26 Mart 2024 Salı

Mehemmed Füzuli - Qəzəl (Sərvi-azad qədinlə mana yeksan görünür)

 

Sərvi-azad qədinlə mana yeksan görünür,
Nəyə sərgəştə olan baxsa, xuraman görünür.

Can görünməz desələr təndə, inanman, nişə kim,
Lütfdən hər necə baxsam təninə, can görünür.

Derəm əhvalımı cananə qılam ərz, vəli
Görə bilmən özümü, onda ki, canan görünür.

Ey deyən: səbr qıl, ah eyləmə yari görcək,
Mənə düşvardır ol, gər sənə asan görünür.

Sordum əhvalımı eşqində münəccimlərdən,
Baxdılar tale evinə, dedilər: qan görünür.

Nə kamandarsan, ey məh ki, atıb qəmzə oxun,
Yıxdığın seyddə nə zəxm, nə peykan görünür.

Bir sənəm zülfünə guya ki, veribdir könülün,
Ki Füzulinin ikən halı pərişan görünür.

Hiç yorum yok:

Yorum Gönder

Orhan Şaik Gökyay - Beyan-ı Aşk