Mehemmed Füzuli - Qəzəl (Canı kim cananı üçün sevsə, cananın sevər)

0


Canı kim cananı üçün sevsə, cananın sevər,
Canı üçün kim ki, cananın sevər, canın sevər.

Hər kimin aləmdə miqdarıncadır təb'ində meyl,
Mən ləbi-cananimi, Xizr abi-heyvanın sevər.

Başə dəm düşdükcə təqsir eyləməz, eylər mədəd,
Ol səbəbdən müttəsil çeşmim cigər qanın sevər.

Mişki-Çin avarə olmuşdur vətəndən mən kimi,
Qansı şuxun, bilməzəm, zülfi-pərişanın sevər.

Su ki, sərgərdan gəzər, başında vardır bir həva,
Qaliba, bir gülrüxün sərvi-xuramanın sevər.

Aqibət rusva olub mey tək, düşər xəlq ağızına,
Kim ki, bir sərməst sali lə'li-xəndanın sevər.

Nolacaqdır, tərki-eşq etmə Füzuli, vəhm edib
Qayəti derlər, ola bir bəndə sultanın sevər.

Yorum Gönder

0 Yorumlar

Yorum Gönder (0)

#buttons=(Çerezleri kabul et) #days=(20)

Sitemizde çerezler kullanılmaktadır. Kabul
Çerezleri kabul et