Ana içeriğe atla

Yetik Ozan - Baht Otağı

Balam Kerkük, yeller düşmüş bağrına; Boz baharda tozar tozar gidersin, Yel neme ne,eller düşmüş bağrına, Lokmalanır, azar azar gidersin. "Ele kalma, Bele kal,ele kalma Özüm özüne kurban Menim ol, ele kalma." Kaderin bir ince çizgide kırgın, Oban bir karışık dizgide kırgın, Umudun bir içli ezgide kırgın; Hoyratlanır uzar uzar gidersin. "Oba hanı, Ev göçüp,oba hanı Yoluna can verirem, Ki verem o bahanı." Yiğidin yarası can üzerine; Tasalanma, şandır şan üzerine, Gün ola kuruyan kan üzerine Sınırını çizer çizer gidersin. "Kurula, Göz yaşını kurula, Bayraksız bağrın üzre Baht otağı kurula."

Koroğlunun Ballıca səfəri


Çənlibelə yaz gəlmişdi, təbiət canlanmışdı. Quşlar səs- səsə verib oxuyurdular. Hər tərəf yaşıl dona bürünmüşdü. Koroğlu ilxısını göy otluğa buraxdırmışdı.


Dürat da ilxının içində idi. Günlərin birində Düratın nadincliyi tutdu. Başladı ayğırlarla təpikləşməyə. Birini vurdu, ikisini vurdu, axırda hamısını qabağına qatıb Çənlibeldən aşağı qovdu. İlxının ağzı çöllüyə düşdü. Gethaget gəlib çıxdı bir qoruğa. Bu qoruq Ballıcalı Qara xanın qoruğu idi.


Qara xan zalım bir xan idi. Çox adama zülm eləmişdi. Özü də yaman tamahkar idi, kimdə qiymətli bir şey görsə, ya xoşluqla, ya da zorla tutub əlindən alırdı. Koroğlunun ilxısı onun qoruğuna dolan kimi nökərlər  əhvalatı xana xəbər verdilər. Xan əmr elədi ki, ilxını haylayıb gətirsinlər.


İndi isə Koroğludan deyim. Bir də ilxıçı gəldi ki, bəs ilxı itib, Dürat da ilxıda gedib. Koroğlu qəzəbləndi, nə qəzəbləndi. Səsinə dəlilər tökülüb gəldilər. Koroğlu əmr elədi:


-Yerin dibində də olsa, Düratı tapıb gətirin!


Dəli Mehtər ilxını axtarmağa getdi. Amma nə qədər axtardısa, ilxıdan bir əsər- əlamət tapmadı.


Koroğlu hirsindən özünə yer tapa bilmirdi. İstədi Düratı tapmağa özü getsin. Elə bu vaxt gördülər ki, keşikçilər bir adam gətirir. Bu, cavan bir oğlan idi, əlində də dəyənəyi vardı. Koroğlu soruşdu:


-Kimdi bu?


Keşikçi dedi:


-Bilmirəm. Nə qədər elədik, demədi. Səni görmək istəyir.


Oğlan Koroğluyla salamlaşıb dedi:


-Koroğlu, mən Ballıcalı Qara xanın mehtəriyəm. Üç gündü ki, sənin ilxını Qara xan tutub. Sənə xəbər verməyə gəlmişəm. Dürat da ilxının içindədir.Elə ondan bildim ki, ilxı sənindir.


Koroğlu üzünü dəlilərə tutub dedi:


-Qalxın gedək Ballıcaya.İlxını, Düratı gətirib gələk. Qara xanın da dərisini verək.


Koroğlu bir dəstə dəli ilə atlanıb Ballıcaya yola düşdü. Dağlardan, yamaclardan keçib Ballıcaya çatdılar. Koroğlu dəliləri kənarda qoyub ilxıçı paltarı geyindi, altdan da Misri qılıncı bağlayıb şəhərə daxil oldu.


Xanın ilxıçılarından heç biri qorxudan Koroğlunun ilxısına yaxın getmirdi. Qara xan qalmışdı naçar.Bir də gördü ki, bir adam gəlir, elə bil Rüstəm-Zaldı. Amma paltarından ilxıçıya oxşayır. Sevindi ki, yaxşı oldu, elə ilxını buna tapşıraram. Koroğlu gəlib çatanda soruşdu:


-Ayə, kimsən? Pal- paltarından ilxıçıya oxşayırsan.


Koroğlu dedi:


-Bəli, ilxıçıyam. Koroğlunun ilxısını otarırdım, axırda məni qovdu.


Qara xan lovğa-lovğa dedi:


-Koroğlunun ilxısı bu saat burdadı. Onu özüm gətirtmişəm.


-Bəs Koroğlu bilsə, neyləyəcəksən?


Qara xan dedi:


-Bilsin də. Bilib neyləyəcək ki?


Bu yerdə Koroğlu özünü saxlaya bilmədi:

 

Meydana girəndə pələng pəncəli,
Dağıdar elini gəlsə, Qara xan!
Qıratın üstündə qılınc oynadar,
Lal edər dilini gəlsə, Qara xan!

 

Bu sözdən Qara xanın acığı tutdu, dedi:


-Sən nə Koroğlu, Koroğlu deyirsən?Koroğlu mənə hecnə eləyə bilməz .


Onun başına bir oyun açaram ki, adı da yadından çıxar.


Koroğlu gördü ki, Qara xan özünə çox güvənir. Ona görə yenə dedi:

 

Demə ki, Koroğlu təkdi, 
Saysız-sansız dəlisi var, 
Dəmirçioğlu, Bəlli Əhməd,
Eyvaz, İsabalısı var.

 

Xan onun danışığından şübhələndi. Canını qorxu aldı.Koroğluya dedi:


-Sən davakar adama oxşayırsan. Yaxşısı budur, çıx get. Bizimki səninlə tutmaz.


Koroğlu elə bu andaca  ilxıçı paltarını soyunub atdı. Bir dəli nərə çəkdi. Dəlilər Koroğlunun nərəsini eşidib əllərində qılınc töküldülər. Dava başlandı. Koroğlu özünü Qara xana yetirib bir zərbə ilə boynunu vurub yerə saldı. Qoşun xanın öldüyünü görüb başını itirdi, qaçıb dağıldı.


Dəlilər Qara xanın xəzinəsində bahalı nə vardısa, götürdülər. Düratı da, ilxını da qabaqlarına qatıb Çənlibelə qayıtdılar. Koroğlu Qara xanın mehtərinə at, qılınc bağışlayıb onu öz dəlisi elədi. 

Yorumlar

Bu blogdaki popüler yayınlar

Cho'lpon - Go'zal

Qorong‘u kechada ko‘kka ko‘z tikib, Eng yorug‘ yulduzdan seni so‘raymen. Ul yulduz uyalib, boshini bukib, Aytadir: men uni tushda ko‘ramen. Tushimda ko‘ramen – shunchalar go‘zal, Bizdan-da go‘zaldir, oydan-da go‘zal!

Faruk Nafiz Çamlıbel - Sen Nerdesin?

Caddeden sokaklara doğru sesler elendi, Pencereler kapandı, kapılar sürmelendi. Bir kömür dumanıyla tütsülendi akşamlar, Gurbete düşmüşlerin başına çöktü damlar... Son yolcunun gömüldü yolda son adımları, Bekçi sert bir vuruşla kırdı kaldırımları. Mezarda ölü gibi yalnız kaldım odamda: Yanan alnım duvarda, sönen gözlerim camda, Yuvamı çiçekledim, sen bir meleksin diye, Yollarını bekledim görüneceksin diye. Senin için kandiller tutuştu kendisinden, Resmine sürme çektim kandillerin isinden. Saksıda incelendi yapraklar senin için, Söylendi gelmez diye uzaklar senin için... Saatler saatleri vurdu çelik sesiyle, Saatler son gecemin geçti cenazesiyle, Nihayet ben ağlarken toprağın yüzü güldü, Sokaklardan caddeye doğru sesler döküldü...

Cho'lpon - Go'zal Turkiston

Go‘zal Turkiston, senga ne bo‘ldi? Sahar vaqtida gullaring so‘ldi. Chamanlar barbod, qushlar ham faryod, Hammasi mahzun. Bo‘lmasmi dil shod? Bilmam ne uchun qushlar uchmas bog‘chalaringda?

Divan Edebiyatı (Türk Klasik Edebiyatı)

  “ Türk  Klasik   Edebiyatı ” olarak da tanımlanan Divan edebiyatı, Türklerin İslam kültüründen etkilenmeleri sonucu oluşturdukları bir edebiyattır. Bu edebiyat, bazı kaynaklarda “ Havas Edebiyatı “, “ Yüksek Zümre Edebiyatı “, “ Saray Edebiyatı ”  “Eski Türk Edebiyatı ” gibi adlarla da anılmaktadır. Ancak belli ilkeler çevresinde gelişen bu edebiyat, şairlerin şiirlerini “ Divan ” denilen yazma kitaplarda toplamalarından dolayı daha çok “ Divan edebiyatı ” adıyla ifade edilmektedir.

Erkin Vohidov - O'zbegim

  Tarixingdir ming asrlar Ichra pinhon, o‘zbegim, Senga tengdosh Pomiru Oqsoch Tiyonshon, o‘zbegim.

Abdulhak Hamid Tarhan - Makber

  Eyvah!. Ne yer, ne yar kaldı, Gönlüm dolu âh-u zâr kaldı. Şimdi buradaydı gitti elden, Gitti ebede gelip ezelden.

Həcər Atakişiyeva - Əlişir Nəvainin Əsərlərində Qadın Obrazları Və Qadına Münasibət

Həcər Atakişiyeva “Yazarlar” jurnalının redaktoru və  Yaradıcılıq Komissiyasının sədri,  ədəbiyyatşünas-tənqidçi  Annotasiya Məqalədə böyük özbək şairi və mütəfəkkiri Əlişir Nəvainin yaradıcılığında qadın obrazlarının bədii-estetik və mənəvi xüsusiyyətləri araşdırılır. Şairin “Xəmsə”yə daxil olan “Fərhad və Şirin”, “Leyli və Məcnun”, “Səb’əyi-səyyar” və “Səddi-İsgəndəri” poemaları, eləcə də digər əsərləri əsasında qadın obrazlarının poetik funksiyası, mənəvi keyfiyyətləri və cəmiyyətdəki mövqeyinə münasibət təhlil edilir. Tədqiqatda Şirin, Leyli, Məhınbanu, Dilaram, Rövşənək və digər qadın obrazlarının timsalında Nəvainin qadını yalnız gözəllik və məhəbbət obyekti kimi deyil, həm də iradə, sədaqət, ağıl, mənəvi kamillik və humanist dəyərlərin daşıyıcısı kimi təqdim etdiyi göstərilir. Məqalədə qadın obrazlarının Nəvai yaradıcılığında həm fərdi xarakterlərin formalaşdırılması, həm də əsərlərin ideya-bədii məzmununun açılması baxımından mühüm rol oynadığı əsaslandırılır. A...

Fuzuli - Kıt'a (Kıyl u kâl)

İlm kesbiyle pâye-i rif'at Ârzû-yı muhâl imiş ancak 'Aşk imiş her ne var âlemde 'İlm bir kıyl u kâl imiş ancak

Abdulla Qahhor - Adabiyot muallimi (hikoya)

O‘zining aytishiga ko‘ra «nafis adabiyot muallimi» o‘rtoq Boqijon Baqoyev og‘ilga kirib ta’bi xira bo‘ldi: sigirning qulog‘iga yana kana tushibdi! Kanadan ham ko‘ra sigir uning achchig‘ini keltirdi: kanani teray desa qo‘ymaydi, boshini silkiydi, pishqiradi. — Hayvon! Sigir emas, hayvon! — dedi og‘ilning eshigini qattiq yopib.— Hayvon! Xotini Mukarram hovlida samovarga suv quyar edi. — Hayvon! — dedi Baqoyev,— bu sigirni sotib puliga cho‘chqa olish kerak! — Shaharda cho‘chqa asrash mumkin emas,— dedi Mukarram samovarga ko‘mir solayotib. — Nima uchun? Taqiq qilinganmi? Kim aytdi? Men ay-tib edimmi? To‘g‘ri, mumkin emas… albatta, mumkin emas… — Uyga kiring, Hamida keldi. Hamida o‘n olti yoshlardagi tirik, quvnoq qiz, pochchasini ko‘rib sevinib ketdi. — Siz uyda ekansiz, bilsam, daftarimni olib kelar ekanman… esizgina… O‘rtoq Boqijon Baqoyevning ta’bi ochildi — sigir, uning qulog‘idagi ko‘m-ko‘k kana, g‘o‘qillab tumshug‘i bilan ariq yoqalarini buzib yurgan cho‘chqa ko‘z oldidan ketdi. — Te...

Orhan Veli Kanık - Cımbızlı Şiir

Ne atom bombası, Ne Londra Konferansı; Bir elinde cımbız, Bir elinde ayna; Umurunda mı dünya!