Həcər Atakişiyeva “Yazarlar” jurnalının redaktoru və Yaradıcılıq Komissiyasının sədri, ədəbiyyatşünas-tənqidçi Xülasə Azərbaycan ədəbiyyatında ailə anlayışı insanın mənəvi dünyasının, milli-mədəni kimliyinin və sosial münasibətlər sisteminin formalaşmasında mühüm rol oynayan əsas anlayışlardan biri kimi çıxış edir. Ailə yalnız qohumluq münasibətlərinin məcmusu deyil, həm də milli-mənəvi dəyərlərin nəsildən-nəslə ötürüldüyü, insanın xarakterinin və dünyagörüşünün formalaşdığı mənəvi mühitdir. Müasir Azərbaycan poeziyasında ailə və ailə dəyərləri müxtəlif poetik istiqamətlərdə öz bədii ifadəsini tapır. Zaur Ustac yaradıcılığında da ailə, doğmalıq, valideyn-övlad münasibətləri, ana sevgisi, mənəvi borc, sədaqət, qayğı və tərbiyə kimi anlayışlar bir-biri ilə əlaqəli şəkildə təqdim olunur. Şairin poetik dünyasında ailə fərdin mənəvi dayağı olmaqla yanaşı, milli-mənəvi dəyərlərin qorunub gələcək nəsillərə çatdırıldığı əsas məkan kimi səciyyələnir. Məqalədə Zaur Ustac yarad...