Həcər Atakişiyeva “Yazarlar” jurnalının redaktoru və Yaradıcılıq Komissiyasının sədri, ədəbiyyatşünas-tənqidçi Xülasə. Azərbaycan ədəbiyyatında ana obrazı milli-mənəvi dəyərlərin, məhəbbətin, mərhəmətin, fədakarlığın və mənəvi saflığın ifadə olunduğu mühüm poetik obrazlardan biridir. Ana yalnız ailə daxilində müəyyən bir sosial-mənəvi statusu ifadə etmir, həm də xalqın yaddaşını, milli dəyərlərini və mənəvi dünyasını gələcək nəsillərə ötürən simvolik obraz kimi çıxış edir. Müasir Azərbaycan poeziyasında bu ənənə müxtəlif fərdi poetik üslublarda davam etdirilir. Zaur Ustac yaradıcılığında da ana obrazı və analıq anlayışı insanın mənəvi dünyası, ailə münasibətləri, doğmalıq, vətən, uşaqlıq və milli-mənəvi dəyərlərlə əlaqəli şəkildə təqdim olunur. Şairin poetik dünyasında ana həm real həyatın doğma və əziz insanı, həm də mərhəmət, sədaqət, fədakarlıq və mənəvi dayaq anlayışlarının daşıyıcısıdır. Məqalədə Zaur Ustac poeziyasında ana obrazının funksional xüsusiyyətləri, an...