gəzib dolansam da cümlə-mahalı,

Mən səndə tapmışam əqlü-kəmalı,

Sənsən ürəyimdən silən məlalı,

Qurbandır yolunda bu canım Təbriz!

 

Halal südündəndirbədəndə qanım,

Amalıməfkarımbiliyimcanım.

Şanlı Vətənimsən Azərbaycanım,

Behiştimqövzeyi-rizvanım Təbriz!

 

Vəfalı oğullar anasın atmaz,

Qürbət beşişt olsaVətənə çatmaz.

Körpələr heç zaman anasız yatmaz,

İstərəm başına dolanımTəbriz!

 

Bülbül tək sevmişəm qönçə çağını,

Almalıheyvalıbağça-bağını.

Gəlmişəm öpməyə gül yanağını,

Ey əziz sevgilimməkanım Təbriz!

 

Qoşma formasında yazılmış bu şeirdə qeyri-adi bir ifadə  söz yoxdur. Sadə sözlər  adi ifadələrdir. Lakin bu adi sözlər hissiyyatla doludurinci sapa düzülən kimi böyük zövqlə bir-birinə bağlanıbolduqca təsirli bir mənzərə yaradıb. Zahirən elə fikir formalaşa bilər kibelə yazmaq asandırəslində isə çox çətindir. Şairdən böyük ürəkböyük hissiyyat  sözlərlə mənzərə yaratmaq tələb edir. Lakin bu da azdırhadisəni mənalandırmağıfəlsəfi məzmunla doldurmağı da bacarmaq lazımdır.

Şeirin axı¬rıncı bəndinə, “Ey əziz sevgilimməkanım Təbriz” bəndinə diqqət edək. Bu, bizim qoşmadan aldığımız təəssüratı qat-qat artırırfikri mənasınımündəricəsini qabarıq şəkildə bizə çatdırır. Bu da Məhzunun xalq yaradıcılığı ənənələrinə çox dərindən bələd olmasını göstərir.

1950-1980-ci illərdə fəaliyyət göstərən Cənubi Azərbaycan şairləri xalq şeirinin müxəmməs formasından da istifadə ediblər. Məlum olduğu kimixalq şeirinin qoşma  gəraylıdan sonra ən çox yayılmış forması müsəddəs  müxəmməslərdir. Müxəmməsin hər bəndi beş misradanmüsəddəsin isə hər bəndi altı misradan ibarət olur, on beş, on altılıq hecada yazılır.

Haşım Tərlan müxəmməs yazmaqda xüsusi ustalıq göstərib. Şairin Məhəmməd Rza şahın dilindən “Görürəm” şeirinə nəzər yetirək:

 

Getdi izzətgecələr xabi-pərişan görürəm,

Əldə şəmşir yeriyir üstümə İran görürəm.

Bilməz idim bu qədər milləti-İran oyana,

Bişümar topu-tüfəngin qabağında dayana.

Siz deyinbaş götürüm indi çalım mən hayana?

Atamın yadigarı təxtini lərzan görürəm,

Gözümün nuri qaçıbdırfili fincan görürəm.

 

Diqqət etdikdə görünür kimüxəmməs  müsəddəslərdə qoşma  gəraylılara nisbətən həm vəzn başqadırhəm  qafiyələn¬mə qaydası. Haşım Tərlanın bu əsərində “görürəm” rədifdir kiyeddi misrada dörd dəfə işlənirlakin “pərişan”, “İran”, “lərzan”, “fincan” sözləri ilə qafiyələnirBundan başqa “oyana”, “dayana”, “hayana” sözləri  ayrıca qafiyələnir. Beləlikləşair bu şeirində xalq şeiri ənənələrinə peşəkarcasına riayət edib.

Abbas Bariz  xalq şeiri üslubunda yazan sənətkarlardandır. Onun şeirlərinin əksəriyyəti müxəmməs  müsəddəs formasındadır. “Neylim” rədifli “Olmayım neylim” şeirində Abbas Bariz müsəddəs forması ilə əsərinə gözəl bir don geyindirir:

 

Xudayamən bu qəmdən zaru giryan olmayımneylim?

Tutub od yanmayımsinəsi suzan olmayımneylim?

Məgər qəm çəkməyə canımda bir  tabu taqət var?

Məgər bu dərdi-bidərmana məndə istiqamət var?

İlahidərd əlindən gör mənə bir dəm fərağət var?

Mühiti-qəmdə mən biçarənalan olmayımneylim?

 

Abbas Bariz burda “neylim” rədifini, “giryan olmayım”, “suzan olmayım”, “nalan olmayım” ilə qafiyələndirir, “taqət”, “istiqamət, “fərağət” sözləri isə ayrıca qafiyələnirAbbas Bariz bununla müsəddəs formasının bütün tələblərinə cavab verir.

ÜmumiyyətləAbbas Bariz xalq şeiri formalarının demək olarbütün növlərindən istifadə edib. Şəhriyarın “Heydərbabaya salam” əsərinin üslubunda qələmə aldığı “Eldayağına salam” şeiri qoşma formasındadır:

 

Eldayağı, el yaylağa gələndə,

Dağ-dərələr çiçəklənib güləndə,

Yorğun maral kipriklərin siləndə

Bizdən  bir salam olsun sizlərə,

Yalqız gəzən oğlanlaraqızlara.

 

Abbas Barizin “Bəzi ağlı gözündə olan qızların dilindən” şeiri isə müxəmməs formasındadır:

 

Anacanqoy məni öz sevdiyim oğlana gedim,

Döndərən bağrımı bir laləsifət qana gedim.

Neçə ildir o, mənim bağrımı büryan eləyib,

Gecə-gündüz işimi naləvü-əfğan eləyib.

Ay inamsızgörürsən eşqi  divan eləyib?

Az qalır mən  düşüm kuhü-biyabana gedim,

Anacanqoy məni öz sevdiyim oğlana gedim.

 

Mirzə Hüseyn Kərimi  “Dilli pilo” əsərini müxəmməs formasında qələmə allb:

 

 olar su səpəsən bu dili suzanəpilo,

Edəsən bircə təvəccə məni-nalanə pilo.

Sənin üstündə əzizimnecə qanlar tökülür,

Necə başlar sınır axır qarınlar sökülür.

Səndən ötrü gedədünyada piçaqlar çökülür,

Boyadın aləmi Rüstəm kimi al qanə pilo,

Verdin insaf eyləaləmləri tufanə pilo.

 olar bir gecə lüff eyləyəsən mənzilimə,

Verəsən dəsteyi-kəfkiri mənim sağ əlimə,

İştaha ilə yeyimyağ süzülə saqqalıma,

Məst olamtövsəni təbim gələ cövlanə pilo,

Şişə qarnım yekəlib bənziyə ənbanə pilo.

Zəfəran ilə salırsan üzünə xoş rübənd,

Çeşmi-bülbül lobiyədən düzürsən gərdənbənd,

Ucalırsan vəsəti-süfrədəçün kuhi-Səhənd,

Verirsən qüllei-sərdə toyuğa lanə pilo.

 

 

Hamıya məlumdur kipilo (plovAzərbaycan mətbəxinin şah təamı sayılır  zatən çox qonaqpərvər bir xalq olan azəri türkləri evinə qonaq gələrkən hörmət  ehtiram əlaməti olaraq onu zəfəran-plova qonaq eləyir. Lakin şair burda plova obraz verərəkkasıb adamların ona möhtac qaldığınıonu cürbəcür zümrələrdən olan harınlaşmışmeşşan adamların hər günistədikləri vaxtistər evdəistər məclislərdə həzmi-rabedən keçirdiklərini göstərir. Şair burda xalqın kasıb təbəqəsinin illərlə plov üzünü görmədikləriniharam pulla varlanmış meşşan adamların isə bunun fərqinə tamamilə varmadanhər gün plov bişitdirib insanıözü  ac insanı bihuş eləyən ətrini ətrafa yaydırıb, ac adamları şişirtməkdən zövq aldıqlarını satirik lövhələrlə göz önünə gətirir.

Mirzə Hüseyn Kərimi iri həcmli əsərində həm müxəmməs formasının tələblərini yerinə yetirirhəm  hər gün plov yeməkdən qarınları şişib tuluğa dönənxalqın hesabına varlanmış müftəxor adamları satira-tənqid atəşinə tutaraq ifşa edir.

Şair Firidun Hasarlı da daim xalq şeirindən qaynaqlanıb  bir çox əsərlərini xalq şeiri formalarında qələmə alıb. Onun bir çox şeirləri kimi Aşıq Qəşəmə ithaf etdiyi “El səni atmaz” şeiri bütünlüklə qoşma formasındadır:

 

Aşıq Qəşəmbunu yaxşı bilirsən,

Ürəkdən sevdiyin el səni atmaz,

Aylar dolansa daillər keçsə 

Qədrini bildiyin el səni atmaz.

 

Aşıqlıq etdiyin əlli beş ildir,

Səni alqışlayan obadıreldir,

Özün bülbül isə sözlərin güldür,

Yurdunda açılan gül səni atmaz.

 

Göründüyü kimibirinci bənddə birinci misra ilə üçüncü misra açıqdırikinci  dördüncü misralar isə “sevdiyin”  “bildiyin” sözləri ilə qafiyələnibŞeirin sonrakı bəndlərinin, o cümlədən ikinci bəndinin birinci üç misrası bir-birilədördüncü misrası isə birinci bəndin son misrası ilə qafiyələnib. “İldir”, “eldir”, “güldür”, eyni zamanda “el səni atmaz”  “gül səni atmaz”...

 

 

Vüqar Əhməd

Professor

Xalq Cəbhəsi.- 2015.- 12 noyabr.- S.14.

Hiç yorum yok:

Yorum Gönder

Orhan Şaik Gökyay - Yas