Ana içeriğe atla

Atakişiyeva Həcər - Cəlil Məmmədquluzadənin “Qurbanəli bəy” hekayəsinin problematikası

 

Azərbaycanın görkəmli yazıçısı, dramaturqu, jurnalisti, ictimai xadimi, "Molla Nəsrəddin" jurnalının qurucusu olan Cəlil Məmmədquluzadə Azərbaycanın ən qədim şəhərlərindən olan Naxçıvan şəhərində 1869-cu ildə anadan olmuşdur. Cəlil Məmmədquluzadə Azərbaycan ədəbiyyatı tarixində yazıçı və jurnalist kimi xüsusi bir iz buraxmış ədibdir. Cəlil Məmmədquluzadə Azərbaycanda, eləcə də Yaxın Şərqdə "Molla Nəsrəddin" jurnalı ilə satirik jurnalistikanın əsasını qoydu. Cəlil Məmmədquluzadə publisistikası, nəsr və dram əsərləri ilə Azərbaycan ədəbiyyatını həm məzmunca, həm də formaca da zənginləşdirmişdir. Cəlil Məmmədquluzadənin "Poçt qutusu", "Usta Zeynal", "İranda hürriyyət", "Quzu", "Dəllək", "Rus qızı", "Kişmiş oyunu", "Zırrama", "Molla Fəzləli", "Xanın təsbehi", "Konsulun arvadı", "Pirverdinin xoruzu" və s. kimi hekayələri vardır. Lakin bunların içində Qurbanəli bəy” hekayəsi özünəməxsus yer tutur. Cəlil Məmmədquluzadənin “Qurbanəli bəy” hekayəsi epik növdə, hekayə janrında yazılmışdır. Əsərin mövzusu insanın öz xarakterinə görə rəzil olması və gülüş obyektinə çevrilməsidir. Qurbanəli bəy” hekayəsində ədib tüfeyli çar məmurlarını, lovğa və yaltaq mülkədarları satirik tərzdə ifşa etmişdir. Cəlil MəmmədquluzadəQurbanəli bəy” hekayəsində pristavın evindəki yemək masasını, çəmənlikdəki məclisi, yataq insanları ən incə xırdalıqlarına qədər təsvir etmişdir. Cəlil Məmmədquluzadə təsvir ustası idi. O, qonaqlığa hazırlığı çox geniş və əhatəli təsvir etmişdir. Ədib süfrəyə düzülən o qədər çox yeməklərin təsviri ilə yazıq kəndlilərin həyatının çətinliklərini bir daha oxucuya çatdırır. Cəlil MəmmədquluzadəQurbanəli bəy” hekayəsində kəndlilərin acınacaqlı həyatı ilə bəylərin cah-cəlallı həyatını və kəndlilərin şərəfi, ləyaqəti ilə xalqı əzən rus məmurlarının əsl simalarını müqayisə edir. Cəlil Məmmədquluzadənin “Qurbanəli bəy” hekayəsinin baş qəhrəmanı olan Qurbanəli bəy "Qapazlı" kəndinin bəyi və mülkədarıdır. Ədibin ifşaedici gülüşü Qurbanəli bəyin yaltaqlığı, ikiüzlülüyü, yüngül xasiyyəti, kobudluğu, zalımlığı, danışığı, davranışı idi. Cəlil Məmmədquluzadə Qurbanəli bəyin əsl simasını nökəri Kərbəlayı Qasımla, aşpaz Əli ilə, qulluqçu qadınla olan rəftarında açıq bir şəkildə göstərir. Qurbanəli bəy aşağı təbəqənin adamlarını öz kobud davranışı ilə əsər boyu əzir. Cəlil MəmmədquluzadəQurbanəli bəy” hekayəsində rəzil insanların öz hərəkətləri nəticəsində gülüş obyektinə çevrilmələrini çox böyük məharətlə açıb göstərmişdir. Ədib Qurbanəli bəy” hekayəsində izdihamlı məclisin səbəbkarı kimi pristavın arvadını seçməsi heç də təsadüf deyildi. Yazıçının pristavın arvadının ad qoyulan gününün belə təmtəraqlı keçirilməsinin və camaatın yarısının kəndin kənarına və təpələrə dırmaşıb maraqla naçalnikin yolunu gözləməsi səhnəsində ibrətamiz fikiləri vadır. Pristavın həyətinə toplaşan katda, yasovul və qlava mirzələrinin hamısının niyyəti rus naçalnikini görmək və ona yaltaqlanmaq idi. Cəlil MəmmədquluzadəQurbanəli bəy” hekayəsində ən rəzil vəziyyətlərdən biri o idi ki, hər "naçalnik gəlir" deyiləndə kəndlilərin susdurulmasını, təhqir olunmasını, həyətə belə buraxılmamasını, baş verən hadisələrə kənardan baxmalarını elə dəqiq təsvir etmişdir ki, XX əsr kəndlisinin obrazı göz önündə canlanır. Kəndliləri əzənlərin ən başçılarından biri də "Qapazlı" kəndinin bəyi və mülkədarı məşhur Qurbanəli bəy idi. Cəlil Məmmədquluzadə Qurbanəli bəyin özünü naçalnikə, pristavın arvadına, oradakı qonaqlara yaxşı göstərməsi üçün rus dilində bilmədən danışmasını, rus itinin başını tumarlayıb, onlara xoş getsin deyə dəridən-qabıqdan çıxmasını böyük yazıçı ustalığı ilə, ən xırda incəliklərinə kimi qələmə almışdır. Cəlil MəmmədquluzadəQurbanəli bəy” hekayəsində Azərbaycanda idarə etmədə olan yadelli rusların təmtəraqlı həyatının təsviri iləOrtaya düzülmüşdü stollar və stollarırın üstünə düzülmüşdü növ-növ şirin çörəklər, suxarılar, paxlavalar, halvalar, kanfetlər, lumu-partaxallar, quru yemişlər. Stolun üstünə qoyulmuşdu yekə samavar və qulluqçular çay töküb qoyurdular qonaqların qabağına. Ağalar və xanımlar məşğul oldular yeməyə, içməyə və eşikdə də toy və zurnanın səsi ucaldı. Evin qabağında, çayın kənarında, çəmənin üstündə bir neçə fərş döşənmişdi. Bir tərəfdə üç yekə samavar qoyulmuşdu və yanlarında otuz-qırx stəkan-nəlbəki, nimçələr, qəndlər, mürəbbələr, şirin çörəklər, lumu-partaxallar, kanfetlər, qurabiyələr və qeyri çay ilə və çaysız yeməli şeylər, yağlar, xamalar, qaymaqlar, quru yemişlər düzülmüşdü. Ətrafdan qoyulmuşdu yasdıq və balışlar” bu təmtəraqlı həyata kənardan baxan yazıq kəndlilərin həyatı müqayisəli təsvir olunmuşdur. Qurbanəli bəyin tək niyyəti özünü naçalnikə və oradakı qonaqlara tanıtdırmaq və onlardan rəğbət görmək idi. Qurbanəli bəyin əsl siması Kərbəlayı Qasıma olan rəftarında üzə çıxır. Ədib naçalnikin gözünün Qurbanəli bəyin atına düşməsi səhnəsində rusların azərbaycanlıların malına, torpağına olan hərisliyini çox incəliklə təsvir etmişdir. Naçalnik ata çox böyük acgözlüklə baxırdı. Qurbanəli bəy qonaqlıq müddətində özünü bütün hərəkətləri ilə rüsvay edirdi. Qurbanəli bəyin əsl rüsvay olmuş siması qonaqların hamısının onun sağlığına içməsi səhnəsində görünür. Qurbanəli bəy şadlığından az qalırdı ki, özündən getsin. O, özünü “Siz ki, mənim sağlığıma içdiniz, qurban olsun sizə mənim canım. Mən ölənə kimi bu günü yadımdan çıxarmanam. Mən lap əriyib yerə girirəm ki, bu qədər xanım mənim sağlığıma içsin. Mən nəyəm ki, bu qədər xanım mənim sağlığıma içsin? Mən bu xanımların ayağınm torpağı da ola bilmənəm” bu sözləri ilə yadelli təbqənin qarşısında rüsvay edir. Cəlil MəmmədquluzadəQurbanəli bəy” hekəayəsində Qurbanəli bəyin naçalniki, pristavın arvadını, oradakı qonaqları qonaq çağırma tərzində “Vallah, billah, atamın goru haqqı sabah bizə qonaq gəlməsəniz, mən özümü öldürərəm. Mən istəyirəm sizə qulluq eləyim. Mən istəyirəm sizə nökərçilik eləyim. Sabah bizə gəlməsəniz, mən bu xəncəli soxaram qarnıma. Hər kəs gəlməsə, namərddi. Aman günüdü, özümü öldürərəm! Qurban olsun sizə mənim canım. Sağ olsun xanımlar. Urra! Urra!” onun mədəniyyət anlayışını göstərmişdir. Qurbanəli bəy nökəri Kərbəlayı Qasıma qarşı olan çox kobud münasibətini aşpaz Əliyə, qaravaşa da göstərirdi. Qurbanəli bəyin işçiləri ilə belə kobud münasibətinin kökündə onun şəxsi keyfiyyətləri dururdu. Onun ən əsas xüsusiyyəti o idi ki, özündən mənsəbcə böyük adamın qarşısında özünü alçaldıb, xəcil edirdi. Qurbanəli bəydən fərqli olaraq, onun xanımı qaravaşla, Kərbəlayı Qasımla, aşpaz Əli ilə çox mehriban, bir ailə üzvü kimi davranırdı. Cəlil MəmmədquluzadəQurbanəli bəy” hekayəsində "Qapazlı" kəndinin “Kəndin aşağısında "Əhmədxan gölü" ağarırdı. Gölün yanında Hacı Heydərin dəyirmanı və meşəsi daha da aşkar görsənirdi. Dəyirmandan "Qapazlı" kəndinə kimi düzülmüşdülər taxta-taxta yaşıl zəmilər, yoncalıqlar və qara şum yerləri” təsvirini vermişdir. Qurbanəli bəyin naçalniki, pristavın arvadını, oradakı qonaqları qonaq çağırması tamamilə yadından çıxmışdı, çünki onun məqsədi evində qonaq qəbul etmək deyildi, onun istəyi o idi ki, həmin müddətdə tədqir olunsun. Qurbanəli bəy sonranı düşünməyib həmin an üçün yaşayan adam idi. Məhz bu xarakterinə görə də naçalnik, pristavın arvadı, oradakı qonaqlar onun evinə qonaq gələndə o onları qarşılamaq əvəzinə mələfəni götürüb çarşav kimi başına salıb, qaçıb tövlədə atın axuruna girdi. Çünki Qurbanəli bəy üçün onun nüfuzu maraqlı deyildi. Əsas olan o idi ki, həmin vaxt o hörmət görürdü. Naçalnik, pristavın arvadı, oradakı qonaqlar Qurbanəli bəyin bu xarakterindən xəbərsizcəsinə onun evinə qonaq gəlib, onun evdə olmadığını eşidib, çox təəccüb etdilər. Qurbanəli bəyin atlarını görmək istəyən naçalnik Qurbanəli bəyi axurda kəfənə bürünmüş bir şəkildə görür. Cəlil MəmmədquluzadəQurbanəli bəy” hekayəsində "Qapazlı" kəndinin bəyi və mülkədarı olan Qurbanəli bəyin axurun içində bu utanc verici vəziyyətə düşməsində əsas səbəb kimi bəyin özünü görür. Qonaqların bir-bir gəlib Qurbanəli bəyə axurda diqqətlə baxıb, getməsi onun isə yerindən heç tərpənməməsi ədibin bu xislətdə olan insanlara mesajı idi. Yazıçı cəmiyyətdəki Qurbanəli bəylərin sonunu oxucuya göstərirdi. Cəlil Məmmədquluzadənin “Qurbanəli bəy” hekayəsinin əsas ideyası yaltaqlığın, ikiüzlülüyün tənqidi və ifşası idi. Ədibin hekayəsi nadanlığa, səfalətə, savadsızlığa qarşı yazılmışdı. Hekayə Azərbaycan ədəbiyyatı üçün olduqca böyük əhəmiyyətə malikdir.

Yorumlar

Bu blogdaki popüler yayınlar

Cho'lpon - Go'zal

Qorong‘u kechada ko‘kka ko‘z tikib, Eng yorug‘ yulduzdan seni so‘raymen. Ul yulduz uyalib, boshini bukib, Aytadir: men uni tushda ko‘ramen. Tushimda ko‘ramen – shunchalar go‘zal, Bizdan-da go‘zaldir, oydan-da go‘zal!

Qaçaq Nəbi

Azərbaycanın xalq qəhrəmanı Qaçaq Nəbi 1854-cü ildə Gəncə quberniyasının Zəngəzur qəzasının Aşağı Mollu kəndində (indiki Qubadlı rayonunda) anadan olub. Onun qaçaqçılıq etməsinin maraqlı tarixçəsi var.

Divan Edebiyatı (Türk Klasik Edebiyatı)

  “ Türk  Klasik   Edebiyatı ” olarak da tanımlanan Divan edebiyatı, Türklerin İslam kültüründen etkilenmeleri sonucu oluşturdukları bir edebiyattır. Bu edebiyat, bazı kaynaklarda “ Havas Edebiyatı “, “ Yüksek Zümre Edebiyatı “, “ Saray Edebiyatı ”  “Eski Türk Edebiyatı ” gibi adlarla da anılmaktadır. Ancak belli ilkeler çevresinde gelişen bu edebiyat, şairlerin şiirlerini “ Divan ” denilen yazma kitaplarda toplamalarından dolayı daha çok “ Divan edebiyatı ” adıyla ifade edilmektedir.

Abdulla Oripov - Birinchi muhabbatim

Kecha oqshom falakda oy bo‘zarib botganda, Zuhro yulduz miltirab, xira xanda otganda, Ruhimda bir ma’yuslik sokinlik uyg‘otganda, Men seni esga oldim, birinchi muhabbatim, Eslab xayolga toldim, birinchi muhabbatim.

Erkin Vohidov - O'zbegim

  Tarixingdir ming asrlar Ichra pinhon, o‘zbegim, Senga tengdosh Pomiru Oqsoch Tiyonshon, o‘zbegim.

Munis Faik Ozansoy - Dilek

Yurdumda bir evlik toprak isterim Yayla olsun, yamaç olsun, düz olsun Orada bir ömür kalmak isterim Yaz, kış olsun, bahar olsun, güz olsun. Bir dam altı gece barındıracak Daldan, sazdan yapma bir çardak olsun İçinde kütükler yanan bir ocak, Yünden veya ottan bir yatak olsun. Çardağı sarmalı bir çiçek dalı, Salkım olsun, gül olsun, leylâk olsun. Yakınlarda bir de su bulunmalı Deniz olsun, göl olsun, ırmak olsun. Ekmeğim topraktan, suyum ırmaktan Katığım kâh zeytin, kâh peynir olsun Mutluluk duyayım nefes almaktan Dost güvenilir, düşman bilinir olsun. Tanrım, başka bir şey ister değilim İçimde ne bir hırs, ne bir kin olsun Yolumu beklesin, akşam sevgilim Bence güzel, ellerce çirkin olsun.

Peyami Safa - Dokuzuncu Hariciye Koğuşu (Roman Özeti)

  Eserin Adı: Dokuzuncu Hariciye Koğuşu Yazarı: Peyami Safa Yayınevi: Ötüken Yayınları Basım Tarihi: 1999 Eserin Konusu:  15 yaşındaki bir gencin kemik veremi hastalığa yakalanması sonucu hayata tutunma çabası. Romanın Özeti: Romanın 15 yaşındaki kahramanı 7 yaşından beri dizindeki tam olarak teşhis edilemeyen bir hastalıktan dolayı sıkıntılar çekmektedir. Hayatı hastane kapılarında, doktor önlerinde geçmiştir. Son olarak yapılan tetkikler sonucunda dizindeki rahatsızlığın “Kemik Veremi” olduğu anlaşılır. Bu hastalık hayatına veya bir bacağına mal olabilecek bir hastalıktır. Hal böyle iken doktorlar, eğer beslenmesine dikkat eder, heyecansız, sakin bir yaşam sürdürür, moralini yüksek tutarsa iyileşme ihtimalinin olduğunu söylerler.

Fuzuli - Gazel (Mukavves kaşların kim vesme birle reng tutmuşlar)

  Mukavves kaşların kim vesme birle reng tutmuşlar Kılıçlardır ki kanlar dökmek ile jeng tutmuşlar

Zafer Bayramımız Kutlu Olsun

Milletin hürriyeti, dini, namusu ve şerefi, vatanın bütünlüğü, devletin bağımsızlığı  için şehid ve gazi olan kahramanlarımızın ruhları şad, Türk Milletinin  Zafer Bayramı  kutlu olsun ...

Sherzod Ortiqov - Stokgolm Oqshomlari (esse)

Mabodo hozir  Nelli Zaks hayot boʻlganida yoki men sal oldinroq tugʻilganimda undan, albatta intervyu olgan boʻlardim. Aytaylik, 1950 yilda tugʻilganimda  yoki u qazo qilmay hech boʻlmaganda yigirma birinchi asrning boshiga oʻtib qolganida bunga ulgurardim (shunday deb oʻzimga koʻp gapiraman. Bunga sabab frau [1] Nellining sheʼriyati taʼbimga mos kelib, judayam yoqqani uchun emas, balki uni yodimga olganimda yuragimni tinmay qiynaydigan bitta savolga undan javob olish uchun). Shu kunlarda bu haqida yana koʻp oʻyladim. Yuqoridagi ikkita farazni tasavvur qilib, ulardan biriga, aniqrogʻi ikkinchisiga toʻxtaldim. Yaʼni, “frau Nelli omonatini Yaratganga topshirmay, yigirma birinchi asrning boshiga oʻtganida undan qanday intervyu olardim?” degan xayol shuurimni qamrab oldi. Agar shunday boʻlganida, albatta birinchi galda Stokgolmga borish uchun rosa bir yil yemay-ichmay, yangi kiyim kiymay, dam olish uchun sihatgohlarga bormay, yoqilgʻiga pul ketmasin deb mashina haydamay gonorarla...