Mehemmed Füzuli - Qəzəl (Hüsnün olduqca füzun, eşq əhli artıq zar olur)

0

 

Hüsnün olduqca füzun, eşq əhli artıq zar olur,
Hüsn nə miqdar olursa, eşq ol miqdar olur.

Cənnət üçün mən' edən aşiqləri didardən,
Bilməmiş kim, cənnəti aşiqlərin didar olur.

Eşq dərdindən olur aşiq mizaci müstəqim,
Aşiqin dərdinə timar etsələr, bimar olur.

Zahidi-xudbin nə bilsin zövqünü eşq əhlinin,
Bir əcəb meydir məhəbbət kim, içən huşyar olur.


Eşq sevdasinə sərf eylər Füzuli ömrünü,
Bilməzəm, bu xabi-qəflətdən qaçan bidar olur?

Yorum Gönder

0 Yorumlar

Yorum Gönder (0)

#buttons=(Çerezleri kabul et) #days=(20)

Sitemizde çerezler kullanılmaktadır. Kabul
Çerezleri kabul et