Ana içeriğe atla

Mehemmed Füzuli - Qəzəl (Qəd ənarəl-eşqə-lil-üşşaqi minhacəl-hüda)


Qəd ənarəl-eşqə-lil-üşşaqi minhacəl hüda!
Saliki-rahi-həqiqət eşqə eylər iqtida.

Eşqdir ol nəş’eyi-kamil kim, ondandır müdam
Meydə təşviri-hərarət, neydə tə’siri-səda.

Vadiyi-vəhdət, həqiqətdə, məqami-eşqdir
Kim, müşəxxəs olmaz ol vadidə sultandan gəda.

Eyləməz xəlvətsərayi-sirri-vəhdət məhrəmi,
Aşiqi mə’şuqdən, mə’şuqi aşiqdən cüda.

Ey ki, əhli-eşqə söylərsən: məlamət tərkin et!
Söylə kim, mümkünmüdür təğyiri-təqdiri-Xuda?

Eşq kilki çəkdi xət hərfi-vücudi-aşiqə
Kim, ola sabit həq isbatında nəfyi-maəda.

Ey Füzuli, intihasız zövq buldun eşqdən,
Böylədir hər iş ki, Həqq adilə qılsan ibtida.


  1.  Eşq aşiqlər üçün hidayət yolunu işıqlandırdı.
  2.  Burda işıqlandırmaq deyilərkən xarici işıqdan və ya Günəş işığı kimi bir işıq nəzərdə tutulmur. Burda daxili nur daha dəqiq desək "Tohid işığı" nəzərdə tutulur.
  3.  Təsəvvür edin ki, bir kişi tövləsində inək saxlayır. Və hər gecə gedib inəyinə sığal çəkir. Bir gün bir canavar gəlir, inəyi yeyir, və dərsini üstünə ataraq özünü inəyin yerinə qoyur. Kişi gecə yenə gəlir. Və sığal çəkir. Təbii ki, anlamır canavar olduğunu. Burda kişiyə "tohid işığı" gərəkdir. Çünki, istər kiçik fənər qədər, istərsə də Günəş qədər işıq da olsa kişi dərinin içini yəni daxili görməyəcək. O bunu yalnız daxili gözlə görə bilər. Bu isə "Tohid işığı adlanır"
  4. Həqiqət yolunun yolçuları eşqə iqtida(itaət, təqlid) eylər.
  5.  Hər kim ki, o Tohid işığıyla hərəkət edər, onlar eşqə iqtida eylər, boyun bükər, ibadət eylərlər.
  6. Təbii ki, burda qıza-qoza olan eşqlərdən yox, həqiqi və daimi olan Allaha olan eşqdən danışılır.
  7. Yeni, daha böyük həyatın nişanəsi eşqdir ki, ondandır daim olan...
  8. Məhz o eşqdir insanı başqa, daha kamil bir həyata aparan.
  9. Meydə təşvişli hərarət, neydə isə səs-sədada olan təsir.
  10. Hansı ki, daimi olan meydə, içkidə
     hərarət, və neydə olan səs-səda da ondandır.(Təbii ki, işlənən mey və ney sözləri məcazi mənadadır. Və hər birinin ürfani izahı var)
  11.  Vəhdət(birlik) məqamı, həqiqətdə əsl eşqin özüdür, məqamıdır
  12.  Birlik məqamı, Yarla(Allahla) olan birlik məqamı məhz həqiqi eşqin özüdür.
  13.  (Birlik məqamı deyilərkən Ələst aləmi və ya Axirət və ya Namaz ümumi desək vəslə işarədir.)
  14.  Hansı ki, o vadidə sultanla gəda arasında heç bir fərq yoxdur
  15.  Hansı ki, bu vəhdət məqamlarının heç birində sultanla gəda arasında fərq yoxdur. Bu məkanlarda hamı Vahid Allah qarşısında quldur.
  16.  Xəlvət vəhdətin və ya eşqin sirri aşiqi məşuqundan, məşuqu aşiqdən ayrı etməz
  17.  Ey o adam ki, eşq əhlinə danlaq edirsən
  18.  Söylə, heç Xudanın təqdirini(əmrini, buyurduğunu) dəyişmək mümkündür mü?
  19.  Eşq qələmi aşiqin mövcudluğunun hərfinin üstündən xətt çəkdi(Məhv etdi)
  20.  Həmin eşq, digər bütün eşqlərin aşqilərinin eşqinin üstündən xətt çəkdi, məhv etdi.
  21.  Kim ki, Həqq isbatında Allahdan başqa yar olmadığı isbat olsun
  22.  Ey Füzuli, bu eşqdən sonsuz həzz, zövq aldın
  23.  Adil Haqqın ismiylə başlanılan hər iş belədir.
  24.  Məhəmməd Peyğəmbər: "Bismillahla başlayan hər iş xeyirlə bitər"

Yorumlar

Bu blogdaki popüler yayınlar

Divan Edebiyatı (Türk Klasik Edebiyatı)

  “ Türk  Klasik   Edebiyatı ” olarak da tanımlanan Divan edebiyatı, Türklerin İslam kültüründen etkilenmeleri sonucu oluşturdukları bir edebiyattır. Bu edebiyat, bazı kaynaklarda “ Havas Edebiyatı “, “ Yüksek Zümre Edebiyatı “, “ Saray Edebiyatı ”  “Eski Türk Edebiyatı ” gibi adlarla da anılmaktadır. Ancak belli ilkeler çevresinde gelişen bu edebiyat, şairlerin şiirlerini “ Divan ” denilen yazma kitaplarda toplamalarından dolayı daha çok “ Divan edebiyatı ” adıyla ifade edilmektedir.

Cho'lpon - Go'zal

Qorong‘u kechada ko‘kka ko‘z tikib, Eng yorug‘ yulduzdan seni so‘raymen. Ul yulduz uyalib, boshini bukib, Aytadir: men uni tushda ko‘ramen. Tushimda ko‘ramen – shunchalar go‘zal, Bizdan-da go‘zaldir, oydan-da go‘zal!

Munis Faik Ozansoy - Dilek

Yurdumda bir evlik toprak isterim Yayla olsun, yamaç olsun, düz olsun Orada bir ömür kalmak isterim Yaz, kış olsun, bahar olsun, güz olsun. Bir dam altı gece barındıracak Daldan, sazdan yapma bir çardak olsun İçinde kütükler yanan bir ocak, Yünden veya ottan bir yatak olsun. Çardağı sarmalı bir çiçek dalı, Salkım olsun, gül olsun, leylâk olsun. Yakınlarda bir de su bulunmalı Deniz olsun, göl olsun, ırmak olsun. Ekmeğim topraktan, suyum ırmaktan Katığım kâh zeytin, kâh peynir olsun Mutluluk duyayım nefes almaktan Dost güvenilir, düşman bilinir olsun. Tanrım, başka bir şey ister değilim İçimde ne bir hırs, ne bir kin olsun Yolumu beklesin, akşam sevgilim Bence güzel, ellerce çirkin olsun.

Erkin Vohidov - O'zbegim

  Tarixingdir ming asrlar Ichra pinhon, o‘zbegim, Senga tengdosh Pomiru Oqsoch Tiyonshon, o‘zbegim.

Qaçaq Nəbi

Azərbaycanın xalq qəhrəmanı Qaçaq Nəbi 1854-cü ildə Gəncə quberniyasının Zəngəzur qəzasının Aşağı Mollu kəndində (indiki Qubadlı rayonunda) anadan olub. Onun qaçaqçılıq etməsinin maraqlı tarixçəsi var.

Fuzuli - Gazel (Mukavves kaşların kim vesme birle reng tutmuşlar)

  Mukavves kaşların kim vesme birle reng tutmuşlar Kılıçlardır ki kanlar dökmek ile jeng tutmuşlar

Abdulla Oripov - Birinchi muhabbatim

Kecha oqshom falakda oy bo‘zarib botganda, Zuhro yulduz miltirab, xira xanda otganda, Ruhimda bir ma’yuslik sokinlik uyg‘otganda, Men seni esga oldim, birinchi muhabbatim, Eslab xayolga toldim, birinchi muhabbatim.

Ümit Yaşar Oğuzcan - Acılar Denizi

  Ben acılar denizinde boğulmuşum İşitmem vapur düdüklerini, martı çığlıklarını Dalgalar her gün bir başka kıyıya atar beni Duyarım yosunların benim için ağladıklarını

Nazım Hikmet - Tahirle Zühre Meselesi

Tahir olmak da ayıp değil, Zühre olmak da Hatta sevda yüzünden ölmek de ayıp değil, Bütün iş Tahirle Zühre olabilmekte Yani yürekte. Mesela bir barikatta dövüşerek Mesela kuzey kutbuna keşfe giderken Mesela denerken damarlarında bir serumu Ölmek ayıp olur mu? Tahir olmak da ayıp değil, Zühre olmak da Hatta sevda yüzünden ölmek de ayıp değil. Seversin dünyayı doludizgin Ama o bunun farkında değildir Ayrılmak istemezsin dünyadan Ama o senden ayrılacak Yani sen elmayı seviyorsun diye Elmanın da seni sevmesi şart mı? Yani Tahir'i Zühre sevmeseydi artık Yahut hiç sevmeseydi Tahir ne kaybederdi Tahirliğinden? Tahir olmak da ayıp değil Zühre olmak da Hatta sevda yüzünden ölmek de ayıp değil.

Peyami Safa - Dokuzuncu Hariciye Koğuşu (Roman Özeti)

  Eserin Adı: Dokuzuncu Hariciye Koğuşu Yazarı: Peyami Safa Yayınevi: Ötüken Yayınları Basım Tarihi: 1999 Eserin Konusu:  15 yaşındaki bir gencin kemik veremi hastalığa yakalanması sonucu hayata tutunma çabası. Romanın Özeti: Romanın 15 yaşındaki kahramanı 7 yaşından beri dizindeki tam olarak teşhis edilemeyen bir hastalıktan dolayı sıkıntılar çekmektedir. Hayatı hastane kapılarında, doktor önlerinde geçmiştir. Son olarak yapılan tetkikler sonucunda dizindeki rahatsızlığın “Kemik Veremi” olduğu anlaşılır. Bu hastalık hayatına veya bir bacağına mal olabilecek bir hastalıktır. Hal böyle iken doktorlar, eğer beslenmesine dikkat eder, heyecansız, sakin bir yaşam sürdürür, moralini yüksek tutarsa iyileşme ihtimalinin olduğunu söylerler.