Ana içeriğe atla

Həcər Atakişiyeva - Hüseyn Cavidin “Afət” faciəsində realizmlə romantizmin heyrətamiz vəhdəti

  Hüseyn Abdulla oğlu Rasizadə Naxçıvan şəhərində 1882-ci il oktyabr ayının 24-də anadan olmuşdur. Ədib XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsidir. Hüseyn Rasizadə Azərbaycan ədəbiyyatı tarixində filosof şair, böyük dramaturq Hüseyn Cavid kimi tanınmışdır. Hüseyn Cavid Azərbaycan ədəbiyyatı tarixində romantizm ədəbi cərəyanıən qüdrətli sənətkarlarından biridir. Ədib 1909-cu ildən “Cavid” ədəbi təxəllüsü ilə yazmağa başlamışdır. Hüseyn Cavidin dramaturji yaradıcılığı olduqca zəngindir. Hüseyn Cavidin “Afət” faciəsinin tədqiqinə həsr olunmuş çox sayda tədqiqat işləri vardır. Azərbaycan ədəbiyyatşünasları “Afət” faciəsində qoyulan bir sıra bəşəri problemləri, müəllifin insan konsepsiyasınıŞərq və Qərb filosoflarının görüşləri ilə müqayisəli şəkildə şərh etmişdirlər. Əsərdə dramaturqun insan konsepsiyasına dair görüşləri öəksini tapmışdır. Hüseyn Cavid 4 pərdəli “Afət” faciəsini 1922-ci ildə faciə janrında, nəsrlə qələmə almışdır. Əsərdə qadın mövzusuna, qadının mənəviyyat və şəxsiyyət azadlığı məsələsinə toxunulmuşdur.  

H.Cavidin “Afət” faciəsi ailə, məişət mövzusunda yazılmış faciəvi sonluqla bitəəsərdir. H.Cavidin “Afət” faciəsində türk zadəgan mühitində, kübar ailələrində olan ziddiyyətləəks olunmuşdur. Faciənin konflikti gərgin, bir-birini təqib edən hadisələəsasında qurulub, süjet xətti isə çoxşaxəlidir. Hüseyn Cavid “Afət” faciəsinin baş qəhrəmanı olan Afətin xarakteri ilə Azərbaycan ədəbiyyatında orijinal qadın obrazı yaratmağa nail ola bilmişdir. H.Cavidin “Afət” faciəsinin əsas obrazı Afət yaşadığı həyatda və cəmiyyətdə yüksək bir mövqeyə sahib bir qadın idi. Afət kübar və zadəgan bir xanımdır. Hüseyn Cavid “Afət” faciəsində burjua-zadəgan mühitini, kübar adətlərini və əxlaq normalarını təsvir etmişdir. H.Cavidin yaratmış olduğu digər qadın obrazları ilə müqayisədə Afət mürəkkəb və ziddiyyətli xarakterə sahibdir. O, H.Cavidin bütün qadın qəhrəmanlarından xarakterinin çılğınlığına, romantik duyğularına məğlub olmağına, məhəbbətində hüdud tanımamağına, qisas almağa meyilliliyinə görə fərqlənir. Onun xarakterindəki sevgisiz yaşaya bilməmək duyğusu onu uçuruma aparır. Nifrət və intiqam Afət obrazının xarakterindəki əsas anlayışlar idi. H.Cavidin “Afət” faciəsinin əsas obrazı Afə33 yaşında, şux, lütfkar, füsunkar bir qadındır. Hüseyn Cavid “Afət” faciəsində burjua-zadəgan mühitinin iç üzünü obrazlarıöz dili ilə ifşa edir. Doktor Qaratayın sözləri ilə maarif müdiri Xandəmirin əməllərini ifşa edib, cəmiyyətin bu cür simalarını ifşa edir. “Şaka deyil a! Hərif bir şey bilmədiyi halda maarif müdiri... Gənc olmadığı halda hovarda, az bir maaşla pək zəngin... Daha nə istərsin. Bütün arqadaşları arasında “Müsyo Fırıldaq” deyə şöhrət bulmuşdur.                                                                            

H.Cavid “Afət” faciəsində qadına olan hörmət və məhəbbətini doktor Qaratayın sözləri ilə bildirir. “Qadınsız bir məclis, gülsüz bahara, bülbülsüz çənzarə bənzər. Gerçəkdən, qadın həyat, həyat isə qadın deməkdir”.   

H.Cavidin “Afət” faciəsinin əsas obrazı Afət doktor Qaratayın qindən əbədiyyətən əmin olmaq və doktor Qaratayın onu bütün mənliyi, bütün həyatı və səadəti ilə sevməyini istəyirdi. Afət pyesdə xəyanəti heç bir vəclə qəbul edə bilməyən xarakteri ilə seçilir. H.Cavid Afət obrazının vasitəsilə dövrünün qadınlarından fərqli bir qadın xarakteri yaratmışdır. Afət qorxmazdır, intiqam almaq onun xarakterinə yad deyil. “Ancaq şu qadar var ki, aldadılmaq istəməm, aldandığımı duysam məhv olurum. Həm də pək kinliyim, anlıyormusun? Bəni aldatmaq istəyənləri əsla əfv etməm. İki gözüm olsa belə intiqam alırım, intiqam!.. Əvət, bən, pək kinliyim. Bəni təhqir edənlər Əzrailin qucağına atılmış olurlar”. 

Əslində H.Cavid “Afət” faciəsinin əsas obrazı olan Afətin simasında həyat yoldaşını sevməyən, ona məhəbbəti olmayan qadınların faciəsini yaratmışdır. Belə ki, gənc Afət həyat yoldaşı Özdəmiri əsla sevmir, ondan canını qurtarmaq üçün bir çarə, bir dərman, bir zəhər, bir atəş axtarırdı. Afət əsərdə həyat yoldaşını sevməyən, ona məhəbbəti olmayan qadın kimi təsvir olunmasına baxmayaraq, o, Özdəmirin qızlarına ana qayğısı ilə yaxınlaşır. Onlarla tif, məsum davranır. Əsərdə Özdəmiri səfil edən onun sərxoşluğu və sərsəriliyidir. Faciədə gənc Afətin və onun həyat yoldaşı Özdəmirin keçmişləri və indiləri Ərtoğrulun dilindən belə təsvir olunur. “O, bu şəhərə gələli çoq deyil... Eşitdiyimə görə pək kibar və alafranqa bir ailəyə mənsub imiş. Fəqət böyük bir fəlakət birdən-birə evlərini söndürmüş, varyoqları əldən çıqmış, babası fəqir düşüncə qızını Özdəmirə vermiş... Şu hərif də gündəngünə poslayı şaşıraraq ailəsini düşünəməz olmuş... Şimdi hər gün bir oteldə sərxoşca vaqıt keçiriyor. Evə gəldiyi zamanlarda Afəti pək qabaca təhqir ediyormuş... Təbii Afət də şu qabalığa dayanamıyaraq ondan soyuyacaq və get-gedə Qaratay kibi macəraçılara ısınmağa məcbur olacaq”... 

H.Cavid “Afət” faciəsində doktor Qaratay ilə Özdəmirin xarakterlərini müqayisəli şəkildə təhlil edir. Afət doktor Qaratay ilə Özdəmirin xarakterlərini, hərəkətlərini, həyatlarını, cəsarətliliklərini müqayisəli şəkildə təhlil edərək, doktor Qaratayı seçir. Afətin doktor Qaratayı seçməsində əsas səbəb o idi ki, onu dürüst, şən, insaflı, dəliqanlı, mərhəmətli, qürurlu və əzəmətli biri kimi tanıyır. Həyat yoldaşı Özdəmiri isə doktor Qarataydan fərqli olaraq, insafsız, mərhəmətsiz, nəzakətsiz, duyğusuz, məcəraçı, olduqca sərvət və şöhrət düşkünü bir kimi bilir. Afətin doktor Qarataydan istəyi sonsuz məhəbbət və səadət idi. Afət nə doktor Qaratayla olan sevgi münasibətində, nə də ki,  həyat yoldaşı Özdəmirlə olan evliliyində xoşbəxt ola bilməyən zavallı bir qadın idi. Bütün mühit, qanunlar, din, adətlər ona qarşı idi. Afət doktor Qaratayın toruna düşməmişdən əvvəl dünyadakı otları, çiçəkləri, quşları, kəpənəkləri, insanları və heyvanları sevən, onlara məhəbbət göstərən biri idi. O, gələcəyini, səadətini düşünərkən, qaranlıq bir gələcək, aldadıcı bir həyat, qorqunc və gülünc iztirablar onu yaxaladı. Onun dərdi, düşüncəsi eşq, gözəllik, məhəbbət idi. Afəti doktor Qaratayın xəyanəti dinlərdən, mənəviyyatdan, məzhəblərdən uzaqlaşdırmışdı. Mənəviyyatdan uzaq düşmüş Afət kimsəsizlikdən göz yaşı tör, qürubun məhzunluğunu, gecənin sükutunu, fəzanın dərinliyini,  musiqinin ritmini, çayların, ırmaqların ninnisini, dənizlərin çağlayan səsini, ildırımların gurlamasını, xəfif küləyin zümzüməsini, yapraqların, çiçəklərin xışıltısını, bülbüllərin ötüşməsini, vurğun gönüllərin acı təranəsini, uşaqların qəhqəhəsini, körpə quzuların mələməsini duymurdu. Artıq onun sirdaşı qürubun ölgün nəfəsi və gecənin səssiz qaranlığı idi. Əslində isə H.Cavidin “Afət” faciəsinin əsas obrazı olan Afənecə lütfkar və nəzakətli idi. Onun gənclik, gözəllik və böyük səadət arzusu puç olmuşdu. Afətin mənəvi böhranlar keçirməsinin əsas səbəbi o idi ki, doktor Qaratayın toruna düşərək, həyat yoldaşı Özdəmiri öldürmüşdü. Bundan sonra isə doktor Qaratayın ona sadiq qalacağına, onunla birgə uzun, xoşbəxt ömür keçirəcəyinə ümid edərkən, doktor Qaratayın qatili olduğu həyat yoldaşı Özdəmirin qızı Altunsaç ilə evlənəcəyini öyrənir. “Xayır... O ağlanacaq şey isə də, bən ona gülərim (qəhqəhə). Fəqət o dodaqlar ki, dün bənim ayaqlarımı öpüyordu, bu gün Altunsaçın dodaqlarını əməcək. O hərif ki, bir az əvvəl bənim əlimdə oyuncaq idi, bir az sonra Altunsaçı kəndi əlində oynatacaq”...

H.Cavidin “Afət” faciəsinin baş qəhrəmanı Afət xaraktercə özünəməftun bir qadın idi. O, sunkar gözləri, göl dodaqları ilə daim fəxr edirdi. Özünün aynadakı rəsminə məftun idi. Afətin gözəlliyi ilə duyğusuz və mənasız həyatı bir-birinə təzad təşkil edirdi. Afətin həyatı doktor Qaratayla Altunsaçın evlənməsi xəbərini eşitdikdən sonra qaraldı. Onun dünyası dağıldı, ümidləri soldu. Doktor Qaratayın toruna düşərək, həyat yoldaşı Özdəmiri öldürən Afətin aldadıldığını anlaması onun bütün xəyallarının puç olması ilə nəticələnir. Doktor Qaratayın ittihamlarına dözməyən Afət mənəvi sarsıntı keçirir. “Öncə miskin bir kölə kibi qarşımda diz çökdün, boyun bükdün; fəqət sonra bəni atdın, başqalarını tutdun. Gah rəqqasələrə vuruldun, gah Altunsaçı buldun... Ah, şimdi, şimdi isə bəni təhqir ediyorsun, bəni qəbahətli çıqarmaq istiyorsun”. 

H.Cavidin “Afət” faciəsinin əsas obrazı olan Afətin faciəsi sevmədiyi Özdəmir ilə evlənib, sevgi, məhəbbət, qayğı görməyərək, boşluqdan doktor Qaratayın toruna düşməsi ilə başlayır. Afət doktor Qaratayı pərəstiş edərcəsinə sevirdi. Afət doktor Qarataya sevgi və məhəbbətini belə açıb, söyləyir. “And olsun uyqusuz gecələrə, and olsun ağlar gözlərə, and olsun gözəlliyə və məhəbbətə, bən yalnız səni seviyorum, yalnız sana qavuşmaq istiyorum. Əvət, məsum bir çocuq nasıl nurdan, rəngdən həzz alarsa, bən də səndən, sənin visalından o qadar zevq alıyorum”.     

H.Cavidin “Afət” faciəsinin baş qəhrəmanı Afədoktor Qaratayın xəyanətinin nəticəsində və həyatda tək qaldığı üçün bir çiçək kimi solmuşdu. Elə bir vəziyyətə gəlmişdi ki, aynaya bağmağa belə cəsarət edə bilmirdi. O, sanki, solğun bir çiçək kimi ruhunu qara topraqlara təslim etmişdi.  Doktor Qaratayın xəyanəti onun kimi gözəl bir qadının  gözəlliyini soldurub, məhv etmişdi. Onun həm səadəti, həm də məhəbbəti  intiqam hissinə çevrilmişdi. Afət artıq itirəcək bir şeyi olmadığı üçün özünü ən təhlükəli uçurumlar çirkabına atmışdı. 

H.Cavidin “Afət” faciəsində xəyanət qurbanı olan digər bir məsum obrazlardan biridə Alagözdür. Alagöz bu qədər riyakarlığa dözə bilməyib, zəhər içərək, intahar etmək istəyir. Lakin, Ərtoğrul onu ölümdən xilas edə bilir. Alagözün belə mənəvi böhranlar keçirməsinin ən əsas səbəblərindən başlıcası Afət idi. Bütün qızlar içində parlaq bir almaz, dilbər bir çiçək, məsum bir mələk olan Alagöözünün doğma anası bildiyi Afətin əslində onun ögey anası olduğunu belə öyrənir. “Bən sənin anan deyilim, sən hənuz iki yaşında ikən anan tərki-həyat etmiş. Baban bəni sonra aldı, bən isə göz bəbəyi kibi səni bəslədim, məsum bir mələk kibi böyütdüm”.  

H.Cavidin “Afət” faciəsində xəyanət qurbanı olan Afətin faciəsini qaçınılmaz edədoktor Qaratayın əxlaqsızlığı, sərxoşluğu, sayğısızlığı idi. Afət doktor Qarataya vurulduqdan sonra, qatil olub, həyat yoldaşı Özdəmiri zəhərləyərək, öldürür. Afəmənəvi sarsıntı keçirərək, özünü Alagözə belə təqdim edir. “Bən sənin anan deyilim... Bən qatil, cəllad, ləkəli bir qadınım. Artıq bəni unut”!..  

H.Cavidin “Afət” faciəsində öz məsumluluğu ilə seçilən AlagöAfətin onun əsl anası olmadığı xəbəri məhzun bir təbəssümlə qarşılayır. O, ləkəli ana damğasından azad olmuşdu. Bütün dünyaya onun anasının ləkəli Afət olmadığını bağırıb, söyləmək istəyirdi. Afətin qarşısında bir yol qalırdı qəddar, xain, cəllad Qarataydan xilas almaq. O ancaq bu yolla özünü haqsızlıq etdiyi Alagön qarşısında təmizə çıxara bilərdi. Afədoktor Qaratayı silah ilə öldürərək, ondan Özdəmirin intiqamını, öz intiqamımı, gözəlliyin intiqamını alır. Afədoktor Qaratayı öldürəndən sonra onun  cənazəsini qucaqlayıb öpərək, dərin sarsıntılar keçirir. H.Cavidin “Afət” faciəsi zavallı qadın Afətin zəhər içərək, intihar etməsi səhnəsi ilə bitir.   

H.Cavidin yaradıcılığında mərkəzi yerlərdən birini tutan qadın hüquqlarını tapdayanlara qarşı mübarizəyə həsr olunan “Afət” faciəsinin mövzusu bütün dövrlər üçün aktualdır. H.Cavidin “Afət” faciəsi Azərbaycan ədəbiyyatında Azərbaycan qadınlarının düşdüyü uçurumu və əhatə olunduğu qaranlıq mühitin təsviri baxımından ən dəyərli bir əsərdir.

Yorumlar

Bu blogdaki popüler yayınlar

Cho'lpon - Go'zal

Qorong‘u kechada ko‘kka ko‘z tikib, Eng yorug‘ yulduzdan seni so‘raymen. Ul yulduz uyalib, boshini bukib, Aytadir: men uni tushda ko‘ramen. Tushimda ko‘ramen – shunchalar go‘zal, Bizdan-da go‘zaldir, oydan-da go‘zal!

Qaçaq Nəbi

Azərbaycanın xalq qəhrəmanı Qaçaq Nəbi 1854-cü ildə Gəncə quberniyasının Zəngəzur qəzasının Aşağı Mollu kəndində (indiki Qubadlı rayonunda) anadan olub. Onun qaçaqçılıq etməsinin maraqlı tarixçəsi var.

Divan Edebiyatı (Türk Klasik Edebiyatı)

  “ Türk  Klasik   Edebiyatı ” olarak da tanımlanan Divan edebiyatı, Türklerin İslam kültüründen etkilenmeleri sonucu oluşturdukları bir edebiyattır. Bu edebiyat, bazı kaynaklarda “ Havas Edebiyatı “, “ Yüksek Zümre Edebiyatı “, “ Saray Edebiyatı ”  “Eski Türk Edebiyatı ” gibi adlarla da anılmaktadır. Ancak belli ilkeler çevresinde gelişen bu edebiyat, şairlerin şiirlerini “ Divan ” denilen yazma kitaplarda toplamalarından dolayı daha çok “ Divan edebiyatı ” adıyla ifade edilmektedir.

Abdulla Oripov - Birinchi muhabbatim

Kecha oqshom falakda oy bo‘zarib botganda, Zuhro yulduz miltirab, xira xanda otganda, Ruhimda bir ma’yuslik sokinlik uyg‘otganda, Men seni esga oldim, birinchi muhabbatim, Eslab xayolga toldim, birinchi muhabbatim.

Erkin Vohidov - O'zbegim

  Tarixingdir ming asrlar Ichra pinhon, o‘zbegim, Senga tengdosh Pomiru Oqsoch Tiyonshon, o‘zbegim.

Munis Faik Ozansoy - Dilek

Yurdumda bir evlik toprak isterim Yayla olsun, yamaç olsun, düz olsun Orada bir ömür kalmak isterim Yaz, kış olsun, bahar olsun, güz olsun. Bir dam altı gece barındıracak Daldan, sazdan yapma bir çardak olsun İçinde kütükler yanan bir ocak, Yünden veya ottan bir yatak olsun. Çardağı sarmalı bir çiçek dalı, Salkım olsun, gül olsun, leylâk olsun. Yakınlarda bir de su bulunmalı Deniz olsun, göl olsun, ırmak olsun. Ekmeğim topraktan, suyum ırmaktan Katığım kâh zeytin, kâh peynir olsun Mutluluk duyayım nefes almaktan Dost güvenilir, düşman bilinir olsun. Tanrım, başka bir şey ister değilim İçimde ne bir hırs, ne bir kin olsun Yolumu beklesin, akşam sevgilim Bence güzel, ellerce çirkin olsun.

Peyami Safa - Dokuzuncu Hariciye Koğuşu (Roman Özeti)

  Eserin Adı: Dokuzuncu Hariciye Koğuşu Yazarı: Peyami Safa Yayınevi: Ötüken Yayınları Basım Tarihi: 1999 Eserin Konusu:  15 yaşındaki bir gencin kemik veremi hastalığa yakalanması sonucu hayata tutunma çabası. Romanın Özeti: Romanın 15 yaşındaki kahramanı 7 yaşından beri dizindeki tam olarak teşhis edilemeyen bir hastalıktan dolayı sıkıntılar çekmektedir. Hayatı hastane kapılarında, doktor önlerinde geçmiştir. Son olarak yapılan tetkikler sonucunda dizindeki rahatsızlığın “Kemik Veremi” olduğu anlaşılır. Bu hastalık hayatına veya bir bacağına mal olabilecek bir hastalıktır. Hal böyle iken doktorlar, eğer beslenmesine dikkat eder, heyecansız, sakin bir yaşam sürdürür, moralini yüksek tutarsa iyileşme ihtimalinin olduğunu söylerler.

Fuzuli - Gazel (Mukavves kaşların kim vesme birle reng tutmuşlar)

  Mukavves kaşların kim vesme birle reng tutmuşlar Kılıçlardır ki kanlar dökmek ile jeng tutmuşlar

Zafer Bayramımız Kutlu Olsun

Milletin hürriyeti, dini, namusu ve şerefi, vatanın bütünlüğü, devletin bağımsızlığı  için şehid ve gazi olan kahramanlarımızın ruhları şad, Türk Milletinin  Zafer Bayramı  kutlu olsun ...

Sherzod Ortiqov - Stokgolm Oqshomlari (esse)

Mabodo hozir  Nelli Zaks hayot boʻlganida yoki men sal oldinroq tugʻilganimda undan, albatta intervyu olgan boʻlardim. Aytaylik, 1950 yilda tugʻilganimda  yoki u qazo qilmay hech boʻlmaganda yigirma birinchi asrning boshiga oʻtib qolganida bunga ulgurardim (shunday deb oʻzimga koʻp gapiraman. Bunga sabab frau [1] Nellining sheʼriyati taʼbimga mos kelib, judayam yoqqani uchun emas, balki uni yodimga olganimda yuragimni tinmay qiynaydigan bitta savolga undan javob olish uchun). Shu kunlarda bu haqida yana koʻp oʻyladim. Yuqoridagi ikkita farazni tasavvur qilib, ulardan biriga, aniqrogʻi ikkinchisiga toʻxtaldim. Yaʼni, “frau Nelli omonatini Yaratganga topshirmay, yigirma birinchi asrning boshiga oʻtganida undan qanday intervyu olardim?” degan xayol shuurimni qamrab oldi. Agar shunday boʻlganida, albatta birinchi galda Stokgolmga borish uchun rosa bir yil yemay-ichmay, yangi kiyim kiymay, dam olish uchun sihatgohlarga bormay, yoqilgʻiga pul ketmasin deb mashina haydamay gonorarla...