Mehemmed Füzuli - Qəzəl (Nalədəndir ney kimi avazeyi-eşqim bülənd)

0

 

Nalədəndir ney kimi avazeyi-eşqim bülənd,
Nalə tərkin qılmazam, neytək kəsilsəm bənd-bənd.

Qıl mədəd, ey bəxt, vər nə, kami-dil mümkün degil,
Böylə kim, ol dilrüba bidərddir, mən dərdmənd.

Dağlırdir odlu könlümdə qarası qopmamış,
Ya səbati-eşq üçün od üzrə bir neçə sipənd?

Açılır könlüm gəhi kim, giryeyi-təlxim görüb,
Açar ol gülrüx təbəssüm birlə ləli-nuşxənd.

Xaki-rahindən məni qaldıra bilməz sayətək,
Qılsa gərdun afitabın hər şüasın bir kəmənd.

Cam tut der saqiyi-gülçöhrə, zahid - tərki-cam,
Ey könül, fikr eylə gör, qansıdır tutmalı pənd.

Ey Füzuli, surəti-fəqrin qəbuli-dustdur,
Hiç dərvişi sənintək görmədim sultanpəsənd.

Yorum Gönder

0 Yorumlar

Yorum Gönder (0)

#buttons=(Çerezleri kabul et) #days=(20)

Sitemizde çerezler kullanılmaktadır. Kabul
Çerezleri kabul et