Ana içeriğe atla

Kayıtlar

Şubat, 2023 tarihine ait yayınlar gösteriliyor

Yeganə Bayramova - Bu gün Od çərşənbəsidir...

Bu gün Novruz çərşənbələrindən ikincisi - Od çərşənbəsi qeyd olunur. Ona xalq arasında “üskü çərşənbə”, “üskü gecəsi”, “ikinci çərşənbə” və yaxud “addı çərşənbə” də deyilir. Tədqiqatçılar Od çərşənbəsini qədim zamanların əsas dinlərindən olan və Azərbaycanda yayılan atəşpərəstlik dini ilə bağlayırlar. Çünki Avesta kitabında odun müqəddəsliyi və insanların oda olan inamı, sitayişi tarix boyunca özünü güclü şəkildə göstərib. Oda və Od çərşənbəsinə inam Od çərşənbəsində od rəmzi məna daşıyır. O, yandırıb-yaxan, istilik verən məfhum kimi yox, müqəddəs, təmizləyici bir varlıq kimi təsvir edilir. “Suyun yumadığını od təmizlər” ifadəsi də buradan götürülüb. Adətə görə, Od çərşənbəsində bayram tonqalını həyət darvazasının ağzında qalayırlar. Səbəbi isə odur ki, həyətə keçən özüylə bərabər ağırlıq, pis niyyəti gətirməsin, hamısı elə alovda yansın, yox olsun. Mifoloji anlamlar hər zaman xalqın şüuraltında yaşayıb. Od çərşənbəsi əsəsən, ağırlıq-uğurluğun məhv olduğu çərşənbə kimi xarakterizə olun...